ÖLKƏ BOYU SEÇKİLƏR TOTAL ŞƏKİLDƏ SAXTALAŞDIRILDI- YENİLƏNİR- VİDEOLAR- FOTOLAR

Hakimiyyət səsvermənin nəticələrini öz xeyrinə saxtalaşdırmaq üçün müxtəlif yollardan istifadə edir

Səsvermə başlayan saatlardan seçki pozuntularına dair məlumatlar gəlməyə başladı. Biz Cəmil Həsənlinin Seçki Qərargahından və başqa mənbələrdən aldığımız saxtakarlıq faktlarını mütəmadi yeniləmə ilə təqdim edirik.

22.10 109 saylı Balakən seçki darəsinin seçki məntəqələrinin heç birində seçki protokolları məntəqələrdə müşahidəçilərin müşahidəsi altında tərtib olunmayıb və onların surətləri müşahidəçilərə təqdim edilməyib.

Ümumiyyətlə, bir qayda olaraq, protokollar dairə seçki komissiyasının göstərişi əsasında orada olan kompüterdə yerləşdirilmiş nəticələr əsasında yazılır. Dairə seçki komissiyalarının yekun protokolu isə seçki dairəsində deyil, Mərkəzi Seçki Komissiyasında yazılır.

117 saylı Oğuz-Qəbələ seçki dairəsinin 30 saylı seçki məntəqəsində seçki bülletenlərinin qulaqçıqları əvvəlcədən kəsilib. İcra hakimiyyətinin işçilərinin nəzarəti altında təhsil şöbəsinin işçiləri saxta protokolları doldurublar.

---------------

21.5560 saylı Salyan-Neftçala seçki dairəsinin 7, 26, 37, 16, 20, 18, 11 və 22 saylı seçki məntəqələrində seçki qutularını məntəqə komissiyasının sədri oğurlayaraq DSK-ya aparıb.

26 saylı Sabunçu birinci seçki dairəsinin 26 saylı məntəqəsindən Məhəmməd İmanlının verdiyi məlumata görə, səs sayılarkən Cəmil Həsənlinin səslərini də İlham Əliyevə yazıblar.

71 saylı Masallı kənd seçki dairəsinin Mollaoba kəndində yerləşən 18 saylı seçki məntəqəsində 441 vətəndaşın qatıldığı seçkidə Cəmil Həsənliyə verilən səslər 242, İlham Əliyevə verilən səslərin sayı isə 176 olub. Səsvermənin başa çatmasına 10-15 dəqiqə qalmış uduzacaqlarını dəqiq bilən seçki komissiyasının üzvləri və YAP-dan olan müşahidəçilər Cəmil Həsənlinin müşahidəçilərinin qollarını tutaraq, seçki qutusuna seçki bülletenlərini topa halında salıblar.

110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən seçki dairələrinin bütün seçki məntəqələrində protokol yazılmayıb.

95 saylı Tərtər seçki dairəsinin 11 saylı seçki məntəqəsində seçki qutularına topa halında seçki bülleteni atılıb. Digər seçki məntəqələrində səslər sayılmayıb, qutular birbaşa DSK-ya aparılıb.

25 sayli Nizami ikinci secki dairəsinin 5 saylı seçki məntəqəsində səsvermə qurtarana yaxınlaşdıqda başqa ünvanda qeydiyyatda olan seçicilər gətirilərək İlham Əliyevə səs veriblər.

120 saylı Cəbrayıl-Qubadli seçki dairəsinin 50 saylı seçki məntəqəsində səslərin hesablanması zamanı səsvermədə iştirak edən 650 seçicinin böyük qisminin Cəmil Həsənliyə səs verdiyi aydın olarkən, seçki komissiyasının üzvləri səslərin hesablanması prosesini durdurub, məntəqəyə polis dəvət olunub və məntəqədə olan məşvərətçi səs hüquqlu komissiya üzvü Əhmədli Vahidi polislər həbs etmək istəyib. Hazırda Əhmədli Vahid seçki məntəqəsindən kənarlaşdırılıb, səslərin sayılması gizli şəraitdə həyata keçirilir.

8 saylı Binəqədi birinci seçki dairəsinin 16 saylı məntəqəsinin məşvərətçi səs hüquqlu Elxan Rüstəmov seçki məntəqəsindən çıxandan 2 saat sonra seçki komissiyasının sədri ona zəng edib bildirib ki, protokolu gəlib götürə bilər.

------------------

21.10 8 saylı Binəqədi seçki dairəsinin 23 saylı məntəqəsində mürəkkəb izini yoxlayan ultra bənövşəyi aparatlar işləmir və yoxlama olmadan seçki bülletenləri verilib.

27 saylı Sabunçu ikinci seçki dairəsinin 25 saylı seçki məntəqəsində müşahidəçi Teymur Kərimovun verdiyi məlumata görə məntəqə seçki komissiyasından ona protokol verməyiblər. Seçki bülletenlərinin sayılmasında iştirak etməyə imkan verməyiblər, seçki qutusunu dəyişdiriblər. Teynur Kərimovu polislə hədələyiblər, seçki bülletenləri sayılarkən seçki məntəqəsinə polis daxil olub.

116 saylı Qəbələ seçki dairəsinin 5 saylı seçki məntəqəsində, həmçinin 115 saylı Şəki kənd seçki dairəsinin 15 saylı seçki məntəqəsində kameraya əl qatıblar.

113 saylı Şəki şəhər seçki dairəsinin 9 saylı seçki məntəqəsindən verilən məlumata görə, seçki qutusuna topa halında seçki bülletenlərinin atılmasına mane olduğuna görə müşahidəçi Cavid Əliyev seçki məntəqəsindən çıxarılıb.

61 saylı Neftçala seçki dairəsinin 5 saylı məntəqəsində məşvərətçi səs hüquqlu komissiya üzvü Adilin verdiyi məlumata görə, səslərin sayıldığı zaman səs hüquqlu komissiya üzvləri seçki məntəqəsindən çıxarılıb.

20 saylı Nərimanov ikinci seçki dairəsinin 31 saylı seçki məntəqəsindən müşahidəçi Kənan Tağılının verdiyi məlumata görə, məntəqə seçki komissiyası protokol verməkdən və seçki bülletenlərini saymaqdan imtina edib.

120 saylı Cəbrayıl Qubadlı seçki dairəsinin 71 saylı məntəqəsində təhsil şöbəsinin müdürü Valid MİS işçilərindən ibarət karusel əməliyyatına rəhbərlik edib.

32 saylı Suraxanı üçüncü seçki dairəsinin 22 saylı seçki məntəqəsindən verilən məlumata görə, Salmanov Səlvər Cavad oğlu səsvermədə iştirak etməyib, amma onun yerinə imza atıb, səs veriblər.

Əliyev Əliyusif Yusif oğlu 11 saylı Qaradağ seçki dairəsinin 9 saylı seçki məntəqəsində səs verməli olduğu halda, 11 saylı seçki məntəqəsində iki bülletenlə səs vermək cəhdini Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Eyvazova Tamara aşkar edib. Saxtakarlığı zorla həyata keçirmək istəyən Əliyev Əliyusif səlahiyyətli nümayəndəni seçki məntəqəsində, seçki komissiyasının sədri və üzvlərinin qarşısında ona xəsarət yetirib. Seçki komissiyasının sədri və üzvləri Əliyev Əliyusifin səs vermək hüququ olmayan seçki məntəqəsində səs verməsinə və T.Eyvazovaya qarşı zor tətbiq etməsinə şərait yaradıb.

15 saylı Yasamal birinci seçki dairəsinin16 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Səməd Əkbərin verdiyi məlumata görə seçki məntəqə komissiyasının sədri ona protokolun surətini vermir.

---------------------------------

20.50

1. 78 saylı Lerik Seçki Dairəsinin 6 məntəqəsində, Pirzəküçə kəndində Bakıdan 20 nəfər tələbə gətirib çıxarışsız səs verdiriblər.

2. 27 saylı Sabunçu 2-ci Seçki Dairəsinin 25 saylı məntəqəsində müşahidəçi Teymur Kərimova protokollar verilməyib. Müşahidəçinin səslərin sayılma prosesində iştirak etməsinə imkan verilməyib, qutu dəyişdirilib. O, polislə hədələnib, polis məntəqəyə buraxılıb.

3. 63 saylı Sabirabad Seçki Dairəsinin 32-ci məntəqəsində səslərin sayılması zamanı müşahidəçi Qulu Məmmədov məntəqədən çıxarılıb və ona protokollar verilməyib.

4. 61 saylı Neftçala Seçki Dairəsinin 4 saylı məntəqəsində Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri Ənvər Məmmədov və Elman Məmmədovu məntəqədən qovublar

5. 8 sayli Binəqədi Seçki Dairəsinin 13 sayli məntəqəsində “Azadlıq” qazetinin müxbiri Ramin Deko, Xalid Qarayev və “Deyerler orq” saytının əməkdaşı Əkbər Əliyə çəkiliş aparmaq üçün icazə verilmədi. Özünü təqdim etməyən DSK nümayəndəsi polis çağıraraq, jurnalistləri oradan çıxardı və səsvermənin gedişini işıqlandırmağa icazə vermədi.

6. 40 saylı Gəncə- Kəpəz Seçki Dairəsinin 1 saylı məntəqəsində müşahidə aparan Azər Natiqoğlu polis tərəfindən saxlanılıb. Məlumatı Bəxtiyar Alizadə verib.

7. Gəncədəki 37,38,39,40 saylı seçki dairələrində səslərin sayılması zamanı müşahidəçi və məşvərətçilər bayıra çıxarılıb. Məlumatı Bəxtiyar Alizadə verdi.

-------------------

20.30

19 saylı seçki dairəsinin 21 sayli seçki məntəqəsində Cəmil Həsənlinin Məşvərətçi səs hüququ komissiya üzvü Toğrul İbrahim məntəqəye gələn idmançı görkəmində olan 2 naməlum şəxs tərəfindən zorakiliqla məntəqədən kənarlaşdırılmışdı. Onun əlində olan aktları və onun seçki prosesi ilə bağli digər qeydləri əlindən alaraq məhv edib.

87 sayli Ağsu İsmayıllı secki dairəsindən Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Ramiz Məmmədovun verdiyi dairə seçki komissiyasının qapıları bağlıdır və onlar DSK-ya buraxılmırlar.

---------------------

19:30 8 saylı Binəqədi seçki dairəsinin 17 saylı məntəqəsində komissiya üzvü seçki qutusuna topa halda bülleten atmaq istəyərkən müşahidəçilər tərəfindən saxlanılıb. Bu zaman seçki məntəqəsində olan dairə seçki komissiyasının üzvü Nizami Novruzov həmin seçki bülletenlərini seçki komissiya üzvünün əlindən alaraq özü seçki qutusuna salıb. Seçki məntəqəsinin içərisində əyləşən Mİİ-nin rəisi Azərbaycanın müxtəlif rayonlarında qeydiyyatda olan insanların adına arayışlar verir və bu arayış əsasında da seçki komissiyası həmin insanların adına bülleten verərək, onların səsverməsinə imkan yaradır.

89 saylı Göyçay seçki dairəsinin 6 saylı məntəqəsindən Seymur Şahməmmədovun verdiyi məlumata görə, qeydiyyatdançıxma vəsiqəsi olmadığı halda Yevlaxda qeydiyyatda olan 2 seçici gələrək səs verib.

33 saylı Xətai seçki dairəsinin 2 saylı seçki məntəqəsində məşvərətçi səs hüquqlu komissiya üzvü olan Şahin Abdulrəhmanov seçki komissiyası tərəfindən aktlaşdırılaraq seçki məntəqəsindən kənarlaşdırılıb. Buna səbəb Ş.Abdulrəhmanovun seçki komissiyasının sədrini seçicilərlə birlikdə səs verilən səsvermə kabinəsinə daxil olarkən onun şəklini çəkməsi olub.

34 saylı Xətai seçki dairəsinin 1 saylı seçki məntəqəsində məşvərətçi səs hüquqlu Raymondo Əliyeva topa halında seçki bülletenlərinin seçki qutusuna atılmasına etiraz edib. Seçki komissiyası üzvləri aktlaşdırıraq onu seçki məntəqəsindən kənarlaşdırıblar.

8 saylı Binəqədi seçki dairəsinin 10 saylı seçki məntəqəsində məşvərətçi səs hüquqlu komissiya üzvü Nərgiz Yaqublunun fəaliyyətinə məhdudiyyətlər yaradılıb.

67 saylı Cəlilabad seçki dairəsinin 19 saylı məntəqəsində Məmmədov Hacı Səfər oğlu 16 nəfərin yerinə topa halında bülletenləri qutuya atarkən, seçki məntəqəsindən zorla kənarlaşdırılıb. Hazırda evində polis axtarış aparır.

95 saylı Tərtər seçki dairəsinin 26 saylı seçki məntəqəsində 3, 31 saylı seçki məntəqəsində 1 və 32 saylı seçki məntəqəsində 2 seçki qutusunun möhürlü olmadığı aşkarlanıb. Seçki bülletenlərinin yarıdan çoxu seçki komissiyasının sədrinin otağından çıxıb.

Lənkəran şəhər 73 saylı seçki dairəsinin 18 saylı seçki məntəqəsindən alınan məlumata görə, bu məntəqədə adının seçici siyahısında olub-olmamasından, bu seçki məntəqəsində səsvermə hüququnun olub-olmamasından asılı olmayaraq, seçki məntəqəsinə daxil olan hər kəs bir neçə seçki bülleteni alıb səsvermədə iştirak etmək hüqüqu əldə edir. Əgər həmin şəxs İlham Əliyevə səs verəcəyəni bildirirsə, ona 10 seçki bülleteni də verilə bilər. Məntəqə seçki komissiyasının üzvləri bildirirlər ki, bizim seçki məntəqəsində seçici siyahısında 900 nəfərin adı var və bu məntəqədən İlham Əliyevin lehinə 700 seçki bülleteni çıxmalıdır.

19:00

36 saylı Xətai DSK-nin 19 saylı məntəqəsində müşahidəçiyə təzyiq edirlər. Müşahidəçi, AXCP Gənclər Komitəsinin üzvü Eltac Əliyev iki qadının əində topa bülleten görüb akt tərtib edib. Bu zaman MnSK sədri, məktəb direktoru Sevinc Əliyeva müşahidəçi ilə mübahisəyə başlayıb və gəlib müşahidəçinin qarşısın kəsib ki, o səsvermə kabinesını və qutunu görməsin.

Müşahidəçi kənara çəklib öz vəzifəsini yerinə yetirərkən görüb ki, kabinədən bir qadın əlində 50-yə yaxın bülletenlə çıxıb qutuya doğru gedir. Müşahidəçi saxtakarlığa etiraz edəndə MnSK sədri deyib ki, sən müəllimələri və məni təhqir etmisən və müşahidəçini məntəqədən uzaqlaşdırmaq üçün akt tərtib edib polisə verib. Və müşahidəçiyə deyib ki, saxtakarlıq olmayıb, olubsa get bülleten atan arvadı tap gətir sübut elə.

79 saylı İmişli Seçki Dairəsinin 14-cü məntəqəsində 4 komissiya üzvü topladıqları pasportlarla 500 bülleteni imzalayıb, müşahidəçilərin gözü önündə doldurur. Müşahidəçi Vaqif Cabbarlı etiraz etdiyinə görə onu zorla bayıra çıxarıblar. Məlumatı Vaqif Cabbarlı verdi.

Yasamal rayonu sakini Abdullayeva Nigar Rauf qızı: “15 saylı Yasamal Seçki Dairəsinin 14 saylı məntəqəsinə səs verməyə getmişdim. Seçici siyahısında mənim adımın qarşısında saxta imza və vəsiqənin yanlış nömrəsi yazılmışdı. Bu saxtakarlıqla yanaşı, rəhmətə getmiş atamın da adından, seçkidə iştirak etməyən anamın adından imza atılmışdı. Bunun adı saxtakarlıqdır! İmzalar eyni idi. Məntəqənin bütün işçilərini çağırdım. Tələb etdim ki, mənə 4 bülleten versinlər. Necə ki, artıq saxta bülletenləri qutudan çıxarmaq olmur. Mən 4 bülleteni imzalayıb qutuya atdım. Bilirəm, bu da saxtakarlıqdı”

30 saylı Suraxanı Seçki Dairəsinin 14-cü məntəqəsində avtobuslarla gətirilmiş adamlar səs veriblər. Buna etiraz edən müşahidəçi Nurəddin Əliyev məntəqədən uzaqlasdırıldı. Məlumatı Nurəddin Əliyev verdi.

***

18:40

125 saylı Zəngilan- Qubadlı Seçki Dairəsinin 19-cu məntəqəsində siyahılər əvvəlcədən işarlənib. Amma qutular boşdur . Buna görə də müşahidəçiləri içəri buraxmaq istəmirlər .Qutuları doldurmağa icazə vermədiklərinə görə müşahidəçilərə coxsaylı təzyiqlər olunur. Məlumatı AXCP üzvü Zülfüqar Məmmədov verdi.

16 və 17saylı Yasamal, 22 və 23 saylı Nəsimi, 25 saylı Nizami, 27 və 28 saylı Sabuncu, 30, 31 və 32 saylı Suraxanı, 35 və 36 saylı Xətai, 62 saylı Saatlı, 68 saylı Cəlilabad, 71 saylı Masallı Seçki Dairələrində ələ vurulan mürəkkəblər 1 saatdan sonra itdiyinə görə aparat göstərmir və insanlar 2-ci dəfə seçkiyə buraxılır. Məlumatı həmin məntəqələrdən AXCP-nin

dairələr üzrə səlahiyyətli nümayəndələri Çingiz Eminbəyli, Hüseyn Orucov, Vaqif Xaliqov, Ziyafət Huseynov, Laçın Əsgərli və Sevinc Mehdibəyli verdilər.

Kurdaxanıda yerləşən istintaq təcridxanasında dustaqları İlham Əliyevə səs verməyə məcbur edirlər. Məlumatı dustaqlardan biri verib.

10 saylı Binəqədi 1-ci Secki Dairəsinin 17 saylı məntəqəsində komissiya sədri Telman Gülməmmədov topa halında qutuya bülleten atdığını halda yaxalanıb və fakt aktlaşdırılıb. Məlumatı AXCP-dən olan müşahidəçi Cəlil Məhərrəmov verdi.

27 saylı Sabuncu 2-ci Secki Dairəsinin 24 saylı məntəqəsində vətəndaş Elsevər Fərhad oğlu Əliyev səs vermək istəyərkən məlum olub ki, artıq onun yerinə səs verilib. Məlumatı AXCP üzvü Səlahəddin Əkbər verdi verdi.

18:20

9 saylı Binəqədi 2-ci Seçki Dairəsinin 19- cu məntəqəsində müşahidəçiyə şərait yaradılmır, zorakılıq edilir. Məntəqə Secki Komissiyasının sədri Həqiqət İsmayılova müşahidəçini cıxarmaqla hədələyir. Məlumatı AXCP üzvü Sevinc Mehtibəy verdi.

77 saylı Astara seçki dairəsinin 2 saylı məntəqə komissiyasının məşvərətçi səs hüquqlu üzvləri Asən Həşimli və oğlu Elvin Həşimli polis şöbəsinə aparılıblar. Onlar məntəqədə komissiyasında Cəmil Həsənlini təmsil ediblər.

15 saylı Yasamal 1-ci Seçki Dairəsinin 9 saylı məntəqəsində 10-12 tələbə qiz geyimlərini dəyişərək başqa yerdə səs verməyə gedərkən Cəmil Həsənlinin səlahiyyətli numayəndəsi tərəfindən ifşa olunub . Məlumatı AXCP üzvü Sevinc Mextibeyli verib.

50 saylı Qobustan-Xızı-Sumqayıt Seçki Dairəsinin 1,2,3,4 məntəqələrində Bakıdan gələn, Neft Şirkətinə məxsus, “LD 400” Mersedes markalı, üzərində “İlhamla irəli” şüarı yazılmış avtobus insanlarla dolu gətirilir, bu məntəqələrdə karusel üsulu ilə səs verilir. Məlumatı verdi AXCP üzvü, Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Agaseyid

50 saylı Qobustan-Xızı-Sumqayıt Seçki Dairəsinin 16 saylı məntəqəsində topa bülletenleri insanlara verib, İ.Əliyevə səs verdirirlər. Məlumatı AXCP üzvü Füzuli Mustafazadə verib.

8 saylı Binəqədi Seçki Dairəsinin 12 saylı məntəqəsində bülletenlər topa şəkildə atılır. Məlumatı AXCP üzvü Elvin Cavadzadə verdi.

34 saylı Xətai Seçki Dairəsinin 27 saylı məntəqəsində məşvərətçi huquqlu Elvin Xəlilov total saxtakarlığın cəkilişini apardığı üçün polis məntəqəsinə aparılıb. Məlumatı AXCP üzvü Hüseyn Orucov verdi.

47 saylı Mingəcevir Seçki Dairəsinin bütün məntəqələrində total olaraq məşvərətci və müşahidəcilər qovulur. Məlumatı AXCP üzvü Qadir Xudabaxşıyev verdi.

61 saylı DSK-nın 31 saylı məntəqəsindən: Məntəqə Seçki Komissiyasının sədri telefonla kimdənsə göstəriş alıb, seçki protokoluna karandaşla qeydlər edirdi. İlham Əliyevin adının qabağından 1113 səs yazmağı əmrini aldı. Məlumatı AXCP-nin üzvü Əflatun Əhmədzadə verdi.

115 saylı Şəki şəhər 2 nömrəli KİŞ dairə məntəqəsində Rauf Abdulrəhmanov polis tərəfindən saxlanıldı. Məlumatı AXCP üzvü Sahib Kərimov verdi.

61 saylı Neftçala Seçki Dairəsinin 7 saylı seçki məntəqəsində müşahidəçilər və məşvərətçilər polislə çıxarılıblar. Məlumatı AXCP üzvü Əflatun Əhmədzadə verdi.

8 saylı Binəqədi birinci seçki dairəsinin 34 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Cəmil Hacıyevin verdiyi məlumata görə, bu seçki məntəqəsində məşvərətçi səs hüquqlu komissiya üzvü Şamil Zahir oğlu Beydullayevi zorla seçki məntəsqəsindən çıxararaq, polis idarəsinə aparıblar.

109 saylı saylı Balakən seçki dairəsinin 32 saylı seçki məntəqəsindən İbrahim adlı şəxs məlumatına görə, bələdiyyə üzvü Əhməd adlı şəxs seçki məntəqəsinin yaxınlığında duraraq, seçicilərə İlham Əliyevə səs verməyi tapşırır.

15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Sərəncam İbrahimlinin verdiyi məlumata görə səlahiyyətli nümayəndə Marif Ağaməmmədov baş verən saxtakarlıqlara etiraz etdiyinə görə məntəqə seçki komissiyasının qərarı ilə seçki məntəqəsindən çıxarılıb.

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinin 31 saylı seçki məntəqəsində məşvərətçi səs hüquqlu komissiya üzvləri Rəşad Eyvazov və İqbal Dəmirov günün ikinci yarısında seçki məntəqəsində baş verən saxtakarlıqlara etiraz etdiklərinə görə məntəqə seçki komissiyasının qərarı ilə seçki məntəqəsindən çıxarılıb və polis onların tərtib etdiyi saxtakarlıqları əks etdirən aktları cırıb.

Müşahidəçi Ağapaşa Quliyevin verdiyi məlumata görə, 22 saylı Nəsimi ikinci seçki dairəsinin 13 saylı seçki məntəqəsindən tələbələr karusel əməliyyatına cəlb edilib. 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində isə ümumiyyətlə səsvermə tam nəzarətsizdir. Müşahidəçilər kənarda oturmağa məcbur edilib.

16 saylı Yasamal ikinci seçki dairəsinin 10 saylı seçki məntəqəsindən Nərmin Xəlilin verdiyi məlumata görə, Emin İbrahimov saxlanılaraq polisə aparılıb.

85 saylı Şamaxı seçki dairəsinin 9 saylı seçki məntəqəsindən verilən məlumata görə, həmin dairənin 3 saylı məntəqəsinin üzvləri 9 və 2 saylı məntəqələrdə karusel əməliyyatı həyata keçirir.

60 saylı Salyan seçki dairəsinin 38 saylı seçki məntəqəsindən verilən məlumata görə, əsgərlərə sənədləri imzalatdırıblar, səsverməyə icazə verməyiblər, onların əvəzindən zabitlər səs verib.

18 saylı Nizami birinci seçki dairəsinin 18 saylı seçki məntəqəsində səlahiyyətli numayəndə Zülfüqar Eyvazovun verdiyi məlumata görə, seçicilərin barmağına mürəkkəb vurulmur, karusel həyata keçirilir.

70 saylı Masallı şəhər seçki dairəsinin 37 saylı seçki məntqəsində 1995-ci il təvəllüdlü - 18 yaşına catmış gənclərın adları seçki siyahısında yoxdur. Səsverməyə gələnləri qeydiyyata almırlar.

64 saylı Sabirabad ikinci seçki dairəsində bələdiyyə sədri Əliş Əliyev seçki məntəqəsində oturub, seçki bülletenlərini qalaqlayaraq seçki qutusuna atır.

33 saylı Xətai birinci seçki dairəsinin 3 və 5 saylı seçki məntəqələrindən səlahiyyətli nümayəndə Mustafa Hacılının verdiyi məlumata görə, eyni seçicilər təkrar səs verir.

11 saylı Qaradağ seçki dairəsində məşvərətçi səs hüquqlu komissiya üzvü Ayaz Misir və respublika üzrə müşahidəçi olan Müsavat Partiyası Qaradağ rayon təşkilatının sədri Akif Nəcəfli bu dairə ərazisindəki seçki məntəqələrini müşahidə edərkən Qobustan qəsəbəsində heç bir səbəb göstərilmədən yol polisi tərəfindən saxlanılaraq polis idarəsinə aparılıb.

8 saylı Binəqədi birinci seçki dairəsinin 20 saylı məntəqəsində səs verən seçicilərdən 22-ci məntəqəyə də gedərək orada səs vermələri tələb olunub. Bu dairənin 1, 2, 3 və 4 saylı məntəqələrinin qarşısında duran hakimiyyət nümayəndələri hamının gözü qarşısında seçicilərə pul paylamaqdan belə çəkinmir.

56 saylı Xaçmaz kənd seçki dairəsindən verilən məlumatlara görə, bu dairənin ərazisində “10 UF 581”, “50 Bİ 845”, “90 BD 711”, “50 BM 025”, “10 KX 143” dövlət nömrə-nişanlı maşınlarından karusel əməliyyatını həyata keçirmək üçün istifadə edilir.

117 saylı Oğuz-Qəbələ seçki dairəsinin 30 saylı məntəqəsində Səməd Səmədov adlı məntəqə seçki komissiyasının sədri tərəfindən seçki bülletenlərini seçki qutusuna atması faktı qeydə alınıb.

56 saylı Xaçmazkənd seçki dairəsinin 34 saylı məntəqəsində məntəqə seçki komissiyasının üzvləri seçki bülletenlərində qeydlər edərək onları seçki qutularına salırlar.

16 saylı Yasamal ikinci seçki dairəsinin 3 saylı seçki məntəqəsinin qarşısında BDU-nun professor-müəllim heyəti təşviqat aparır və seçicilərə İlham Əliyevə səs verməyin vacib olduğunu bildirirlər.

66 saylı Biləsuvar seçki dairəsinin 19 saylı seçki məntəqəsində seçicilərə bir neçə bülleten verilir və onlar İlham Əliyevə səs verməyə təhrik edilirlər.

116 saylı Qəbələ seçki dairəsinin 27-ci məntəqəsindən verilən məlumata görə, seçki qutularına bülletenlər topa halında atılır, seçicilər İlham Əliyevə səs verməyə təhrik edilir, komissiya üzvləri belə seçki qutularına seçki bülleteni atır. Müşahidəçilərə aktların yazılmaması üçün rüşvət təklif edilir.

***

17:50

61 sayli Neftçala DSK-nın 31 sayli məntəqə sədri telefonla göstəriş alaraq, seçki protokoluna karandaşla qeydlər edib. İ.Əliyevin adının qarşısında 1113 səs yazıb.

63 saylı Nefçala Seçki Dairəsinin 1 və 3 saylı məntəqələrində total saxtakarlıq edilir. 12-yə qədər insan geri qaytarılıb, “İlham Əliyevə səs verənlər gəlsin” deyilib. Məlumatı AXCP üzvü Əflatun Əhmədzadə verdi.

28 saylı Sabunçu DSK-nın 25 saylı məntəqəsində polis Cəmil Həsənlinin müşahidəçisi, AXCP Gənclər Komitəsinin üzvü Abdulla Mahmudovu məntəqədən çıxararaq saxlayıb.

17:30:

14 saylı Xəzər rayon SD-nin Şüvəlan qəsəbəsindəki 156 saylı orta məktəbdə yerləşən 1 və 2 saylı məntəqələrində polislər kütləvi şəklində səsverməyə gətiriliblər. Həmin polislər bir məntəqədə səs verdikdən sonra digər məntəqəyə aprılırlar.

17:10

47 saylı Mingəçevi seçki dairəsindən Cəmil həsənlinin səlahiyyətli nümayəndəsi Qadir Xudabaxşıyevin verdiyi məlumata görə Cəmil Həsənlinin vəkili polislər tərəfindən Mingəçevir şəhər polis idarəsinə aparılıb.

14 saylı Xəzər seçki dairəsinin 1,2 saylı məntəqələrində 20-25 kursant polislər karusel əməliyyatı keçirib, həmçinin 1,2,3 cü sinif uşaqlarının valideynlərini İlham Əliyevə səs vermələri üçün təzyiq edilib. Məlumatı Cəmil həsənlinin səlahiyyətli nümayəndəsi Şakir Abbasov verib.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən səlahiyyətli nümayəndə İzzət Məmmədovun verdiyi məlumata görə, bu dairənin 28 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Mehdiyev Sərvər Abbasqulu oğlu seçki məntəqəsində seçki komissiyasının üzvlərinin gözü qarşısında naməlum şəxslər tərəfindən zorakılığa məruz qalıb. Hadisəni törədənlər seçki məntəqəsini sərbəst surətdə tərk ediblər.

11 saylı Qaradağ seçki dairəsinin 11 saylı məntəqəsindən verilən məlumata görə, məntəqə seçki komissiyasının Saleh adlı üzvü seçiciyə açıq şəkildə bülletendə kimə səs verməyi göstərir. Həmin seçki məntəqəsində səs verən seçicilər seçki komissiyasından sənəd istəyirlər ki, iş yerinə təqdim etsinlər.

KXCP fəali Zöhrab Vəlibəylinin verdiyi məlumata görə, Ələt qəsəbəsində “10 UB 957” nömrə-nişanlı İkarus avtobusu (Nərman Neft), “90 İQ 587” nömrə-nişanlı “Hunday” (Boss Şelf), “90 AQ 461” “Hunday” (Boss Şelf) maşınlarl ilə seçki məntəqələrinə adamları daşıyaraq karusel təşkil edilir.

11 saylı Qaradağ seçki dairəsinin 24 saylı seçki məntəqəsində pasport qeydiyyatı olmayan şəxslərə seçki bülleteni verilir. YAP tərəfindən təyin olunan müşahidəçilər qanun pozuntularına yardım edir. Həmin məntəqədə müşahidəçilər səsvermə kabinələrinin görünmədiyi yerdə oturmağa məcbur edilib.

43 saylı Sumqayıt şəhər DSK-nın 23, 24, 25 saylı məntəqələrində karusel əməliyyatı həyata keçirilir. 43 saylı Sumqayıt 2-ci Seçki Dairəsinin 5 saylı məntəqəsində saat 14.00-a qədər 350 nəfərin səs verməsinə baxmayaraq, komissiya sədri MSK-ya 750 nəfərin səs verdiyi haqda məlumat verib. Göstərilən qanun pozuntuları aktlaşdırılıb. Məlumatı Cəmil Həsənlinin salahiyyətli nümayəndəsi İsa Qurbanov verdi.

22 saylı Nəsimi Seçki Dairəsinin 20-ci məntəqəsində saxtakarlıqlar edilir. Belə ki, xəstə olmayanların evlərinə qutular gedir. Buna narazılığını bildirən müşahidəçilərə əhəmiyyət verilmir və məntəqəyə yaxın buraxılmırlar. Məlumatı müşahidəçi Nail Bagırzadə verdi.

66 saylı Biləsuvar DSK-nın 33 saylı məntəqəsinin üzvləri nahardan sərxoş qayıdıblar. Ümumiyyətlə, DSK ərazisində yerləşən bütün məntəqələrdə karusel əməliyyatı həyata keçirilir. Bir nəfər bir neçə adamın yerinə səs verir. Məşvərətçi səshüquqlu komissiya üzvlərinin Seçki Məcəlləsində nəzərdə tutulan vəzifələrini həyata keçirməyə imkan verilmir. Onları müşahidəçilərlə bir yerdə əyləşdirirlər. Məlumatı Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi İltifat Mehdiyev verdi.

62 saylı Saatlı rayon Seçki Dairəsinin 27 saylı məntəqəsində kəsilmiş

bülletenlərin sayı seçici siyahısı ilə uyğun gəlmədiyinə görə, komissiya üzvləri özləri şəxsən seçkiyə gəlməyənlərin əvəzinə imza ataraq bülletenləri seçki qutusuna atırlar. Məlumatı müşahidəçi Üzeyir Cahangirov verdi.

121 saylı Laçın seçki dairəsinin 16 saylı məntəqəsindən verilən məlumata görə, bu məntəqədə 1 nəfərə ailə üzvlərinin səsvermə hüququ olan bütün seçicilərin əvəzinə səsvermə imkanı yaradılır. Bu qanunsuzluğa etiraz edən müşahidəçilərə isə “Hara istəyirsiniz, ora şikayət edin”, cavabı verilir.

27 saylı Sabunçu 2-ci seçki dairəsinin 15 saylı məntəqəsində Cəbrayıl rayonunda qeydiyyatda olan Sabir Quliyev adlı seçiciyə seçki bülleteni verilərək, onun səs verməsinə şərait yaradılıb.

15 saylı Yasamal birinci seçki dairəsinin 2 və 3 saylı seçki məntəqələrində seçicilərin sağ əlindəki barmağına gözə görünməyən mürəkkəb vurulur, amma onların sol əlindəki barmağı yoxlanılır.

33 saylı Xətai birinci seçki dairəsindən alınan məlumata görə, məşvərətçi səs hüquqlu komissiya üzvlərinə lövhəcik verilərkən ayrı-seçkiliyə yol verilib. YAP tərəfindən təqdim olunan şəxslərə verilən lövhəcik Cəmil Həsənlinin mənafelərini müdafiə edən məşvərətçi səs hüquqlu komissiya üzvlərinə verilən lövhəcikdən fərqlənir.

Bundan başqa dairə seçki komissiyasının sədri məşvərətçi səs hüquqlu komissiya üzvlərinin səlahiyyətlərinin müşahidəçilərin səlahiyyətləri ilə eyni olduğunu bildirərək, məntəqə seçki komissiyalarına bu barədə göstəriş verib.

36 saylı Xətai seçki dairəsinin 12 saylı seçki məntəqəsində məşvərətçi səs hüquqlu komissiya üzvü Dönməz Əhmədov bir nəfərin ailə üzvlərinin yerinə səs verməsi halını aşkar edib. Lakin həmin seçki büllütenləri topa halında seçki qutusuna atılıb.

86 saylı İsmayıllı seçki dairəsinin 60 saylı seçki məntəqəsində 10 seçki bülleteni topa halında seçki qutusuna atılması faktı aktlaşdırılıb.

15 saylı Yasamal birinci seçki dairəsinin 2 saylı məntəqəsində Hacıqabul rayonundan qeydiyyatda olanlara, eləcə də məcburi köçgünlərə səs vermək şəraiti yaradılır.

120 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 3, 29 və 37 saylı seçki məntəqələrindəki müşahidəçilərin gözü qarşısında seçki qutularına seçki bülletenləri topa halında atılıb. Buna etiraz edən müşahidəçilər seçki məntəqələrindən zorakılıqla xaric edilib.

------------------------------

16:50

Bərdə rayonunda yaşayan məcburi köçkün Nazim Turbəndərov 124 saylı Şuşa- Ağdam Seçki Dairesinin 42 saylı məntəqəsində səs verərkən görüb ki, rəhmətə gedən adamların da adları siyahıdadır və bir neçə yerdə qeyd olunub.

83saylı Ağcabədi-Füzuli Seçki Dairəsinin 35 saylı məntəqəsində komissiya üzvləri çox sayda bülletenləri hec nəyə məhəl qoymadan İlham Əliyevin xeyrinə saxtalaşdırıblar. Məlumatı AXCP üzvü Teyyub Xəlilov verdi.

84 saylı Füzuli Seçki Dairəsinin 66 saylı məntəqəsində Namiq Hacıyev adlı şəxs özünü Ümid Partiyasının üzvü kimi qələmə verərək, çox sayda bülleteni qutuya atıb. Məlumatı AXCP üzvü Teyyub Xəlilov verdi.

8 saylı Binəqədi Seçki Dairəsinin 13 saylı məntəqəsində AXCP üzvü Tahir Mustayev karules prosesini telefonla çəkəndə polis onu həbs edib aparıb.

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 9 saylı məntəqəsində səs verməyə gələnə 3 bületen veriblər. Məlumatı AXCP üzvü Zülfüqar Qubadov verdi.

29 Saylı Səbail Seçki Dairəsinin 11, 3, 4, 5, 7 saylı məntəqələrində seçicilərin barmağına vurulan mürəkkəbin tərkibi sudur və 30 dəq sonra silinir. Məlumatı AXCP üzvü Cingiz Eminbəyli verdi.

10 saylı Binəqədi 2-ci Seçki Dairəsinin 11 saylı məntəqəsində saat 12-də secki siyahılari ilə yox, əlavə yazilmış siyahılarla səs verilib. Məlumatı AXCP üzvü Elçin Dəmirov verdi. 10 saylı Binəqədi seçki dairəsi, 10 saylı məntəqə. Binəqədi Əlil və Şəhid ailələri cəmiyyətinin sədri İlham məntəqənin girişində dayanıb. Boynunda nümayəndə birkası var. Şəxsən tanıdığı insanlara 5 ədəddən ibarət bülleten verir.

72 Saylı Masallı Seçki Dairəsinin 79 saylı məntəqəsində məşvərətçi səs huquqlu Cingiz Cabbarovu polis apardı. Məlumatı AXCP üzvü Laçın Əsgərli verdi.

Nizami rayonu ərazisində yol kənarında dayanmış taksi sürücülərini, satıcıları yığıb Uşaq Xəstəxanasına və Ticarət Mərkəzinə aparıblar və məntəqə olmadan bülletenlər paylayıb, zorla səs verdiriblər.

31Saylı Suraxanı Seçki Dairəsinin 15saylı məntəqəsində barmağa mürəkkəb vurulmadığına etiraz etdiyinə görə məşvərətçi səshuquqlu Əbil Qasımovu məntəqədən qovdular. Məlumatı AXCP üzvü verdi.

10 saylı Binəqədi 2-ci Seçki Dairəsinin 16 saylı məntəqəsinə 100 adam gəlməsinə baxmayaraq, 200 bülleten verilib. Eyni məntəqədə 50 hərbçi dislokasiyaya uyğun olmadan səs verib, ARDNŞ-ın 90 işçisi karusel əməliyyatına cəlb edilib. İşçilər 19 saylı məntəqədən çıxıb 18 saylı məntəqəyə aparılıblar. Məlumatı AXCP üzvü Akif Babayev verdi.

Milli Şuradan 75 saylı Lənkəran-Masallı seçki dairəsinin 9 saylı məntəqəsində müşahidəçi İbrahim Məmmədovun verdiyi məlumata görə, bu məntəqədə məşvərətçi səs hüquqlu komissiya üzvünə öz səlahiyyətlərini yerinə yetirməyə imkan verilmir. Seçkiyə aidiyyatı olmayan şəxslər seçki məntəqəsinin daxilində seçicilər arasında təbliğat apararaq, onları İlham Əliyevə səs verməyə təhrik edirlər.

22 saylı Nəsimi ikinci seçki dairəsinin 1 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Xeyrulla Balaxanlının verdiyi məlumata görə, beynəlxalq müşahidəçilərin gözü qarşısında seçki qutularına seçki bülletenləri topa halında salınması qeydə alınıb.

95 saylı Tərtər seçki dairəsinin 36 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Hamlet Səfixanlının verdiyi məlumata görə, İcra Hakimiyyətinin nümayəndələri seçki məntəqəsində seçiciləri İlham Əliyevə səs verməyə təhrik edirlər.

Məşvərətçi səs hüquqlu komissiya üzvü Əyyub Əziyevin verdiyi məlumata görə, Dövlət Torpaq Komitəsinin 7-ci mkrorayon ərazisində yerləşən yataqxanasından seçicilər “10 JP 396” dövlət nömrə-nişanlı maşınla səs vermək üçün Torpaq Komitəsinin binasına aparılır.

28 saylı Sabunçu 3-cü seçki dairəsinin 2 saylı məntəqəsindən Orxan Eyyubzadənin verdiyi məlumata görə, bir seçicinin topa halında bülletenlərini qutuya atması qeydə alınıb. Bu məntəqədə bir seçicinin bir neçə dəfə təkrar səs verdiyi müşahidə olunub.

45 saylı Abşeron seçki dairəsinin ərazisindən Zahir Feyzullayevin verdiyi məlumata görə, bütün məktəblərdə karusel əməliyyatı həyata keçirilir. Valideynlər məktəblərdə səs verməyə məcbur edilir. 7 avtobusla İşıq, Su, Kanalizasiya, Poçt işçiləri və müəllimlər məntəqələrə daşınır. 20 saylı məntəqədə valideynləri arxa qapıdan idman zalına doldurub səs verdirirlər.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 35 saylı məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Məhəbbət Muradlının verdiyi məlumata görə, bu məntəqədə seçki prosesinə ərazi icra nümayəndələri rəhbərlik edir. Seçki komissiyasının üzvləri seçki qutularına topa halında seçki bülletenləri doldurur.

123 saylı Kəlbəcər seçki dairəsinin 52 saylı məntəqəsindən verilən məlumata görə, məntəqə komissiyasının sədri İzzət Bayramov seçki bülletenlərinin qulaqcıqlarını kəsir və orada İlham Əliyevə səs verildiyini təsdiqləyən işarə qoyur. Müşahidəçi Nizami Səfiyarov isə həmin bülletenləri hamının gözü qarşısında seçki qutusuna atır.

16 saylı Yasamal ikinci seçki dairəsinin 1 saylı məntəqəsindən verilən məlumata görə, həmin məntəqədə Torpaq Komitəsinin işçiləri dəfələrlə təkrar səs verməyə cəlb olunur. Seçicilərin barmaqlarına mürəkkəb vurulmur.

18 saylı Nərimanov-Nizami seçki dairəsinin 35 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Mütalib Novruzovun verdiyi məlumata görə, bu məntəqədə seçki qutusuna külli miqdarda bülletenin topa halında atıldığı aşkar edilib.

17 saylı Yasamal üçüncü seçki dairəsinin 31 saylı məntəqəsində bu rayonun ərazisində fəaliyyət göstərən 60 saylı mənzil-istismar sahəsinin işçiləri həmin seçki məntəqəsində qeydiyyatda olmamalarına baxmayaraq, səsvermədə iştirak etmələrinə imkan yaradılıb.

22 saylı Nəsimi ikinci seçki dairəsindən səlahiyyətli nümayəndə Xeyrulla Balaxanlının verdiyi məlumata görə, bu dairənin ərazisində yerləşən 14 saylı Mənzil İstismar Sahəsinin Ramin adlı rəisi beynəlxalq müşahidəçilərin gözü qarşısında öz işçilərinin 2, 3 və 4 saylı seçki məntəqələrində təkrarən səs vermələrini təşkil edib.

15 saylı Yasamal birinci seçki dairəsindən verilən məlumata görə, bu dairənin 2 və 3 saylı məntəqələrində seçicilər kütləvi şəkildə qeydiyyatdançıxma vəsiqəsi ilə səs verir.

8 saylı Binəqədi birinci seçki dairəsinin 28 saylı məntəqəsində bir seçicinin bir neçə dəfə təkrar səsverməsi qeydə alınıb.

27 saylı Sabunçu seçki dairəsinin 2 saylı məntəqəsində səlahiyyətli nümayəndə Elşən Həsənli məntəqəyə buraxılmır.

8 saylı Binəqədi birinci seçki dairəsinin 15 saylı məntəqəsində seçkidə iştirak edən seçicilərin sayı barədə Dairə Seçki Komissiyasına şişirdilmiş məlumat verilib.

47 saylı Mingəçevir seçki dairəsində səlahiyyətli nümayəndə Nurəddin Rüstəmov seçki məntəqəsinə buraxılmır.

120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsinin 29 saylı məntəqəsindən verilən məlumata görə, məşvərətçi səs hüquqlu komissiya üzvü Əliyev Xəqani saxlanılaraq polis bölməsinə aparılıb.

83 sayli Agcabədi-Füzuli seçki dairəsinin 35 sayli secki məntəqəsində müşahidəçi Anar Gəraylının verdiyi məlumata görə, məntəqə seçki komissiyasının sədri topa halında seçki bülletenlərini seçki qutusuna şəxsən doldurur.

Prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri - Müsavat Partiyasının Suraxanı təşkilatının sədri Rövşən Dəmirli və bu partiyanın Zəngilan təşkilatının sədri Rüfət Əliyev polis tərəfindən saxlanılaraq, bölməyə aparılıb.

11 saylı Qaradağ seçki dairəsindən verilən məlumata görə, dairə ərazisində yerləşən Ələt qəsəbəsində 204 saylı bağçanın işçilərinə bir həftə əvvəldən İlham Əliyevin xeyrinə işarələnmiş bülletenlər verilib və tapşırılıb ki, seçki günü (2 saylı seçki məntəqəsində - ƏLƏT QƏSƏBƏSİ, E.İMANOV KÜÇƏSİ 127 SAYLI ORTA MƏKTƏBİN BİNASI) bülletenləri seçki qutusuna atmaq lazımdır.

42 saylı Sumqayıt ikinci seçki dairəsinin 9 saylı məntəqəsinə müşahidəçi təyin edilmiş KXCP üzvü Səmədli Aslan Məmməd oğlundan, 8 saylı məntəqəsinə təyin olunmuş müşahidəçi Muradov Rövşən Hacıbala oğlundan tələb olunub ki, müşahidəçilik etməsinlər, əks halda cəzalandırılacaqlar. Sumqayıt şəhər İcra Hakimiyyəti Dairə Seçki Komissiyaları ilə birgə iş birliyinə gedərək müşahidəçi və məşvərətçilər təhdid edilərək fəaliyyətlərinə əngəl törədirlər.

61 saylı Sabirabad seçki dairəsində məşvərətçi səs hüquqlu komissiya üzvlərinə pul təklif etməklə, bu baş tutmadıqda hədə-qorxu ilə onların seçki məntəqələrinə gəlməmələri tələb olunub.

20 saylı Nərimanov seçki dairəsində büdcə təşkilatlarının işçiləri öz məntəqələrində qeydiyyatdan çıxarılaq, iş yerləri üzrə səs verməyə yönləndiriliblər.

18 saylı Nərimanov-Nizam seçki dairəsinin 1 saylı seçki məntəqəsinin məşvərətçi səs hüquqlu komissiya üzvü Hüseyn Həsənliyə qarşı təzyiq olub. Ona seçki məntəqəsinə daxil olmaq qadağan olunub.

103 saylı Gədəbəy seçki dairəsinin 21 saylı seçki məntəqəsində məşvərətçi səs hüquqlu komissiya üzvü Q.Suleymanov seçki məntəqəsinə buraxılmıyıb. O, 25 dəqiqə keçdikdən sonra seçki məntəqəsinə daxil olarkən seçki qutusunun seçki bülletenləri ilə yarıya qədər dolu olduğunun şahidi olub. Həmin seçki məntəqəsində seçki prosesinə Gədəbəy rayon icra hakimiyyətinin nümayəndəsi Valeh Əlirza oğlu rəhbərlik edir.

11 saylı Qaradağ seçki dairəsinin 21 saylı seçki məntəqəsində bir neçə nəfər qadın karusel əməliyyatında iştirak edib. Həmin qadınlar özləri karuseldə iştirak etdiklərini etiraf ediblər. Hadisə KXCP yerli fəalları tərəfindən aktlaşdırılıb.

17 saylı Yasamal Seçki Dairəsinin 13 saylı məntəqəsi qarşısında müşahidə aparan fəallar Memari Rəhim və Tahir Mustafayev saxlanılaraq 5-ci polis bölməsinə aparılıb.

64 saylı Sabirabad 2-ci Seçki Dairəsinin 37 saylı məntəqəsində icra numayəndəsi bir adama bir neçə bülleten verərək, dəfələrlə səs verdirib. Eyni dairənin 37 saylı məntəqəsində daşınan qutunun xəstələrin evinə aparılması prosesində müxalifətin nümayəndəsinin iştirakına imkan verilməyib. Xəstələrin əvəzinə özləri səs veriblər. Məlumatı AXCP üzvü Rasim İsayev verdi.

36 saylı Xətai 4-cü Seçki Dairəsinin 29 saylı məntəqəsində xarici müşahidəçilərin gözü önündə qutuya saxta bülleten atılıb. Akt tərtib olunub. Məlumatı AXCP üzvü Mehdibey Səfərov verdi.

9 saylı Binəqədi 2-ci Seçki Dairəsinin 27 saylı məntəqəsində komissiya üzvünü polis aparıb. Məlumatı AXCP üzvü Cəmil Haciyev verdi.

64 saylı Sabirabad Seçki Dairəsinin 18 saylı məntəqəsində YAP-ın yerli şöbəsinin sədri Amil adlı şəxs gələn insanlara təzyiq edərək İlham Əliyevə səs verdirir. Məlumatı AXCP üzvü Eldar Bayramov verdi.

121 saylı Laçın Seçki Dairəsinin 88-ci məntəqəsində seçici siyahısında olan 850 nəfərdən 150 nəfərin xəstə olduqları və evlərində səs vermək üçün müraciət etdikləri deyilib. Məlumatı AXCP üzvü Abbas Namazov verdi.

-------------------

16:02: «KARUSEL» QIZIŞIB

179 saylı məktəbdə yerləşən Binəqədi 10 saylı Dairə Seçki Dairəsinin 7 və 8 saylı məntəqələrində «karusel» qızışıb.

Azadlıq Radiosunun müxbiri xəbər verir ki, müəllimlərdən və valideynlərdən ibarət 5-6 nəfərlik bir neçə qrup 7 saylı məntəqədən çıxıb 8 saylıya, 8 saylı məntəqədən çıxıb 7 saylıya gəlib səs verirlər.

Müxbirimiz «karusel» prosesini videoya çəkib. 7 saylı məntəqənin sədri isə deyib ki, belə şey ola bilməz.

Şəkidə seçki məntəqələrində saxtakarlıq və “karusel” əməliyyatı davam etdirilir. Şəkidəki mənbəmizdən aldığımız məlumata görə, "karusel" əməliyyatlarında həm Şəki şəhərində yerləşən hərbi hissələrdəki daxili qoşunlar və sərhəd qoşunlarının əsgərlərindən istifadə edirlər. Həmçinin texnikum və Müəllimlər İnstitutunun Şəki filialının tələbələri də seçki saxtakarlığına cəlb edilib.

Xəbər verilib ki, 5 saylı orta məktəbdə yerləşən 16 saylı məntəqədə müxalifətin Hüseyn Həsənov adlı müşahidəçisi məntəqədən çıxarılıb. Səbəb isə saat 09:30-da və 09:50-də məntəqənin sədri Məlahət xanımı bülleten atan yerdə görüb və ona irad tutması olub. Həmin xanım da hay-küy salaraq ona böhtan atıldığını bildirib və YAP-ın müşahidəçilərinin vasitəsi ilə H.Həsənov barəsində akt tərtib olunub və o, məntəqədən çıxarılıb.

17 saylı orta məktəbdə yerləşən məntəqəyə Şəkinin kəndlərindən də bir neçə maşın adam gətirilib. Əslində şəkinin kəndlərinə 114 ya da 115- ci dairə baxır. Bu şəxslər həmin dairələrdə səs verməlidirlər. Ancaq şəhərə gətiriblər.

15:50:

75 saylı Lənkəran-Masallı Seçki Dairəsinin 4 saylı məntəqəsinin Əfrail adlı sədri adları siyahıda olmayan insanları məcbur edir ki, səs versinlər. Məlumatı AXCP üzvü Nazim Həsənov verdi.

63 saylı Sabirabad 1-ci Seçki Dairəsinin 32 saylı məntəqəsində səsvermə məntəqə sədrinin otağında gedir. Seçicilərin barmaqları işarələnmir. Məlumatı AXCP Qulu Məmmədov verdi.

64 saylı Sabirabad 2-ci Seçki Dairəsinin 25 saylı məntəqəsində insanları maşınlarla məcburi gətirərək, hərəsinə 2 bülleten verib, İlham Əliyevin xeyrinə səs verməyi tələb edirlər. Məlumatı AXCP üzvü Rafail Mustafayev verdi.

46 saylı Şirvan Seçki Dairəsinin 11-16 –cı məntəqələrində eyni adamlar səs verir. Məlumatı AXCP üzvü Rafael Mustafayev verdi.

Bərdə rayonunda yaşayan məcburi köçkün Nazim Turbəndərov 124 saylı Şuşa- Ağdam Seçki Dairesinin 42 saylı məntəqəsində səs verərkən görüb ki, rəhmətə gedən adamların da adları siyahıdadır və bir neçə yerdə qeyd olunub.

83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsinin 35 saylı məntəqəsində komissiya üzvləri çox sayda bülletenləri hec nəyə məhəl qoymadan İlham Əliyevin xeyrinə saxtalaşdırıblar. Məlumatı AXCP üzvü Teyyub Xəlilov verdi.

84 saylı Füzuli Seçki Dairəsinin 66 saylı məntəqəsində Namiq Hacıyev adlı şəxs özünü Ümid Partiyasının üzvü kimi qələmə verərək, çox sayda bülleteni qutuya atıb. Məlumatı AXCP üzvü Teyyub Xəlilov verdi.

8 saylı Binəqədi Seçki Dairəsinin 13 saylı məntəqəsində AXCP üzvü Tahir Mustayev karules prosesini telefonla çəkəndə polis onu həbs edib aparıb.

Nərimanov rayon 19 saylı seçki dairəsinin 21 saylı seçki məntəqəsinin sədri Şükürova Tahirə Əvəz qızı deyir ki, mən bu gün heç kimə protokol verməyəcəm, əbəs yerə özünüzü yormayın. Xəbəri AXCP nümayəndəsi Toğrul İbrahim verib.

15:28

Azadlıq Radiosunun əməkdaşları 10 saylı Binəqədi 3-cü Dairə Seçki Komissiyasının 8 saylı məntəqəsində müşahidə aparıblar. Belə ki, valideynlərə tapşırılıb ki, hamınız gəlib səs verməlisiniz. Əməkdaşlarımızın onlarla söhbəti zamanı bəlli olub ki, müxtəlif rayonlarda qeydiyyatda olan şəxslər səsverməyə cəlb olunub. Məntəqə sədrin isə bunun imkansız olduğunu deyib. Məntəqədə olan AXCP müşahidəçisi deyir ki, ona müşahidəsinə mane olurlar. Əməkdaşlarımızın çəkiliş aparmasına əvvəlcə əngəl olunsa da, sonradan çəkilişə imkan verilib.

35 saylı Xətai 3-cü Seçki Dairəsindəki 21 saylı məntəqədə müşahidəçi olan AXCP üzvü Dilarə Babayevanın Azadlıq Radiosuna dediyinə görə, qeydiyyatda olmayan adamlar kütləvi şəkildə səs veriblər. Məntəqə sədri Sevda Məhəmmədova həmin adamların 5 ildən artıqdır həmin ərazidə yaşadığını və bu səbəbdən də onların sözügedən məntəqədə səs vermək hüquqları olduğunu deyib. Məntəqə sədri bunun saxtakarlıq kimi qələmə verilməsi ilə razı deyil. Saat 12:35-ə olan məlumata görə, həmin məntəqədə səsvermə hüququ olan 1492 seçicidən 450 nəfəri səs verib.

.......

15.15: 15 saylı Yasamal birinci, məntəqə 8 dövlət idarələrində işləyənlər topa-topa bülleten atır. Məlumatı Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Zərifə Məhəddinova verdi.

8 saylı Binəqədi I-cı dairənin 12 saylı məntəqədə Cəmil Həsənlinin səlahiyyətli nümayədəsi əflatun Hüseynov xəbər verir ki artıq seçki qutuları dolub?!

8 saylı Binəqədi I-cı dairənin , 4, 5 saylı məntəqələrində ümumvətəndaşlıq pasportu ilə səs verirlər. Müşahidəçilərə müşahidə üçün imkan vermirlər. Məlumatı jurnalist Xalid Qarayev verir.

45 saylı Abşeron 10 saylı dairə məntəqəsində 44 nəfər indiyədək səs verib. Bunlardan 20-nin adı əlavə seçici kimi qeyd olunub. Yaşayış ünvanları qeyd olunmayıb.

105 saylı dairədə 30 saylı məntəqəyə cəmi 270 seçici gəlib, amma artıq qutu dolub. Dairə ərazisində evləri bir-bir gəzib, şəxsiyyət vəsiqələri yığırlar. Xüsusi adamlar maşınlarla seçiciləri məntəqələrə aparırlar. İcra nümayəndələri camaata işarə edir ki, bülletendə 2-ci yerdəkinə (İlham Əliyevə) səs versinlər.

.................

15:00: Naxçıvanda prezident seçkilərinin səsəvermə mərhələsi ciddi pozuntularla müşaiyət edilir. Nehrəm kənd sakini və 6 saylı Culfa-Babək seçki dairəsi ərazisində müşahidəçi Rövşən Bağırov hədələnir. Bu haqda R.Bağırov özü Turan-ın bölgə müxbirinə bildirib. YAP Babək rayon rəhbərliyi R.Bağırovun yaxınlarına R.Bağırov müşahidəçilikdən imtina etmədiyi halda seçkidən sonra MTN-in təzyiqlərilə üzləşəcəyi xəbərdarlığı edib.

R.Bağırov Naxçıvanda fəaliyyət göstərən “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi”nin müşahidəçisidir. AXCP Naxçıvan təşkilatının üzvü, Nehrəm kənd sakini Zeynalabdin Bağırzadə və ailə üzvləri səsverməyə buraxılmayıblar. 8 nəfərlik ailə üzvlərinin heç birinin adları seçici siyahılarına salınmayıb. 6 saylı məntəqədə şəxsiyyət vəsiqəsini təqdim edərək əlavə seçici siyahısına düşmək istəsələr də, məntəqə sədri buna imkan verməyib. Z.Bağırzadə əlavə edib ki, qeydiyyatı olanlar bu məntəqədə səs verə bilmədikləri halda qeydiyyatı olmayan çoxlu sayda insanlar bu məntəqədə səsverməyə cəlb edilirlər. 1, 2, 4, 6 saylı dairələrdən gələn məlumatlarda seçki saxtakarlıqlarının əsasən “karusel” əməliyyatı üzərində qurulduğu qeyd olunur. Təkrar-təkrar səsverməyə cəlb edilən insanlar avtobus və minik maşınları ilə məntəqələrə gətirilir.

.......

14:50: 22 saylı DSK-nin 6, 23 saylı DSK-nın isə 7 saylı məntəqəsində seçicilər səsvermə kabinəsinə iki-iki daxil olurlar İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi, vəkil Anar Qasımlı məlumat verir ki, 19 saylı Nərimanov DSK-nın 5 və 6 saylı məntəqələri qarşısına idmançılar toplaşıblar. Onlar pozuntulara etiraz edənlərə qarşı fiziki zor tətbiq edirlər.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 38 saylı məntəqəsinə İlham Əliyevə səs verən "karuselçilər" gətirilib və həmin məntəqədən də başqa məntəqələrə aparılırlar. Hərbi hospitalda yerləşən məntəqədə zabitlər 300-dən çox əsgər və kursanta İlham Əliyevin lehinə işarələnmiş bülletenlər verib

.......................

14:40: 14 saylı Xəzər seçki dairəsinin 1 sayli məntəqəsinə Polis Akademiyasının kursantları gətirilir. Halbu ki onların çoxu orada qeydiyyatda deyil.

81 saylı Beyləqan seçki dairəsində məntəqələr boşdur. Büdcə təşkilatlarında çalışanlar maşınlarla məntəqələrə gətirilir və qutulara topa bülletenlər atır.

........................

14:11:Xəzər rayonunda 26 saylı məktəbin şagirdlərinin valideynləri ilə iclas keçirilib. Onlar 13 saylı Seçki Dairəsinin həm 9, həm də 10 saylı səsvermə məntəqələrində səs verməyə məcbur ediliblər.

Azadlıq Radiosunun müxbiri Bakı Tikiş Fabrikinin binasında yerləşən 22 saylı Nəsimi 2-ci seçki dairəsinin 18 və 17 saylı məntəqələrində çoxu fabrikin işçilərindən ibarət qrupları bir neçə dəfə səs verməsi müşahidə edib. Həmin qruplar fabrikin arxa qapısından çıxaraq yenidən səsverməyə qayıdır. İşçilərdən biri müxbirə səsvermədə iştirak üçün çağrıldığını deyib.

----------------

14:00 31 saylı Suraxanı Seçki Dairəsinin 9 saylı məntəqəsində Süleyman adlı məktəb direktoru 15 nəfərlə karusel əməliyyatı aparır. Məlumatı AXCP üzvü Vaqif Xalıqov verdi.

26 saylı Sabunçu Seçki Dairəsinin 10 saylı məntəqəsində 300 nəfər əsgəri məntəqədən kənarda imza atdırıb, bülleten verib səsverməyə göndəriblər. Məlumatı AXCP üzvü Allahverdi Allahverdiyev verdi.

64 saylı Sabirabad Seçki Dairəsinin 26 saylı məntəqəsinin sədri İlham Əliyevin xeyrinə bir neçə dəfə səs verib. AXCP müşahidəçilərinin müdaxiləsi ilə qanunsuzluğun qarşısı alınıb. Məlumatı AXCP üzvü İmran Hüseynov verdi.

Yasamal rayon 2 nömrəli Tibb Texnikumunda qeydiyyatda olmayan tələbələr məcburi şəkildə səsverməyə cəlb edilirlər. Yasamal rayonu ərazisində yerləşən Onkalogiya İnstitutunun işçiləri, həkimləri, hətta müalicə alan xəstələr belə məcburi şəkildə səsverməyə cəlb edilirlər.

36 saylı Xətai Seçki Dairəsinin 12-ci məntəqəsində vergi işçiləri və müəllimlər karusel edirlər. Məlumatı AXCP üzvü Elbrus Abdullayev verdi.

52 saylı Quba DSK-nın ümumrespublika üzrə müşahidəçi Vaqif Mürşüdlünün və Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Bədirxan Ağayevin verdikləri məlumata görə müvafiq olaraq 52 saylı Quba və 54 saylı Sabran Siyəzən DSK-ların bütün məntəqələrində karusel həyata keçirilir. 1 nəfər 1 neçə adamın yerinə səs verir, barmaqlara mürəkkəb vurulmur 1 sözlə total saxtalaşdırma həyata keçirilir.

15 saylı Yasamal seçki dairəsinin 24, 25, və 28 saylı məntəqələrində karusel əməlliyatı gedir. 90 VB 353 dövlət nömrə nişanlı avtobusla seçilər bu məntəqələrə daşınır. Onlara şəxsiyyət vəsiqəsi verilir və səsverməyə göndərilir.

MDB-nin Müşahidə Missiyasının 92 saylı Zərdab-Ucar seçki dairəsində müşahidə aparmalı olan üzvləri Zərdabın icra başçısı Lütvəli Babayevin hesabına Kür qırağında yeyib içirlər. Onlar ora 10 BT 512 və 10 BT 519 dövlət nömrə nişanlı avtomobillərdə gətirilib.

72 Saylı Masallı Seçki Dairəsinin 79 saylı məntəqəsində məşvərətçi səs huquqlu Cingiz Cabbarovu polis məntəqədən uzaqlaşdırıb. Məlumatı AXCP üzvü Laçın Əsgərli verdi.

.....................

13:50 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 38 saylı məntəqəsinə İlham Əliyevə səs verən "karuselçilər" gətirilib və həmin məntəqədən də başqa məntəqələrə aparılırlar. Nizami rayonunda Lotos ve Diglas ticarət mərkəzləri bağlanılaraq işçilər polis nəzarəti altında avtobuslarla ətrafdakı məntəqələrə səs vermək üçün aparılıb, karusel edilir.

.............

13:40 32 saylı Suraxanı üçüncü seçki dairəsi 28 saylı məntəqədə 10 BP 306 nömrəli raf markalı avtomobil karusel əməliyyatı aparır.

16 saylı Yasamal ikinci seçki dairəsinin 1 saylı məntəqəsindən verilən məlumata görə, həmin məntəqədə Torpaq Komitəsinin işçiləri dəfələrlə təkrar səsverməyə cəlb olunur. Seçicilərin barmaqlarına mürəkkəb vurulmur.

18 saylı Nərimanov-Nizami seçki dairəsinin 35 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Mütalib Novruzovun verdiyi məlumata görə, bu məntəqədə seçki qutusuna külli miqdarda seçki bülleteninin topa halında atıldığı aşkar edilib.

17 saylı Yasamal üçüncü seçki dairəsinin 31 saylı məntəqəsində bu rayonun ərazisində fəaliyyət göstərən 60 saylı MKİS-in işçiləri həmin seçki məntəqəsində qeydiyyatda olmamalarına baxmayaraq, səsvermədə iştirak etmələrinə imkan yaradılıb.

22 saylı Nəsimi ikinci seçki dairəsindən səlahiyyətli nümayəndə Xeyrulla Balaxanlının verdiyi məlumata görə, bu dairənin ərazisində yerləşən 14 saylı Mənzil İstismar Sahəsinin Ramin adlı rəisi beynəlxalq müşahidəçilərin gözü qarşısında öz işçilərinin 2, 3 və 4 saylı seçki məntəqələrində təkrarən səs vermələrini təşkil edib 15 saylı Yasamal birinci seçki dairəsindən verilən məlumata görə, bu dairənin 2 və 3 saylı məntəqələrində seçicilər kütləvi şəkildə qeydiyyatdançıxma vəsiqəsi ilə səs verir.

8 saylı Binəqədi birinci seçki dairəsinin 28 saylı məntəqəsində bir seçicinin bir neçə dəfə təkrar səsverməsi qeydə alınıb 27 saylı Sabunçu seçki dairəsinin 2 saylı seçki məntəqəsində səlahiyyətli nümayəndə Elşən Həsənli məntəqəyə buraxılmır.

8 saylı Binəqədi birinci seçki dairəsinin 15 saylı məntəqəsində seçkidə iştirak edən seçicilərin sayı barədə Dairə Seçki Komissiyasına şişirdilmiş məlumat verilib 47 saylı Mingəçevir seçki dairəsində səlahiyyətli nümayəndə Nurəddin Rüstəmov seçki məntəqəsinə buraxılmır 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsinin 29 saylı məntəqəsindən verilən məlumata görə, məşvərətçi səs hüquqlu komissiya üzvü Xəqan Əliyevi saxlanılaraq polis bölməsinə aparılıb.

83 sayli Agcabədi-Füzuli seçki dairəsinin 35 sayli secki məntəqəsində müşahidəçi Anar Gəraylının verdiyi məlumata görə, məntəqə seçki komissiyasının sədri topa halında seçki bülletenlərini seçki qutusuna şəxsən doldurur.

..................

13:20 Seçkilərin saxtalaşdırılması prosesi Azərbaycandan kənarda ölkəmizin səfirliklərində də müşahidə olunur. Moskvada Azərbaycan səfirliyinin binasında təşkil olunan səsvermədə karusell əməliyyatında hazırda Rusiyanın paytaxtında təlimdə olan Ədliyyə Nazirliyinin 50-yə yaxın kursantından istifadə olunur. Bundan başqa paytaxt bazarlarında çalışan azərbaycanlıları da saxtakarlıq prosesində iştirak etməyə vadar edirlər. BDU-nun Tələbə Gənclər Təşkilatına üzv olan tələbələrə MTN-ə məxsus kart veriblər ki, bütün seçki məntəqələrinə barmaqlarına maye vurulmadan daxil olub səs verə bilsinlər.

Həmin tələbələrə öncədən boş blanklar da verilib Salyan rayonu 60 saylı DSK-da 38 saylı MnSk-da əsgərlərə sənədləri imzalatdırıblar, səsverməyə icazə verməyiblər, onların əvəzindən zabitlər səs verib.

10 saylı Binəqədi DSK-da 20 saylı məntəqənin Milli Şura və AXCP-dən müşahidəçisi Elçin Dəmirov qanun pozuntularına qarşı çıxdğına görə (karusel, topa bülletenler atmaq və s.) məntəqədən uzaqlaşdırılıb.

Qazax dövlət idarələrində çalışanlara işarələnmiş bülletenlər verilib. 107 saylı Qazax SD-nin 4 saylı məntəqəsinə gələn qadın seçici bildirişi itirdiyini deyib və idarəyə təqdim etmək üçün yenisini istəyib.

Salyan rayonu 60 saylı DSK-da 38 saylı MnSk-da əsgərlərə sənədləri imzalatdırıblar, səsverməyə icazə verməyiblər, onların əvəzindən zabitlər səs verib.

......................

13:00: KXP-dən daxil olan məlumatlar:

11 saylı seçki dairəsinə daxil olan Ələt qəsəbəsində 204 saylı bağçanın işçilərinə bir həftə əvvəldən İlham Əliyevin xeyrinə bülletenlər verilib və tapşırılıb ki, seçki günü (2 saylı məntəqədə- ƏLƏT QƏSƏBƏSİ, E.İMANOV KÜÇƏSİ 127 SAYLI ORTA MƏKTƏBİN BİNASI) bülletenləri seçki qutusuna atmaq lazımdır.

Gəncədə idmançılara göstəriş verilib ki, sabah axşam saat 7.00-dən sonra İlham əliyevin prezident seşkilərində qələbə qazanması ilə bağlı atəşfəşanlıqda iştirak etsinlər.

KXCP-in Sumqayıt şəhər şöbəsinin müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlərinə edilən təzyiqlə haqqında:

43-cü dairədən məşvərətçi səs hüquqlu Məmmədov Məmmədyə Məmmədəli oğluna Sumqayıt şəhər 11 saylı MİS-in rəisi Nizami zəng edərək onu öz kabinetinə dəvət etmiş, seçki günü məntəqədə oturmasını və heç nəyə qarişmamasını tələb etmişdir.

42-ci dairənin 9-cu məntəqəsinə təyin edilmiş KXCP üzvü Səmədli Aslan Məmməd oğluna müşahidə aparacağı məntəqəyə gəlib müşahidə aparmaması tələb olunmuşdur. Müşahidə edəcəyi təqdirdə başının ağrayacağı bildirilmişdir.

KXCP-dən 42-ci dairənin 8-ci məntəqəsinə təyin olunmuş müşahidəçi Muradov Rövşən Hacıbala oğluna zəng edərək 8-ci məntəqədə müşahidəçi olduğunu bildirilmişlər. Rövşən bəyə bildirilmişdir ki, fikrindən daşınsın əks təqdirdə ona pis olacaq.

Sumqayıt şəhər İcra Hakimiyyəti Dairə Seçki Komissiyaları ilə birgə iş birliyinə gedərək müşahidəçi və məşvərətçilər təhdid edilərək fəaliyyətlərinə əngəl törədirlər.

61 saylı Sabirabad məşvərətçilərə pul təklif edirlər və təziq göstərirlər ki, seçki məntəqəsinə gəlməsinlər.

65 saylı Sabirabad-Saatlı-Kürdəmir məşvərətçilərə təziq edirlər ki, məntəqələrə gəlməsinlər.

20 saylı Nərimanov seçki dairəsi büdcə təşkilatlarının işçilərini özlərinin səs verəcəyi məntəqədən çıxardaraq işlədiyi yerdə səs vermələri haqda bildiriş veriblər.

18 saylı Nərimanov-Nizam 1 saylı seçki məntəqəsinin məşvərətçi səs hüquqlu komissiya üzvü Hüseyn Həsənliyə qarşı təziq olunur. Ona seçki məntəqəsinə getməyə qadağa qoyulub və xəbərdarlıq ediblər ki, seçki məntəqəsinə gedərsə işdən qovacaqlar.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 42 saylı məntəqəsində (Binəqədi qəsəbəsi Xanlıq məktəbi) seçki qutusu səsəvermə otağına gətirilərkən içində seçki bülleten olub. Müşahidəçilərin (KXCP-dən) etiraz etməsinə baxmayaraq içərisində bülleten olan qutunu blomblayıblar. Hadisə aktlaşdırılıb.

103 saylı Gədəbəy SD 21 saylı seçki məntəqəsində Cəmil Həsənlinin məşvərətçi komissiya üzvünü məntəqəyə buraxmıyıblar. 25 dəqiqə keçdikdən sonra, məntəqəyə daxil olan Q.Suleymanov seçki qutusunun yarıya qədər dolu olduğunu görür. Saxtakarlığı təşkil edən Gədəbəy icra hakimiyyətindən Valeh Əlilrıza oğludur.

11 saylı Qaradağ SD-nin 21 saylı MnSK-da bir neçə nəfər karusel (qaçqınlar) əməliyyatında iştirak edirlər - qadınlar özləri etiraf ediblər. Hadisə aktlaşdırılıb.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 42 saylı məntəqəsində bir nəfər on büliten aldıqda qarşısı alınıb və aktlaşdırıb.

11 saylı Qaradağ sd-nin 11 MnSM-də seçicilərə bülliten iki-iki verilir. MnSK Saleh adlı üzvü seçiciyə açıq şəkildə bülletendə kimə səs verməyi göstərir. Səs verən seçicilər seçki komissiyadan sənəd istiyirlər ki, iş yerinə versinlər. ATƏT-in nümayəndəsinin xanım tərcüməçisi müşahidəçinin sözlərini tərcümə eləmir ki, sonra onun üçün problem yaranar.

Sumqayıtda Cavid ticarət mərkəzini bağlıyıblar bütün işçilərin şəxsiyyət vəsiqələrini alırlar, bir müddətdən sonra qaytararaq obyektini açmağa icazə verirlər. 73 saylı Lənkəran seçki dairəsinin bütün məntəqələrində açıq-açığına karusel təşkil olunub. Karuseldə idarə-müəssisə işçilərini avtobuslar vasitəsilə bütün məntəqələri gəzdirirlər. Dünən icra hakimiyyətinin başçisi idarə-müəssisə rəhbərlərini yığaraq tapşırıq verərərk əlavə edib ki, hansısa müxalifət sizə mane olarsa gəlib onların yerdə başların əzərəm.

125 saylı Qubadlı-Zəngilan sd-38 MnSK (Xırdalanda) adamları avtobuslara kompakt şəkildə on başların rəhbərliyi ilə seçki məntəqələrinə gətirirlər. Ələt qəsəbəsində 10 UB 957 Ekaros, (Nərman Neft), 90 İQ 587 Hunday (Boss Şelf), 90 AQ 461 Hunday (Boss Şelf) maşınlarla məntəqələrə adamları daşıyaraq karusel təşkil edirlər.

11 s.d 24 MnSK - Bildirişlərə möhür vurub qaytarırlar. Pasportla qeydiyyatı olmuyan adamlara bülleten verirlər. Müşahidəçilər (hakimiyyət) qanun pozuntularına yardım edirlər. Bülletenləri saymağa imkan verməyiblər. Müşahidəçilər kabinələri görmürlər.

Qazax 107 s.d 4 MnSK-də: - Ağstafadan yüzlərlə tələbəni gətirərək səs verdirirlər. Bir neçə tələbənin kimliyinin qeydiyyatı aparılıb. Şəkilləri çəkilib, video-görüntüsü alınıb.

18 saylı Nərimanov-Nizami seçki dairəsi 10 saylı məntəqədə başqa yerdə Ağdaşda qeydiyyatda olan Həmidov Dadaş səs verərkən Cəmil Həsənlinin nümayəndələri tərəfindən yaxalanaraq bu haqda məntəqə sədrinə xəbərdarlıq edilsə də, vəziyyətə göz yumulub. Seçicilərin barmaqlarına boya vurulmur.

73 saylı Lənkəran seçki dairəsinin bütün məntəqələrində karusel nəticəsində seçki qutuları dolmaq üzrədir.

106 Qazaz SD-21 saylı MnSK-nın sədri Göhər səlahiyyətli nümayındələri və müşahidəçiləri təhqir edərək məntəqəyə buraxmayıb.

.................

12:50: 25 saylı Nizami II seçki dairəsinin 20 saylı məntəqəsində adları seçici siyahısında olmayanalar şəxsiyyət vəsiqəsi təqdim etmədən bülletenlər alır. Bir neçə halda səs verməyə gələn seçicilər onların yerinə siyahıya imza atıldığı və səs verildiyini görüblər.

22 saylı DSK-nın 6 saylı məntəqəsində seçicilərin barmaqlarında xüsusi boyanın olub-olmadığı yoxlanılmır. Yalnız səs veriləndən sonra bu prosedur həyata keçirilir. Başqa bir qanun posuntusu məntəqədə müşahidəçilərə hərəkət etmeye imkan verilməməsidir. Bu pozuntularla bağlı artıq akt tərtib olunub.

12:30:Cəmil Həsənlinin səs verdiyi məntəqədə - 17 saylı Yasamal III seçki dairəsinin 6 saylı məntəqəsində "karusel" əməliyyatına start verildi. 14 müəllim saxtakarlıqda iştirak edir. İndi onlar metronun "Nizami" stansiyası ilə üzbəüz olan məktəbin həyətindədirlər. Burada da səs verəcəklər.

125 saylı Zəngilan-Qubadlı Seçki dairəsinin 38 saylı məntəqəsinə kütləvi seçicilər gətirilib, "karusel" əməliyyatı təşkil olunub. Qaradağ rayonunda yerləşən 11-ci dəirədə millət vəkili Ağalar Vəliyevin , neft şirkətinin işçisi Elçin Zülfüqarovun adamları heç bir qanun tanımır. Qaz idarəsinin,jekin işçiləri bütün məntəqələrdə səs verir. 61 saylı Neftçala seçki dairəsində 3 saylı MnSK-da komissiya üzvləri seçicilərə İlham Əliyevə səs verməyi təşviq edir, 50-60 nəfərlik karusel qrupu məntəqədə qarışıqlıq yaradıb, seçki mühitindən əsər əlamət qalmayıb.

15 saylı DSK-nın 15 saylı məntəqəsində səlahiyyətli nümayəndə Zərifə Məhəddinova: bir şəxs cibindən İlham Əliyevin adına işarələnmiş hazır bülletenı qutuya ataraq yeni bülletenlər götürüb məntəqəni tərk edib.

AXCP sədrinin müşaviri Məmməd İbrahim xəbər verir ki, Nərimanov 19 saylı seçki dairəsinin 23, 24, 30 saylı məntəqələrində açıq aydın karusel əməliyyatı həyata keçirilir.

55 saylı Xaçmaz şəhər seçki dairəsindən Ramazan Əliyevin verdiyi məlumata görə, məşvərətçi səs hüquqlu komissiya üzvü olan Ramiz Mustafayev bu dairənin 1 saylı məntəqəsində olarkən polis tərəfindən məntəqədən çıxarılıb və polis idarəsinə aparılıb.

17 saylı Oğuz-Qəbələ seçki dairəsinin 20 saylı Şirvanlı kənd seçki məntəqəsindən müşahidəçi Ramin Musayevin verdiyi məlumata görə, kəndin sahə müvəkkili və kənd icra nümayəndəsi seçki məntəqəsinin önündə dayanaraq, səsverməyə gələn seçicilərə təsir göstərirlər.

34 saylı Xətai ikinci seçki dairəsinin 7 saylı məntəqəsindən müşahidəçi Cəlal Qarayevin verdiyi məlumata görə, bir seçici seçki qutusuna 7 bülleten atarkən saxlanılıb.

64 saylı Sabirabad ikinci seçki dairəsinin 10 saylı Moranlı məntəqəsindən verilən məlumata görə, məşvərətçi səs hüquqlu komissiya üzvü Mikayıl İsmayılovun müşahidə aparmasına imkan verilməyib, o seçki məntəqəsindən çıxarılıb.

29 saylı dairənin 17-18-19 məntəqələrində 51-162 saylı məktəbin müəllimləri karusel əməliyyatında iştirak edir. 8 saylı Binəqədi birinci seçki dairəsinin 4, 5 saylı məntəqələrindən jurnalist Xalid Qarayevin verdiyi məlumata görə, seçicilər ümumvətəndaşlıq pasportu ilə səs verirlər. Müşahidəçilərə müşahidə üçün imkan verilmir.

57 saylı Kürdəmir seçki dairəsinin 26 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Lətafət Məlikovanın verdiyi məlumata görə seçki qutusuna seçki bülletenləri topa şəkildə atılır. 81 saylı Neftçala seçki dairəsinin 4, 5 və 6 saylı məntəqələri vaxtında açılmayıb, seçki bülletenləri sayılmadan səsvermə başlayıb.

15 saylı Yasamal birinci seçki dairəsinin 22 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Maarif Ağaməmmədovun verdiyi məlumata görə, səsvermə elan olunmamışdan qabaq içəridə bir qrup seçiciyə seçki bülleteni verilərək səsvermə başlanıb.

Həmin dairənin 23 saylı MnSK-ya 22 saylı MKİS-in işçiləri tərəfindən karusel üsulu ilə seçiciər gətirilir. 34 saylı Xətai ikinci seçki dairəsinin 30 saylı məntəqəsindən verilən məlumata görə, məşvərətçi səs hüquqlu komissiya üzvü Sevil Məmmədova karusel əməliyyatı həyata keçirən qrupu mobil telefon vasitəsilə çəkərkən, seçki komissiyasının sədri və katibi Sevil Məmmədovanın mobil telefonunu zorla əlindən alıblar. Dairənin 7 saylı məntqəsində bir nəfər yeddi bülletendən istifadə edərəkən tutulub. Bu hadisədən sonra məntəqədə qeydə alınan müşahidəçilər Çəlal Qarayev və Südabə Səlimovanı polis seçki məntəqəsindən çıxarıb.

32 saylı Suraxanı üçüncü seçki dairəsinin 18-26 saylı məntəqələrindən verilən məlumata görə, bu seçki məntəqələrində barmaq işarələmək üçün mürəkkəb yoxdur.

74 saylı Lənkəran kənd seçki dairəsinin 39 saylı məntəqəsindən müşahidəçi Hikmət Qurbanovun verdiyi məlumata görə, müşahidəçi Məhmədov Hikmət Ayaz oğlu polis əməkdaşı Cavid Həsənov tərəfindən seçki məntəqəsindən çıxarılıb. Həmin məntəqədə seçki bülletenlərinin kütləvi şəkildə seçki qutularına atdığı qeydə alınıb.

61 sayli Neftçala secki dairəsinin 2 sayli seçki məntəqəsindən müşahidəçi Güloğlan Əkbərovun verdiyi məlumata görə, seçki komissiyasının sədri və üzvləri seçki qutusuna topa şəkildə seçki bülleteni atır.

50 saylı Qobustan-Xızı dairəsindən səlahiyyətli nümayəndə Ağaseyid Hüseyinovun verdiyi məlumata görə, “Baku Stell Kompany” şirkətinin 50 nəfər işçisi məntəqələr üzrə karusel əməliyyatı həyata keçirir. Həmin dairənin Sahibkarlığa Yardım Fondunun binasında yerləşən 9 saylı məntəqəsində artıq karusel əməliyyatına başlanıb və bu əməliyyata MKİS işçiləri rəhbərlik edir.

16 saylı Yasamal ikinci seçki dairəsnin 5, 6, 9 və 10 saylı məntəqələrində karusel əməliyyatı həyata keçrilir, prezidentliyə namizəd Cəmil Həsənlinin maraqlarını müdafiə edən məşvərətçi səs hüquqlu komissiya üzvlərinin seçki məntəqəsində müşahidə aparmasına imkan verilmir.

98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd və 100 saylı Şəmkir-Daşkəsən seçki dairələrində səlahiyyətli nümayəndə Şahin Həsənlinin verdiyi məlumata görə, məntəqə seçki komissiyalarına AXCP adından müşahidəçilər verilib və bu onların vəsiqələrində göstərilib. Bu şəxslərin AXCP-yə heç bir aidiyyəti yoxdur.

117 saylı Oğuz-Qəbələ seçki dairəsinin Qumlaq kəndində yerləşən seçki məntəqəsində seçicilərin barmağına boya vurmurlar.

.................

12:10: 81 saylı Beyləqan DSK 08 saylı məntəqəsində komisiyya üzvü Rəsul adlı şəxsin oğlu AXCP Beylaqan şöbəsinin sədri, səlahiyyətli nümayəndə Fizuli Qəhramanlını döyüb. Rəsul adlanan şəxsin oğlu həm də məntəqə ərzaisində exit-poll keçirib.

10 saylı Binəqədi DSK-da 20 saylı məntəqənin Milli Şura və AXCP-dən müşahidəçisi Elçin Dəmirov qanun pozuntularına qarşı çıxdğına görə (karusel, topa bülletenler atmaq və s.) məntəqədən uzaqlaşdırılıb.

192 nömrəli marşrut xətdən çıxarılıb. Ancaq bir istiqamətə avtobus dolusu adam gətirir. “Sərnişinlərin” əlində hazır bülletenlər var. Bu qanun pozuntusu Binəqədi rayonunda yerləşən məntəqələri əhatə edir.

41 saylı Binəqədi Seçki Dairəsinin 32-ci məntəqəsində Zabit Eminov adlı vətəndaşın əlində üzərinə nömrə yazılmış bildiriş olub. Həmin bildirişə əsasən o, Adil Məmmədov küçəsi 133, mənzil 22-də qeydiyyatda olan Əliyev İlqar Əli oğlunun adına bülleten alıb.

...........

12:05:Jurnalist Anar Gəraylı məlumat yayıb ki, Zəngilan-Qubadlı seşki dairəsinin 17 saylı məntəqəsində bir nəfəri qutuya topa-topa bülleten doldururkən tutub. Həmin adam qohumlarının yerinə səs verdiyini deyib. Daha sonra jurnalistin özünü məntəqədən kənarlaşdırıblar.

Vəkil Aslan İsmayılov xəbər verir ki, 20 saylı dairənin 13 və 14 saylı məntəqəsində qutulara topa-topa büelletenlər atılır.

10 saylı Binəqədi DSK-nin ərzaisində yerləşən MirCəlal küçəsində JEK işçiləri binalardan şəxsiyyət vəsiqəsini yığırlar. Konkret olaraq MirCəlal 11 saylı bınadan şəxsiyyət vəsiqələrini Zivər adlı JEK işçısı olan qadın yığır.

70 saylı Masallı şəhər DSK-nın 27 saylı məntəqəsinin AXCP-dən üzvü Taleh Məmmədovun verdiyi məlumata əsasən secicilərin baş barmağına mürəkkəb vurulmur, geniş miqyaslı karusel həyata keşirilir, nümayişkaranə surətdə komissiya sədri topa bülletenləri qutuya atır.

24 sayli Nizami DSK-da 23 saylı məntəqəsinin məşvərətçi səs hüquqlu üzvü Əfqan Əmənov: YAP-dan olan müşahidəçi Bəsti Məmmədovun 15 ədəd bülleteni qutuya atıldığı aşkarlanıb.

23 saylı Nəimi-Sabail DSK-nın 3 saylı məntəqəsində şəxsiyyət vəsiqəsinin surəti ilə bir seçici səs verib. 50 saylı dairədə Baku Stlill Kompani şirkətinin 50 nəfər işçisi məntəqələr üzrə karusseldə iştirak edirlər. Məlumatı müşahidəçi Ağaseyid Hüseyinov verib.

80 saylı İmişli- Beyləqan dairəsinin 4 saylı məntəqənin sədri Mehdi Mehdiyev Həsənov Kamilə İlham Əliyevin xeyrinə 150 ədəd işarələnmiş bülleteni verərək qutuya atdırıb. Sumqayıt şəhərində təcili tibbi yardımın işcilərinə rəhbərlikdən xəbərdarlıq olunub ki, həkimlərin barmaqlarında xüsusi boyanın olub-olmadığı yoxlanacaq. Kim səs verməsə əmək haqqlarından kəsiləcək.

Zərdab qeydiyyatinda olan Şirinov Xəyyama 92 saylı Zərdab-Ucar DSK-nın 26 saylı məntəqsindən gizli nömrədən zəng edib təzyiq edirlər ki, şəxsiyyət vəsiqəsinin nömrəsini desin. Zəng edənlər Zərdab icra haimiyyətindən olduğlarını deyiblər.

..................

12:03:: Qusarda 51 saylı Seçki Dairəsinin 1, 2 , 42 və 44 saylı səsvermə məntəqələrində müşahidəçilərin əksəriyyəri YAP üzvləridir. 42 və 44 saylı səsvermə məntəqəsindəki müşahidəçilərin isə hamısı YAP-çılardır. Seçicilər səsvermədə aktiv iştirak etmirlər. Məntəqələrdə seyrəklikdir.

11:20:84 saylı Füzuli seçki dairəsinin 17 saylı məntəqəsində qutular İlham Əliyevin xeyrinə atılmış hazır bülletenlərlə doldurulub başqa otaqda saxlanılır. Səsvermə bitəndən sonra qutuları dəyişdirmək planlaşdırılır.

Gəncədə 39 nömrəli seçki dairəsinin 4 nömrəli seçki məntqəsində (şəhərin 2-ci hissəsində mədəniyyət evində) komissiya üzvləri Cəmil Həsənliyə səs verəcək müxalif seçilicələrə büllleten vermir, qıcıqlandırır və təxribat edərək, davaya çəkirlər.

.............

11:15: Bakıdakı 8 saylı Binəqədi 1-ci seçki dairəsinin 20 saylı məntəqəsində Milli Şuranın müşahidəçisi “karusel” baş verdiyini iddia edərək buna etiraz edib. O, seçkiyə yüzbaşıların da müdaxilə etdiyini bildirib. Yüzbaşı olduğu iddia olunan şəxs isə Azadlıq Radiosunun müxbiri Ülkər Akifqızına deyib ki, o, yüzbaşı deyil, sadəcə seçkiyə kənardan kömək etməyə cəhd göstərib. Onu məntəqədən kənarlaşdırıblar. Azadlıq Radiosunun müxbiri Naxçıvani küçəsi 1-36 ünvanında yaşayan şəxsin, 20 saylı məntəqədə qeydiyyatda olmasa da, orada səs verdiyini müşahidə edib. Məntəqə sədri Saleh Mirzəyev müxbirimizə bildirib ki, belə şey ola bilməz, yəqin həmin şəxs qeydiyyatını dəyişib, ona görə əlavə bildirişlə səs verib. Müxbirimiz isə seçicinin əlavə bildirişlə yox, şəxsiyyət vəsiqəsi ilə səs verdiyini müşahidə edib.

----

------------------

11:13: Azadlıq Radiosunun əməkdaşı Tural Mustafayev Göyçaydan xəbər verir: 91 saylı Ucar SD 1 saylı məntəqəsində Milli Şuranın səlahiyyətli nümayəndəsi Fəzli Mehdiyev komissiya sədrinin otağında bülletenlərin kəsilərək seyfə yığıldığını gördüyünü deyir. Akt tərtib olunub. Müxbirimiz komissiya rəsmiləri ilə F.Mehdiyevin mübahisəsini kamera ilə çəkib. Həmin məntəqədə daha öncə də topa bülletenlərin qutuya atılması və karuselin təşkil olunması ilə bağlı şikayətlər var.

---------------------

11:10: 67 saylı DSK-nın (Cəlilabad) 19 saylı məntəqəsində bir müşahidəçidə İlham Əliyevın adına işarələnmiş bülleten tutulub. 3 saylı məntəqədə isə sədr Salmanov Əfqan müşahidəşiləri təhqir edib məntəqədən uzaqlaşdırmağa çalışır. Həmin dairədə broyler fabrikin 50 AD 427 və 15 AC 317 nömrəli avtobusları karusel üçün adam daşıyır.

-------------

10:55: 45 saylı Abşeron seçki dairəsinin 10 saylı məntəqəsindən verilən məlumata görə, seçki məntəqəsinin sədri Tərlan Hacızadə prezidnetliyə namizəd Cəmil Həsənlinin maraqlarını müdafiər edən müşahidəçiləri seçki məntəqəsindən uzaqlaşdırmağa cəhd edib. Müşahidəçilər təhdid olunur. Bu məntəqədə qeydiyyatda olmayan seçicilərin səs verməsinə imkan yaradılır.

95 saylı Tərtər seçki dairəsinin 4 saylı seçki məntəqəsindən müşahidəçi Xaqani Məmmədin verdiyti məlumata görə, rayon təhsil şöbəsinin işçisi Nuriyev İntiqam Azad oğlu karusel əməliyyatı təşkil edərkən müşahidəçilər tərəfindən məntəqədə yaxalanıb.

15 saylı Yasamal birinci seçki dairəsinin 8 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Zərifə Məhəddinovanın verdiyi məlumata görə, büdcə təşkilatlarının işçiləri seçki qutusuna topa şəklində seçki bülletenləri atır.

8 saylı Binəqədi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsindən səlahiyyətli nümayədə Əflatun Hüseynovun verdiyi məlumata görə, seçki məntəqəsinə azsaylı seçicilərin gəlməsinə baxmayaraq, seçki qutuları artıq dolub.

45 saylı Abşeron seçki dairəsinin 10 saylı məntəqəsindən verilən məlumata görə, indiyədək səs verən 44 seçicidən 20-si qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verib. Onlar qanunun tələbinə zidd olaraq müvafiq sənədə ünvanlarını yazaraq imza atmayıb. 120 sayli Cəbrayıl-Qubadlı seçki dairəsinin 4 saylı məntəqəsindən müşahidəçi Aydın Əliyevin verdiyi məlumata görə, bir seçiciyə iki seçki bülleteni verilir.

34 saylı Xətai üçüncü secki dairəsinin 13 və 14 saylı məntəqələrindən müşahidəçi Rza Abdullayevin verdiyi məlumata görə, 98 saylı məktəbin direktoru karusel əməliyyatına rəhbərlik edir. 31 saylı Suraxanı ikinci secki dairəsinin 2 saylı məntəqəsindən verilən məlumata görə, Nataliya adında şəxs AXCP-nin nümayəndəsi kimi qeydiyyata düşüb. AXCP-dən alınan məlumata görə, onun bu təşkilata heç bir aidiyyatı yoxdur.

10:30.

45 saylı Abşeron seçki dairəsinin 10 saylı məntəqəsindən verilən məlumata görə, seçki məntəqəsinin sədri Tərlan Hacızadə prezidnetliyə namizəd Cəmil Həsənlinin maraqlarını müdafiər edən müşahidəçiləri seçki məntəqəsindən uzaqlaşdırmağa cəhd edib. Müşahidəçilər təhdid olunur. Bu məntəqədə qeydiyyatda olmayan seçicilərin səs verməsinə imkan yaradılır.

95 saylı Tərtər seçki dairəsinin 4 saylı seçki məntəqəsindən müşahidəçi Xaqani Məmmədin verdiyi məlumata görə, rayon təhsil şöbəsinin işçisi Nuriyev İntiqam Azad oğlu karusel əməliyyatı təşkil edərkən müşahidəçilər tərəfindən məntəqədə yaxalanıb.

15 saylı Yasamal birinci seçki dairəsinin 8 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Zərifə Məhəddinovanın verdiyi məlumata görə, büdcə təşkilatlarının işçiləri seçki qutusuna topa şəklində seçki bülletenləri atır.

8 saylı Binəqədi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsindən səlahiyyətli nümayədə Əflatun Hüseynovun verdiyi məlumata görə, seçki məntəqəsinə azsaylı seçicilərin gəlməsinə baxmayaraq, seçki qutuları artıq dolub.

45 saylı Abşeron seçki dairəsinin 10 saylı məntəqəsindən verilən məlumata görə, indiyədək səs verən  44 seçicidən 20-si qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verib. Onlar qanunun tələbinə zidd olaraq müvafiq sənədə ünvanlarını yazaraq imza atmayıb.

 120 sayli Cəbrayıl-Qubadlı seçki dairəsinin 4 saylı məntəqəsindən müşahidəçi Aydın Əliyevin verdiyi məlumata görə, bir seçiciyə iki seçki bülleteni verilir.

 34 saylı Xətai üçüncü secki dairəsinin 13 və 14 saylı məntəqələrindən müşahidəçi Rza Abdullayevin verdiyi məlumata görə, 98 saylı məktəbin direktoru karusel əməliyyatına rəhbərlik edir.

 31 saylı Suraxanı ikinci secki dairəsinin 2 saylı məntəqəsindən verilən məlumata görə, Nataliya adında şəxs AXCP-nin nümayəndəsi kimi qeydiyyata düşüb. AXCP-dən alınan məlumata görə, onun bu təşkilata heç bir aidiyyatı yoxdur.

-------------------------

10:25: 8 saylı Binəqədi birinci seçki dairəsindən prezidentliyə namizəd Cəmil Həsənlinin vəkili Pənah Hüseynin verdiyi məlumata görə, 8 nəfərdən ibarət qrup 276 saylı məktəbdə yerləşən 20, 21, 22 saylı məntəqələrdə karusel üsulu ilə səs verirlər.

27 saylı Sabunçu ikinci seçki dairəsinin 7 sayli seçki məntəqəsindən Cəsur Məmmədovun verdiyi məlumata görə, bəzi seçicilər barmaqlarına mürəkkəb vurulmadan seçki məntəqələrinə buraxılıb. Bu barədə protokol tərtib edilməsi ilə əlaqədar müşahidəçilərin tələbi yerinə yetirilməyib.

36 saylı Xətai dördünçü seçki dairəsinin 15, 16, 30 saylı seçki məntəqələrinə prezidentliyə namizəd Cəmil Həsənlinin mənafelərini müdafiə edən müşahidəçilər seçki məntəqələrinə buraxılmır.

34 saylı Xətai ikinci secki dairəsinin 4 saylı secki məntəqəsində komissiya sədri müşahidəçilərə qarşı kobudluq edir, onların öz vəzifələrini icra etməsinə imkan vermir və polislə təhdid edir.

120 sayli Cəbrayıl-Qubadlı seçki dairəsinin 47 saylı seçki məntəqəsində YAP-dan olan müşahidəçi Nizam Vəliyev səsvermə kabinələrinə girib səsverməyə müdaxilə edir. 15 saylı Yasamal birinci seçki dairəsinin ərazisində bir qrup şəxs “90-CP-490” nömrə-nişanlı Hunday markalı avtobusla gəzdirilərək müxtəlif məntəqələrdə karusel üsulu ilə səs verir.

108 saylı Ağstafa seçki dairəsindən səlahiyyətli nümayəndə Səxavət Soltanlının verdiyi məlumata görə, 1, 2,3 və 4 saylı seçki məntəqələrində əmək kollektivləri kollektivin rəhbərlərinin iştirakı ilə gələrək səs verir. 34 saylı Xətai ikinci secki dairəsinin, 17, 18, 19, 21 saylı məntəqələri 269 saylı məktəbin Ella adlı direktoru karusel əməliyyatına rəhbərlik edir.

-----------------

10:12: 8 saylı Binəqədi birinci seçki dairəsinin 22 saylı seçki məntəqəsindən prezidentliyə namizəd Cəmil Həsənlinin vəkili Pənah Hüseynin verdiyi məlumata görə, seçki məntəqəsində indiyədək səs verən 110 seçicidən 40 seçici qeydiyyatdançıxma vəsiqəsi ilə səs verib. Onlar Seçki Məcəlləsinə zidd olaraq müvafiq sənədə ünvanlarını yazaraq imza atmayıblar.

35 saylı Xətai üçüncü seçki dairəsinin 22 saylı seçki məntəqəsindən səlahiyyətli nümayəndə Mustafa Hacılının verdiyi məlumata görə, şəxsiyyət vəsiqəsi təqdim etməyən seçicilərə seçki bülletenləri verilir.

54 saylı Şabran-Siyəzən seçki dairəsinin 8 saylı məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Akif Şahbazovun verdiyi məlumata görə, bir seçicinin bir neçə seçki bülletenini seçki qutusuna atdığı müşahidə olunub və bu barədə akt tərbib edilib.

17 saylı Yasamal üçüncü seçki dairəsinin 19 saylı seçki məntəqəsindən jurnalist Tahir Cəfərovun verdiyi məlumata görə, seçki məntəqəsi vaxtından əvvəl açılıb Müsavat Partiyası Xətai rayon təşkilatından verilən məlumata görə, 34 saylı Xətai ikinci seçki dairəsinin 12 saylı seçki məntəqəsində məşvərətçi səs hüquqlu komissiya üzvünə seçki komissiyasının işində iştirak etməyə imkan verilməyib. O, müşahidəçilərin yanında oturmağa məcbur edilib.

KXCP-nin mərkəzi qərargahından verilən məlumata görə, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 42 saylı məntəqəsində seçki qutusu səsəvermə otağına gətirilərkən içində seçki bülletenləri olub. Müşahidəçilərin etiraz etməsinə baxmayaraq, içərisində seçki bülletenləri olan seçki qutusu möhürlənməyib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin müşahidəçisi Bəşir Süleymanlının verdiyi məlumata görə, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin əksər seçki məntəqələrinə SMDT-nin rəsmən qeydiyyatda keçmiş müşahidəçiləri buraxılmayıb. 95 saylı Tərtər seçki dairəsinin 36 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Mübariz Həsənovun verdiyi məlumata görə, seçki qutusuna topa şəkildə seçki bülletenləri atılıb.

15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsindən səlahiyyətli nümayəndə Zərifə Məhəddinovanın verdiyi məlumata görə, ona seçki məntəqəsində müşahidə aparmağa imkan verilməyib və o məntəqədən çıxarılıb.

------------------------

09:50: 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 46 saylı seçki məntəqəsindən Vahid Əhmədlinin verdiyi məlumata görə, saat 0745-də xeyli sayda seçki bülletenlərinin seçki qutusuna salındığı aşkar edilib. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 13 saylı seçki məntəqəsindən müşahidəçi Seymur Kərimovun verdiyi məlumata görə, bu məntəqədə Gədəbəy, Füzuli, Şamaxı və Kəlbəcər rayonunda qeydiyyatda olan seçicilərə seçki bülleteni verilir.

55 saylı Xaçmaz şəhər seçki dairəsinin 1 saylı məntəqəsindən Ramiz Mustafayevin verdiyi məlumata görə, rayon icra hakimiyyətinin başçısı başda olmaqla dövlət qulluğunda və büdcə təşkilkatında işləyən əhali bu məntəqəyə gətirilib. Hazırda bu insanlara qeyri-qanuni olaraq bu məntəqədə seçki bülletenləri verilir.

36 saylı Xətai dördüncü seçki dairəsinin 16, 17, 18 saylı məntəqələrinə Cəmil Həsənlinin müşahidəçiləri buraxılmayıb 19 saylı Nərimanov birinci seçki dairəsinin 30 saylı məntəqəsindən Məsud Əsgərovun verdiyi məlumata görə, məntəqədə bülletenlər müşahidəçilərin nəzarəti altında sayılmayıb və seçki qutularının hamısı səsvermə otağında yerləşdirilməyib.

8 saylı Binəqədi birinci seçki dairəsinin 30 saylı məntəqəsindən Şamil Beydullanın verdiyi məlumata görə, bu məntəqəyə daxil olan istənilən Azərbaycan vətəndaşının səs vermə hüquq olduğu bildirilir və bu məntəqə ərazisində qeydiyyatda olmayan şəxslərə də seçki bülletenləri verilir.

8 saylı Binəqədi birinci seçki dairəsindən dairə üzrə məşvərətçi səs hüquqlu komissiya üzvü Tacik Hacılının verdiyi məlumata görə, bu dairənin 1, 2, 3 saylı məntəqəsinin qarşısında icra hakimiyyəti nümayəndələri seçicilərə hamının gözü qarşısında pul paylayır.

82 saylı Ağcabədi seçki dairəsinin 3 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Rüfət Hacıbəylinin verdiyi məlumata görə, məktəbin Yeganə adlı müəllimi seçki qutusuna topa şəklində seçki bülleteni salır.

36 saylı Xətai dördüncü seçki dairəsinin 31 saylı məntəqəsindən müşahidəçi Fuad Əhmədlinin verdiyi məlumata görə, bu məntəqədə seçki bülletenləri müşahidəçilərin nəzarəti altında sayılmayıb, bülletenlər səsvermə otağında saxlanılmır və bu məntəqədə səsvermə hüququ olmayan şəxslərə seçki bülletenləri verilir.

54 saylı Şabran-Siyəzən seçki dairəsinin 3 saylı məntəqəsindən məşvərətçi səshüquqlu Akif Şahvbazovun verdiyi məlumata görə, bu məntəqəyə gələn seçicilərin barmaqlarının mürəkkəblənib-mürəkkəblənmədiyi yoxlanılmır və barmaqlara mürəkkəb vurulmur. 105 saylı Tovuz seçki dairəsinin 40 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Səxavət Soltanlının verdiyi məlumata görə, səhər 815-də seçki məntəqəsində heç kəs yoxdur, məntəqənin komissiya üzvləri başqa bir otaqda məntəqə seçki komissiyasının sədri ilə birlikdə seçici siyahılarında və seçki bülletenlərində qeydlər aparır.

118 saylı Ağdam şəhər seçki dairəsinin 46 saylı seçki məntəqəsindən Nurlan adlı seçicinin verdiyi məlumata görə, Müşviqabad qəsəbəsində yerləşən bu seçki məntəqəsində seçki qutusu saat 0725-də seçki bülletenləri ilə doldurulub.

57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Lətafət Məlikovanın verdiyi məlumata görə, seçki məntəqəsində seçki qutularına topa şəkildə seçki bülletenləri atılır.

75 saylı Lənkəran-Masallı seçki dairəsinin 79 saylı məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü İbrahim Məmmədovun verdiyi məlumata görə onu seçki komissiyasının işinə buraxmırlar, ona təzyiq göstərilərək, müşahidəçilərin yanında əyləşməyə icazə verilib.

54 saylı Şabran-Siyəzən seçki dairəsinin 17 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu müşahidəçi Ramiz Hacıyevin verdiyi məlumata görə, seçki bülletenləri məntəqə seçki komissiyası üzvləri tərəfindən sayılmayıb. Müşahidəçilərin bu barədə təklifinə məhəl qoyulmayıb.

10 saylı Binəqədi üçüncü seçki dairəsinin 32 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Akif Babayevin verdiyi məlumata görə, seçki komissiyasının sədri onlara karbonlaşmış seçki protokollarının verilmədiyini bildirib. Bu dairənin əksər məntəqələrində məşvərətçi səs hüquqlu komissiya üzvlərinə seçki komissiyasının işində iştirak etməyə imkan verilməyib və onlar müşahidəçilərlə birlikdə kənarda əyləşməyə məcbur ediliblər.

20 saylı Nərimanov ikinci seçki dairəsindən səlahiyyətli nümayəndə Qabil Qafarovun verdiyi məlumata görə, bu dairənin bütün seçki məntəqələrində məşvərətçi səs hüquqlu komissiya üzvlərinə seçki komissiyasının işində iştirak etməyə imkan verilməyib və onlar müşahidəçilərlə birlikdə kənarda əyləşməyə məcbur ediliblər. Bu barədə DSK sədri Eldar Sadıqova şikayət edilib. DSK sədri məşvərətçi səs hüquqlu komissiya üzvlərinin yalnız müşahidə səlahiyyəti olduğunu bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar