XIRDALANDA PİYADA YOLU ÜZƏRİNDƏ TİKİNTİ! - "İcra başçısının qardaşı oğlu tikir" (Video)

Bakının, necə deyərlər, qızıldan qiymətli torpaqlarının necə gəldi, kimə gəldi satılması yerli məmurların, icra hakimiyyətlərinin əsas gəlir mənbəyidir. Qanunsuz torpaq alveri icra başçılarının əsas gəlir mənbəyi olmaqla yanaşı, Bakı sakinlərini ən çox narazı salan məsələlərdən də biridir. Çünki bu alver heç bir qayda-qanuna, şəhərsalma prinsipinə söykənmədiyindən əksər hallarda sakinlərin həyatını, yaşayışını ağırlaşdırır, tədricən Bakını yaşanılmaz bir məkana çevirir.

Bir neçə il əvvələdək bu proses o qədər də ciddi ictimai narazılıq doğurmurdu, çünki Bakıda boş torpaqlar hələ kifayət qədər idi və bu boş torpaqlarda tikintilər əhalinin maraqlarını çox da tapdamırdı. Maneə olmadığından icra hakimiyyətləri də bu boş torpaqları hərraca çıxarır, heç bir problem olmadan istədikləri kimi sərəncamlar verirdilər. Lakin getdikcə boş, satışa yararlı torpaqların tükənməsilə bu haqq-hüquq tanımaz alver daha da azğın xarakter almağa, yaşıllıqların, istirahət güşələrinin, idman meydançalarının, məktəb ərazilərinin, yolların, səkilərin üzərinə hücumlarla müşayiət olunmağa başlayıb. Əksər vaxtlarda isə nə sakinlərin etirazları, nə medianın müdaxiləsi, nə də yuxarı orqanlara şikayətlər bu azğınlığın qarşısını ala bilir. Nədən ki, Bakının qarış-qarış satılması prosesinin arxasında elə "yuxarıdakı" qüdrətli çevrələr durur...

Sakinlərin "AzPolitika"ya verdikləri məlumata görə, növbəti belə torpaq "işğalı" Abşeron rayonu ərazisində - Xırdalanda baş verir. Bu dəfə də hədəf yaşıllıq və hətta piyada yoludur! Artıq bir neçə gündür Xırdalanın düz mərkəzində - Heydər Əliyev prospekti 156 ünvanında sözün əsl mənasında özbaşınalıq baş verir. Minlərlə insanın gözü qarşısında yaşıllıq məhv edilir, düz piyada yolunun üstündə obyekt tikintisinə vurçatlasın hazırlıq gedir. Ətrafda yaşayan Xırdalan sakinlərinin çırpınması, ora-bura şikayətləri isə həmişə olduğu kimi, nəticəsizdir - çax-çax baş ağrıdır, dəyirman öz işindədir!

Sakinlərin bildirdiyinə görə, onların şikayətlərindən sonra polis də candərdi hadisə yerində olub, lakin məlum olanda ki, bu "analoqsiz tikinti" (Sözgəlişi belə deyirik, Bakının hər tərəfi belə qanunsuzluqların "analoqu" ilə doludur - red.)  sərəncam əsasında həyata keçirilir, onlar da "ağ bayraq qaldıraraq" hadisə yerindən sakitcə uzaqlaşıblar.

Məlumata görə, onlarla ağacın məhv olunması, piyada yolunun zəbti hesabına bu ərazidə 3 ikimərtəbəli obyektin tikintisi planlaşdırılır. Sakinlərin iddiasına görə, bu obyektlərdən birini Səbael rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əvvəllər Abşeron rayon İcra Hakimiyyətində işləyən qardaşı oğlunun tikəcəyi haqda söz-söhbətlər dolaşır. Digər ikisinin ərazisini kim alıb, nə tikəcək - məlum deyil.

eldar-ezizov_yeni1

Sakinlər Xırdalanın mərkəzində ümumi görünüşə xələl gətirən, yaşıllığın və piyada yolunun məhv olunması hesabına aparılan bu tikintinin dayandırılması xahişilə ölkə rəhbərliyinə müraciət ünvanlayıblar.

V.Nəsibov

P.S. Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışırıq.

635x100

Şərhlər

Elşen 2018-01-08 16:19:47

Xirdalanda yollar berbad gündedi bu başçi hara baxir axi ölke rehberliyi ora yeterince pul ayirir bu pullar hara xerclenir?olmaz bele insanlar eziyet çekir şeherde yollara qeti diqet edilmir elaxüsüs köhne bazein qarşisinda sahatlarca tixac olur!

REDAKTOR 2018-01-08 16:19:47

XİRDALANDA HƏZİ ASLANOV KUCƏSİNDƏ 2004 İLDƏ TXMİNƏN 102 KM SAHSİ OLAN QEYRİ YASAYİS OBYEKTİNİN SAHİBLƏRİ RASİM VƏ SALEHİN OBYEKTİNİ DAĞİDİB YERİNDƏ GOYDƏLƏN TİKƏN DƏ ELƏ ABSERONUN SABİQ İHB OLDUĞUNU DEYİLƏR. İS BURASİNDADİR Kİ HEC NƏ XƏBƏRDSRLİQ OLUNUB VƏ NƏ DƏ Kİ HALALİQ VERİLMƏYİB. BURASİ AZƏRBAYCANDİR DEYƏNLƏR DUSUNMURLƏR Kİ DUNYADA BUNA GORƏ BİABİR OLURUQ.DUNYA BZƏ GULUR VƏ BİZƏ İNSAN HUQUQLQRİ QALİB BİR YANA HEC MULKİYYƏT HUQUQLARİ BELƏ KONSTOTUSİYA İLƏ QORUNMUR. ABSERON MƏHKƏMƏSİ İSƏ HƏLƏ DƏ SUSUR.

dadaşyev 2018-01-08 16:19:47

25 illik müstəqillik dövrümüzdə təkcə Bakını yox,zərb-məsəllərimizi də dəyişmişik.Bu illərdən sonrakı nəsillər artıq "Kəndxudanı" yox,"Qudanı gör,kəndi çap" deyəcəklər.

Ekspert 2018-01-08 16:19:47

Cox hikmetli sozlərdir, cənab Dadaşyev!...Hazirda olkədə mulkiyyətlə bağli haqsizliğin son həddi bas verir. Belə davam etsə həqiqətən boyuk faciələr bas verə bilər. Necə ola bilər ki əlində mulkiyət huququnu təsdiq edən dovlət sənədi ola və səni də bundan məhkəməsiz filansiz məhrum edələr. Hec Stalinin vaxtinda belə nadanliq olmayib. Olkə rəhbərliyi bunu diqqətdə saxlamalidir. Mulkiyyət Dovlət tərəfindən qorunur. Huquqlara hormətlə yanaşmaq Dovlətimizin borcudur. Necə olur ki vətəndasin mulku dağidilsin?

Son yazılar