Liviya sahillərində 8 miqrant batıb, 50-si itkin düşüb

Liviya sahillərində miqrantları daşıyan gəmi batıb.

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə zamanı gəmidə 150-dək miqrant olub.

Məlumata əsasən, qadın və azyaşlı uşaqlar daxil olmaqla azı 50 nəfər itkin düşüb.

Beynəlxalq Miqrasiya təşkilatının hesablamalarına görə, 2017-cı ildə Avropaya 171 min miqrant daxil olub. Onların əksəriyyəti Afrika qitəsinin təmsilçisidir (Eritreya, Qvineya, Kot-Divuar və Qambiya). Ötən il 3 mindən çox insan qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində həyatını itirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar