Misirdə prezident seçkilərinin vaxtı açıqlanıb

Misirdə növbəti prezident seçkilərinin vaxtı açıqlanıb. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Misir Milli Seçki İdarəsinin sədri Laşin İbrahim seçkilərin martda keçiriləcək birinci turunun nəticələrinin aprelin 2-də açıqlanacağını bildirib. O qeyd edib ki, seçkilərin birinci turunda xaricdə yaşayan vətəndaşlar üçün səsvermə martın 16-da, 17-də və 18-də təşkil olunacaq. Misirdə isə seçicilər martın 26-da, 27-də və 28-də səs verə biləcəklər. Birinci turda namizədlərdən biri səslərin 50 faizindən çoxunu toplaya bilməsə, ən çox səs alan iki namizəd ikinci turda mübarizəni davam etdirəcək. İkinci turda isə səsvermə xaricdə yaşayan misirlilər üçün aprelin 19-21-də, ölkədə isə aprelin 24-26-da keçiriləcək.

Misir Milli Seçki İdarəsi daha əvvəlki açıqlamasında seçici siyahılarının yenilənəcəyini, adları terrorçu siyahılarına düşən və barələrində məhkəmə qərarları olanların siyahılardan çıxarılacağını bəyan etmişdi.

Seçkilərdə hazırkı Prezident Əbdülfəttah əs-Sisinin və müxalifət fəalı Xalid Əlinin namizəd olacağı ehtimal edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar