"France Football" Zinəddin Zidanı 2017-ci ilin ən yaxşı fransalı məşqçi hesab edib

Madridin "Real" klubunun (İspaniya) baş məşqçisi Zinəddin Zidan nüfuzlu "France Football" nəşri tərəfindən 2017-ci ilin ən yaxşı fransalı məşqçisi seçilib.

“Report” xəbər verir ki, bu barədə jurnalın rəsmi saytı məlumat yayıb.

45 yaşlı Əlcəzair əsilli mütəxəssis bu mükafata ardıcıl ikinci il layiq görülüb.

"Real Madrid" ötən il Zidanın rəhbərliyi altında Çempionlar Liqası, İspaniya çempionatı və Superkuboku, UEFA Superkuboku və dünya klub çempionatının qalibi olub. Zidan Madrid klubunun baş məşqçisi postuna 2016-cı ilin yanvarında gətirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar