Naxçıvan-Məşhəd-Naxçıvan sürət qatarının hərəkəti bərpa edilir

Yanvarın 11-dən 16/15 №-li Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək.

“Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, qatar hər həftənin cümə axşamı günləri Naxçıvandan saat 07:00-da yola düşəcək, cümə günü İran vaxtı ilə saat 14:25-də Məşhədə çatacaq və həmin gün saat 22:00-da geri qayıdaraq bazar günü saat 06:00-da Naxçıvana çatacaq.

Xatırladaq ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixindən hərəkətə başlayıb. Müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar