"ATENA"nın SAHİBİNƏ CİNAYƏT İŞİ AÇILDI - Yarım milyon dollarlıq ittiham

Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir. “Report”un məlumatına görə, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dollarını alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, “Atena” süd məhsulları kombinatının təsisçisi və “Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.

***

“Atena” MMC-dən “Report”a bildirilib ki, Mülhazil Balakişiyevin bu şirkətlə əlaqəsi yoxdur: “O, “Ketchi” süd məhsulları şirkətinin sahibidir”.

635x100

Şərhlər

K.K. 2018-01-09 11:54:39

Atropatena şirkətinin törəmə şirkəti olan Atenaınıncəmi üç nəfər hüquqi şəxsdən ibarət təsiçisi var.Həmin şəxslərin heç birinin adı Mülhazil Balakişiyev deyil.Lakin Atropatenanın Ağcabədi rayonunda yerləşən fermasının yaxınlığında həmin Mülhazir bəyin keçi ferması var.

Hidayət müəllim 2018-01-09 11:54:39

Yalan söz olar. Mülhazil müəllim belə şey etməz.

Son yazılar