CABBAROV 64 NƏFƏRİ İŞDƏN QOVDU! - Tam siyahı (Yeniləndi)

"Struktur və kadr islahatlarına başlanılıb"

“Son zamanlar bir sıra kütləvi informasiya vasitələrində vergi orqanlarında həyata keçirilən kadr və struktur dəyişiklikləri barədə həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır”. Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumat görə, cəmiyyətdə yanlış informasiyaların yayılmaması üçün Vergilər Nazirliyinin rəsmi məlumatlarına istinad olunmalıdır.

“Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb. Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır”, - deyə məlumatda vurğulanıb.

Nazirlikdən bildirilib ki, bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülüb: "Onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var".

Vəzifədən azad edilən şəxslərin TAM SİYAHISINI "Olke.az"a istinadən təqdim edirik:

Vəzifədən azad edilən 64 nəfərin tam siyahısını təqdim edirik:

1) Əfəndiyev Rahim Veys oğlu - Nazirin müşaviri,

2) Seyfullayev Qüdrət Vəkil oğlu - Nazirin müşaviri,

3) Məmmədov Əflatun Məsim oğlu - Nazirin müşaviri,

4) Əhmədov İlqar İsmayıl oğlu - Nazirin müşaviri – Əlaqələndirmə və idarəetmə departamentinin baş direktoru,

5) Abdullayev Natiq Faiq oğlu - Aparat rəhbərinin müavini,

6) Balaqadaşov Məhəmməd Müslüm oğlu - Maliyyə və təminat departamentinin baş direktorunun müavini,

7) Rəsul-Əsl Əhmədağa Qafur oğlu - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktorunun müavini,

8) Cəfərov Nəsimi Əsgər oğlu - Əlaqələndirmə və idarəetmə departamentinin baş direktorunun müavini,

9) Abasəliyev İlham Yaşar oğlu - Ərazi vergi orqanları ilə iş departamentinin baş direktorunun müavini,

10) Miriyev Famil Fail oğlu - Əlaqələndirmə və idarəetmə departamentinin Əlaqələndirmə və idarəetmə idarəsinin direktoru, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti,

11) Axundov Akif Səadi oğlu - Departamentin baş direktorunun müavini,

12) Verdiyev Mübariz Hüseyn oğlu - Departamentin İqtisadi təhlil idarəsinin 1-ci şöbəsinin rəhbəri,

13) Bayramlı Fərid Mahmud oğlu - Departamentin İri vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin 1-ci bölməsinin böyük dövlət vergi müfəttişi, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti

14) Qurbanov Raqif Qurban oğlu - Departamentin baş direktorunun birinci müavini,

15) Süleymanov Rasim Ramiz oğlu - Departamentin baş direktorunun müavini,

16) Rzayev Vüqar Vaqif oğlu - Departamentin baş direktorunun müavini,

17) Məmmədzadə Nicat Tahir oğlu - Departamentin Apellyasiya İdarəsinin 2-ci şöbəsinin böyük dövlət vergi müfəttişi,

18) Hacıyev Tural Xəlil oğlu - Departamentin Bəyannamələr İdarəsinin 4-cü şöbəsinin rəhbəri,

19) Hüseynov Azər Əskər oğlu - Departamentin Digər xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

20) Əfəndiyev Mahmud Seyfəddin oğlu - Departamentin Digər xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

21) Bədəlov Eldar Mülküm oğlu - Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

22) Məmmədov Namiq İbiş oğlu - Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

23) Qasımov Əbülfəs Natiq oğlu - Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin rəhbəri,

24) Rzayev Hünər Yaşar oğlu - Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi,

25) Əmiraslanov Mübariz Rəhman oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

26) Tarquliyev Qabil Cəfər oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

27) Quliyev Ceyhun Firəddin oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

28) Cəfərov Nail İslam oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbəri,

29) Quliyev Murad Yavər oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbərinin müavini,

30) Əsədov Bəhram Rafiq oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbərinin müavini,

31) Muradov İlqar Heydər oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi,

32) Cahangirov Nazim Sucəddin oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi,

33) Abbasov Eldar Əvəz oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

34) Şahbazov Taryel Tapdıq oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

35) Həsənzadə Elxan Tofiq oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

36) Zeynalov Raul Süleyman oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

37) Baxşəliyev Kəmaləddin Məcid oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

38) Qurbanov Azər Şahvələd oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi,

39) Abdullayev Çingiz Şaban oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi,

40) Ağayev Allahverən Əliqulu oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi,

41) Zeynalov Fuad Məhəmməd oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi,

42) Rzayev Elçin Siyavuş oğlu - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

43) Poluxov Fəxrəddin Polux oğlu - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

44) Quliyev Fəhrad Mikayıl oğlu - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

45) Süleymanov Elyar Salman oğlu - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

46) Abbasov Abbas Qoşunalı oğlu - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti,

47) Qasımov İsrafil Məmməd oğlu - Departamentin baş direktorunun müavini,

48) Abdullayev Kəramət Həsən oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

49) Mustafayev Zaur Zəki oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

50) Axundov Rauf Tofiq oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

51) Axundov Rəzzaq Fəttah oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Bəyannamələrin və risklərin təhlili şöbəsinin rəhbəri,

52) Mehdizadə Azər Ədalət oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəhbəri,

53) Məlikli Cəmil Güləhməd oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini,

54) Hacıyev Elşad Cavanşir oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini,

55) Aslanov Firdovsi Qubad oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini,

56) İmanov Yaqub Şaban oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini,

57) Mahmudov Turac Müzəffər oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini,

58) Muradzadə Asif Sevindik oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini,

59) Cahangirov Asif Əbülfət oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini,

60) Xanməmmədov Emil Məmməd oğlu - Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktoru,

61) Xubanov Ravil Ziyəddin oğlu - Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

62) Əhmədov Yavər Ziyafər oğlu - Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

63) Kələntərli Elgüc Asif oğlu - Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

64) Bəkirov Haley Əhməd oğlu - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

Qeyd edək ki, sərəncama göndərilən vergi işçilərindən Qabil Tarquliyev Diaspora ilə İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun bacısı oğlu, Fəxrəddin Poluxov Azərbaycanın Cənubi Afrika Respublikası, Anqola, Mozambik, Svazilend və Zimbabvedəki səfiri Elxan Poluxovun qardaşı, Azər Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədovun kürəkəni, Nəsimi Cəfərov İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun kürəkəni, Famil Miriyev Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bibisi oğlu, Kəmaləddin Baxşəliyev və Çingiz Abdullayev isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tələbə yoldaşlarıdır.

Turac Mahmudov və Firdovsi Aslanov keçmiş vergilər naziri Fazil Məmmədovun tələbə yoldaşları, Rahim Əfəndiyev isə yaxın dostu və ailə biznesini idarə edən şəxsdir.

635x100

Şərhlər

xalq 2018-01-09 23:05:13

başa düşmək olmur ki,bütün işlərin başında olan --- Habil Məmmədov niyə qalıb? Yoxlasalar görərlər ki yeznəsi Azər Mehdizadəyə xüsusi kabinet ayıraraq hamıdan çox maaş verirdi, hansı ki onun 5-ci sinif şagirdi qədər savadı yox idi.Amma __ Habil Məmmədov bir çox işçiləri şərlədərək təqdimat yazmaqla, hədə qorxu yolu ilə işdən çıxartdırıb. Habil Məmmədovun, Raqif Qurbanovun Bakı şəhərində nə qədər MTK var, hamısında evləri var.Soruşan lazımdır, hansı vəsait hesabına alıblar.

Akif 2018-01-09 23:05:13

Sərəncama götürülmək nə vaxtdan işdən QOVULMAQ hesab olunur

dadaşyev 2018-01-09 23:05:13

Vergi nazirliyində də kurikulum tətbiq etmək lazımdır ki,təhsilimiz kimi ağ günə çıxsın.

Millet 2018-01-09 23:05:13

Mikayıl müellim sen gerek prezdent aparatında dayıları olan işcilerden başlayasanki istediyne nail olasan bu fagır fugur dişslz adamları yalandan cıxarma arxalıları cıxart

Kamal 2018-01-09 23:05:13

...bascisi Habil Məmmədovun adi niye bu siyahida yoxdur!!!

İLHAM 2018-01-09 23:05:13

MİKAYİL CABBAROVA SAĞ OL DEYƏKMİ? TƏBİİ. ƏN AZİNDAN BU QAVİLANLAR İCƏRİSİNDƏ ƏN LAYİQLİSİ OLANLAR BİRİ ŞAHBAZOV BİRİ İSƏ AUDİTİN RƏİSİ HABİL MƏMMƏDOVUN KAPTORŞİK YEZNƏSİ AZƏR MEHDİZADƏDİR. BU ADAMİN BİR İL BELƏ DOVLƏT ORQANLARİNDA İŞ STAJİ OLMAYİB. SORUSANDA YOX Kİ BUNUN TƏYİNATİNA VERGİLƏR KADR DEPARTAMENTİNİ RƏİSİ FAİQ BƏY NECƏ İMZA ATİB.

İ.Mustafaoğlu 2018-01-09 23:05:13

Dövlətimizin iqtisadiyyatını və Səhmdar Cəmiyyətlərinin Səhmdarlarının mənafelərini,şəxsi maraqlardan üstün tutaraq Vergilər Nazirliyində və Evlax 11-saylı Vergilər Departamentində köklü kadr islahatları aparılmalıdır.Çünki onların fəaliyyətləri dövründə,demək olar ki, bütün SC-ləri Vergidən yayınması nəticəsində Səhmdarlar dividentdən məhrum olunublar.Şəki-Bazar ASC-i ildə ən azı 500,0-600,0 min manat vergidən yayınmasına baxmayaraq Vergi əməkdaşları tərəfindən göz yumulub ? Bu sahədə Cənab Nazirə uğurlar!

Vergi ödəyicisi 2018-01-09 23:05:13

Cənab nazir.Sizə bu çətin işdə uğurlar arzulayırıq.Səhmdar Cəmiyyətlərini xüsusi nəzarətdə saxlayın. Orda gizlədilən gəlirlər vergi işçilərinin əli ilə oub ki ,bu da vergidən yayınma və səhmdarlara dvidentin verilməməsi ilə nəticələnib.1 ci mərhələ müəsisələrin Səhmdar Cəmiyyətlərə çevrilməsi mərhələsi olub ki,dövlətin əmlakı qəpik -quruşa özəlləşdirilib. 2 ci mərhələ orda işləyən işçilərin hədə qorxu yolu ilə işdən çıxarılması. 3 cü mərhələ gəlirlərin gizlədilməsi.Alatava- Avtonəqliyyat ATSC buna misal.

Kərim 2018-01-09 23:05:13

BUNLARI CİNAYƏTƏ CƏLB ETMƏK LAZIMDIR. 20 İLDİR ÇAPIB TALAYIRLAR. ÖLKƏNİN PREZİDENTİ DƏ VERGİ ORQANLARININ RÜŞVƏT ALMAĞINI ƏLAVƏ HAQQ QOYMAQLARINI BİR NEÇƏ DƏFƏ BƏYAN ETDİ. ONA GÖRƏ DƏ BUNLAR CİNAYƏTKAR SAYILIR. ƏGƏR BUNLAR CİNAYƏTƏ CƏLB OLUNMASA DEMƏLİ BU ÖLKƏNİN QANUNLARI KAĞIZ ÜZƏRİNDƏ QANUNDUR. LAZIM OLANDA İŞLƏYİR OLMAYANDA İŞLƏMİR.

Eldar-vergi ödəyicisinə 2018-01-09 23:05:13

Qardaş Habili saxlayacaqlar omdan əhalini qarət eləməyin yollarını rüşvət almaq priyomlarını öyrənib sonra bəlkə çıxardılar

murad guliyev 2018-01-09 23:05:13

kerim...

Konka 2018-01-09 23:05:13

Basa dusmedım bu berbad taktıka yontemıdır yondemsız bu xaraba bazarstanda her vezıfeye gelen yuksek post sahıbı ıllerle orda ısleyen karyera quran yaxsıları da bır ıkı qotur pısın gudazına sılıb supururler hec bır ınkısaf etmıs dovletde bele bır addım atıla bılmez o vezıfeden cıxanların yerıne ozune yaxın adamları yerlesdırmek ( bezılerınden de pulla ıse qebul tebıı kı) bu qanunsuzlugdur bırbasa cınayetdır.. neden o mufte yeyen değutatlardan bırı ve yaxud bu dovletın zıyalılarımdan bırı bu haqda dansmır??

vergi ödəyicisi 2018-01-09 23:05:13

mən bu siyahıda Habil Məmmədovun adını görmürəm.Siyahı tam verilməyib bəlkə ona görə.Bütün bu işlərin başçısı elə o idi."Qarpız yeyən qurtuldu,qabıq yeyən tutuldu."

Kamal 2018-01-09 23:05:13

Hormetli AzPolitika yuxarida adlari geden soyguncularin durumunu arasdirsaniz cox yaxsi olar.Onlar 15 ildi sahibkarlarin ganini sorub yigdiklari milyonlari (villalarini abtomobil kolekciyalarini sirketlerini xaricde olan dasinmaz emlaklarini).

TURAN 2018-01-09 23:05:13

COX TƏƏSÜFLƏR.RƏHBƏRLİK DƏYİŞƏN KİMİ UZUN İLLƏR BU SAHƏDƏ İŞLƏMİŞ TƏCRÜBƏLİ İŞCİLƏRİN İŞDƏN CIXARILIB SƏRİŞTƏSİ OLMAYAN İNSANLARIN QOYULMASI VERGİ SİSTEMİNİN FƏALİYYƏTİNƏ MƏNFİ TƏSİR EDƏCK.

ali 2018-01-09 23:05:13

onlarin yerine goresen ise qebul ucun musabiqe olacaqmi?......

Kamal 2018-01-09 23:05:13

Turan bey.Yuxarida adlari geden "tecurbeli "vergi iscilerinin, audit vergi sisteminden hec xeberleri yox idi.Onlarin isi sahibkarlari qorxudub pul yigmaq idi.

Redaktor 2018-01-09 23:05:13

Bu sisdemdə kadr dəyisikliyi ilə yanasi cox boyuk əsasli dəyisikliklər aparilmalidir.Təbii Mikayil Cabbarovun uzərində ağir məsuliyyət və qətiyyət dayanir.Havayi pul yeyənlərin qavalanmasi hələ verginin sağlamlasmasi dəyil. Mobil, ədalətli və məsuliyyətli sisdemi yaranarsa və sahibkarlar bu sisdemdən yararlanib, şurlu surətdə ədalətli vergi odəyərsə, onda qeyd etdiyiniz nə .... Habillərə, Nəsimilərə və digər bezpredelşiklərə də ehtiyac qalmaz Nazirə uğur, sahibkarlara normal sərait arzulyiriq. Amin!

Cabbar 2018-01-09 23:05:13

Hası nazirlikdə müavinlər öz başına iş görə bilər? Müavinlər rəislərinin tapşırığını yerinə yetirənlərdir.Mikayıl gərək rəislərdən başlayaydı.Yəqin ki, rəislərin dayılarına gücü canmır ....

QISASI... 2018-01-09 23:05:13

25 MÜŞAVİR, NEÇƏ NAZİR MÜAVİİ, NEÇƏ DİREKTOR MÜAVİNİ - HAMISI BOLŞOY RƏYİSLƏRDİ HAMIYAPAKET-DOLYA VERİLMƏLİDİR-HAMISI JEEP SÜRMƏLİ, ARVADLARIININ UŞAQLARNIN XÜSUSİ SÜRÜCÜSÜ VƏ XİDMƏTÇİSİ OLMALIDIR! YAZZIĞ AZƏRBAYCAN - TALANAN ANA YURDUM! 400 000 KVAdrat kilometr ərazidn 86 min qalıb onun da 20 faizi ERMƏNİ-XAİESLƏRİN işğal altındadır! ZATO ...

VERGİ ÖDƏYİCİSİ 2018-01-09 23:05:13

İŞDƏN ÇIXARILMAQ ÖZÜDƏ BU VƏZİYYƏTDƏ. GÖRƏSƏN BUNLARDAN İNTİHARA CƏHD EDƏN OLACAQMI.ÇÜNKÜ BUNLAR NƏ QƏDƏR İNSANI İNTİHAR ETMƏYƏ VADAR EDİB.NECƏDİ SİZİN ÜÇÜN.

VERGİ ÖDƏYİCİSİ 2018-01-09 23:05:13

Təhsil sistemindən gələnlər min dəfə köhnələrdən yaxşı işləyəcək.əlbəttə bunu zaman göstərəcək. Siz elə bilirsiz ki ,köhnələrin içində hamı savadl idi.əsla yox.onların içində elələri var idi ki,( siyahıda bunların adı var etika xatirinə yazmıram) adı hesablamanı bilmirdi, %-necə hesablayırlar onu bilmirdi.Bütün bunların canlı şahidi biz vergi ödəyiciləri idik.deyirdilər ki bura bizim üçün tramplindi.bir azdan yuxarı gedəcəyik.bunu səmimiyyətlə deyirdilər. Bunlar qolu zorlu qoçu dəstəsi idi vəssalam.

Vəkilağa 2018-01-09 23:05:13

Belə bir islahat bütün sahələrdə-o cümlədən Ədliyyə Nazirliyində, Respublika Baş Prokurorluğunda da aparılsa yerinə düşərdi. Ancaq ....

VERGİ ÖDƏYİCİSİ 2018-01-09 23:05:13

Firdovsi Aslanov işdən çıxarılıb,Habil Məmmədov saxlanllrsa mən bunu ədalətsiz sayıram.Firdovsi Aslanov vergi sistemində ən normal bir işçidir.O Vergi işçilərinə qarşı üsyankar olub.heyf .buna deyərlə qurunun oduna yaş da yanır. Nə olsun ki nazirin tələbə yoldaşıdır. biz vergi ödəyiciləri bunu yaxşı bilirik.

turan 2018-01-09 23:05:13

Bu işçilərin tutduqları vəzifələri oxuduqca düşünürsən ki,nə qədər mənasız, bir-birini təkrarlayan şöbələr, vəzifələr var.Bu idarələrin çoxusunu birləşdirmək və ya ləğv etmək daha düzgün olardı..müftəxor yığıncağı imiş..

Amon 2018-01-09 23:05:13

Inanin ki butun bu isden cixmalardan mezuniyyetlerden mikayil cabbarovun xeberi bele yoxdu.hamisini asta asta temizleyecekler oz kadrlarini yerlesdirennen sonrada sahib elekberova hevale olunacaq butun isler

İ.Mustafaoğlu 2018-01-09 23:05:13

Maliyyə sahəsi üzrə təcrübəli,savadlı,dövlətçiliyimizi, xalqımızı qəlbən sevən kadrlarımız var.Əgər onlar Vergilər Nazirliyində işlə təyin olunsa və onlara vəzifə səlahiyyətləri verilsə 1-ildə ən azından 3-ilin vergi planını qanuni qayda da yerinə yetirərlər və Vergi ödəyicisi dövlətdən heç vaxt narazı qalmaz.İşdən azad olunan Vergi əməkdaşları öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirseydilər,dövlət büdcəsi 300% yerinə yetirilərdi.SC-i vergidən yayınırlar.Cənab Nazirə şəffaflıq yaradılması yönündə uğu

dövlətçiliyimizi sevən 2018-01-09 23:05:13

vəkilağanın şərhi təqdirə layiqdir

vergi ödəyicisi 2018-01-09 23:05:13

xalq yazana cavab: Habil Məmmədov hardan alıb,hansı vəsait hesabına alıb bu evləri ,mülkləri .ən düzunü biz vergi ödəyiciləri bilirik.biz avam xalqın hesabına.

Elif 2018-01-09 23:05:13

Vergilərdə lap soyqırım edib ki......

Abit 2018-01-09 23:05:13

Malades.Bes bu pensiya yaşına az qalanlar nece olacaq?Kimin kefi ne isteyir edir,.....Day baxan yoxdu burada neçe illerin mütexessisleri var.Deyşetdi bir kimsede sesini çıxarmır

dana buzov 2018-01-09 23:05:13

alah mirzə cəliə rəhmət eləsin . oldu nə omdı nə . biz danabş kəndiin saknləriik .vətəiizdə azərbaycandır. çevir tatı vu tatı.cəmiyyətimzi belə quublar.nə qədər boyun yognalar var sabirlər cəlillər yazıqları şer olraq qalacq ...

Son yazılar