İCRA BAŞÇISI MƏZUNİYYƏTƏ GÖNDƏRİLDİ - Yoxlamalar başlayıb, istintaq qrupu yaradılıb

Xaləddin İsgəndərovun həbs olunacağı gözlənilir

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov məzuniyyətə göndərilib. Belə iddialar var ki, başçı məzuniyyətdən geri qayıtmayacaq. Bu haqda musavat.com-za daxil olan məlumatda qeyd olunur ki, Xaləddin İsgəndərov vəzifəsindən məzuniyyət qaydasında uzaqlaşdırılandan sonra Binəqədi Rayon İcra Hakimiyyətində gizli yoxlamalar başlanıb. İlkin olaraq Xaləddin İsgəndərovun fəaliyyəti, xüsusilə maliyyə maxinasiyaları, torpaqların qanunsuz satılması, büdcə vəsaitlərinin mənimsənilməsi haqda mətbuatda yayılan yazılarda göstərilən məlumatlar yoxlama mövzusudur. Üzə çıxanlar isə çox ilginc faktlardır.

28 milyon parka gedib, yoxsa ciblərə axıb?

Araşdırmalar zamanı məlum olub ki, təkcə Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısındakı parkın salınması adı ilə büdcə vəsaitinin 28 milyon manatı mənimsənilib. Faktiki isə həmin məbləğin hətta üçdə biri xərclənsəydi, ərazidə daha rahat və gözoxşayan park salmaq mümkün idi.

Parkdakı kafe-restoran başçının oğlunun əmlakına necə çevirilib?

Üstəlik, parkdakı kafe-restoranın kimə məxsus olması da aydınlaşdıırlıb. Belə məlum olub ki, park salınarkən inşa olunan kafe-restoran başçının oğluna yaxın şəxsin adına rəsmiləşdirilib. Yəni dövlətin puluna tikilib, amma özəl mülkiyyət kimi Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərovun çoxsaylı obyektləri sırasına qatılıb, amma digər şəxsin adına isə sənədləşdirilib. O da bilinir ki, park salınarkən orada görülən işlərə Elnur İsgəndərov nəzarət edib.

Binəqədi RİH ile ilgili görsel sonucu

Düzdür, Elnur İsgəndərov hazırda Binəqədi İcra Hakimiyyətində işləmir, adı mətbuatda neqativ planda hallanandan sonra dayısı, ötən ilin dekabrına qədər vergilər naziri olan Fazil Məmmədov öz yanına işə aparıb. O gündən Elnur İsgəndərovun bahalı “Range Rover” markalı, Az 99 AA 812 nömrə nişanlı maşınını Binəqədi İcra Hakimiyyəti önündə ara-sıra görən olub. Bakı Vergilər Departamentində dayısının verdiyi iş isə bir şöbənin müavini vəzifəsi olub.

Oradakı iş yerinə də Elnur İsgəndərov o qədər də həvəs göstərməyib. Onun  Binəqədi Rayon İcra Hakimiyətindəki vəzifəsi haqda da elə də geniş məlumat yoxdur. Bilinən odur ki, icra hakimiyyətinin binasındakı bir otaqda oturub. Həmin otaqda rayonda ev tikmək, obyekti genişləndirmək, torpaq məsələləri həll olunub.  Atasının “yerdə qalan məsələlər” üzrə “müavin”i kimi işə gedib-gəlib.

Bundan başqa, məzuniyyətə göndərilən Xaləddin İsgəndərovu müvəqqəti əvəzləyən 1-ci müavini İlqar Süleymanovun, rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovun, başçının qardaşı övladları Valeh və Nicatın da fəaliyyətləri araşdırma mövzusudur. Bu şəxslərin adları mətbuatda Binəqədi rayonu ərazisində torpaq zəbti, tikinti-söküntü işlərinə rəhbərlik edən vəzifə daşıyıcıları kimi keçib. Valehin Bakıda bir neçə yerdə əmlakları da müəyyən edilib. Onun bir xanım aparıcıya villadan savayı İnqilab küçəsində mənzil, İstanbulda da əmlak aldığı xəbərləri də araşdırma mövzusudur.

Bundan başqa, üzə çıxıb ki, Azadlıq prospektində, qoşa yanacaqdoldurma stansiyasından Binəqədi qəsəbəsi istiqamətinə 200 metr hərəkət etdikdə, yolun kənarındakı ağaclar gecə ilə kötüyündən çıxarılıb. Yaxınlıqda yaşayan sakinlər “yaşıl soyqırım”a ciddi etiraz ediblər. Məsələ böyüyüb və müvafiq dövlət qurumları işə qarışıb. Bundan sonra  Xaləddin İsgəndərov sakinləri sakitləşdirmək üçün  ərazidə kitabxana tikildiyini bildirib, tikinti aparılan obyektin qarşısına kitabxana tikintisinin aparılması haqda lövhə gətirilib. Bir müddət əvvəl tikinti başa çatıb və lövhəni əraziyə çağırılan yük maşınına tullayıblar. Növbəti gün isə sakinlər görüblər ki, gecə ilə obyektin üzərinə “Kafe Lanç” sözləri yazılmış lövhə vurulub. Bu obyektin də Xaləddin İsgəndərovun oğlu Elnur İsgədərovun olduğu, lakin ailəyə yaxın digər şəxsin adına rəsmiləşdirildiyi üzə çıxıb.

Məzuniyyətə çıxarılan başçı əsəbiləşdi, vəziyyəti pisləşdi və Almaniyaya aparıldı

Gələn məlumatlara görə, Xaləddin İsgəndərov məzuniyyətə göndəriləndən sonra səhhətində problemlər şiddətlənib. Mətbuatda ötənlərdə yazılanlara görə, Xaləddin İsgəndərov baş ağrılarından əziyyət çəkir və buna görə də mütəmadi müalicə olunur. O da bir çox məmurlar kimi müalicə üçün Almaniyaya gedib-gəlir. Adətən mart ayında müalicəyə gedən Xaləddin İsgəndərovun ilin əvvəlində Almaniyaya getməsini onun əsəbiləşməsi və baş ağrılarının şiddətlənməsi ilə əlaqələndirirlər.

Xaləddin İsgəndərov ile ilgili görsel sonucu

Bu arada, gununsesi.info etibarlı mənbəyə istinadən Xaləddin İsgəndərovun həbsi üçün artıq hüquq-mühafizə orqanları tərəfindən ilkin addımların atılmağa başlaması haqda məlumat yayıb. Sayt yazır ki, Xaləddin İsgəndərov Binəqədi rayonu “Zeytunluq” adlanan ərazidəki yarımçıq tikilidə yaşayan insanların yeni mənzillərə köçürülməsi prosesi ilə bağlı külli miqdarda maliyyə yeyintilərinə yol verib. Məlumatda həmçinin o da qeyd olunur ki, yeni mənzillərə köçən insanlara təqdim olunan evlərin sahəsinin genişliyinə görə onlardan əlavə pul alınıb. Mənzillərin bölgüsü şəffaf aparılmayıb. Bildirilir ki, artıq prokurorluq və polis tərəfindən birgə istintaq qrupu yaradılıb. Yanvarın 7-si istirahət günü olmasına baxmayaraq, həmin insanlar ifadə vermək üçün avtobuslarla Binəqədi Rayon Polis İdarəsinə aparılıblar. Bu faktlar onu göstərir ki, Xaləddin İsgəndərovun həbs olunması ilə bağlı versiyalar yaxın zamanlarda öz təsdiqini tapacaq.

Qeyd edək ki, Xaləddin İsgəndərov sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsidir. Fazil Məmmədov istefaya göndərildiyindən Xaləddin İsgəndərovun da işdən çıxarılcağı gözlənilir. Bəzi mənbələr isə Xaləddin İsgəndərovun həbs olunacağını bildirirlər. Son günlər mətbuatda onun milyonluq villalarının, əmlaklarının şəkillərinin yayılması da buna hazırlıqla bağlanılır.

635x100

Şərhlər

Xan Araz 2018-01-09 13:16:23

Düşünürəm! Düşünürəm ki, hər birimizin qarşısında hər an belə bir sual durur və durmalıdır: "Görəsən toprağında doğulub boya-başa çatdığım Vətənim üçün nə isə xeyirli bir iş görmüşəmmi, Müqəddəs Vətənimin DAŞI ola bimişəmmi". Bəli, bu əsil vətndaş üçün belədir, ancaq Xaləddin İsgəndərovdan başqa. Heç şübhəsiz ki, onu yalnız laiq olmadığı vəzifə tutmaq, vəzifə hesabına yüksək məbləğlərdə pul, var-dövlət, asan yollarla insanların incidilib süründürülməsi hesabına varlanmaq. Fikrimizcə onun gələcəkdə yaxşı vətəndaş olması üçün "iqtisadi qüdrəti" obyektiv yoxlanılıb Kürdaxanıya yollanılmaqla islah edilməlidir.

loqman 2018-01-09 13:16:23

....mehkum etmek lazimdir. icra bawcisini, onun ortada lotuluq ederek camaati inciden, onlarin pullarini ruwvet kimi qebul eden alcaq yaxin qohum olan tor-tokuntulerin hamisini ...... haramliqla sahib olduqlari mal-mulkden, saysiz-hesabsiz emlaklardan, xaricde yatirdiqlari milyonlarla dollari bunlardan alib dovleti nefine kecirmek, onlara huquqi baximdan en aqir cez

Diri 2018-01-09 13:16:23

Araşdırılsın!!!

Diri 2018-01-09 13:16:23

Hec adamın inanmahı gəlmir... ola bilməz.

G.M 2018-01-09 13:16:23

Xaləddin,Alimpaşa və s İH.Başçıları digər Rayon İH Baçılarından ancaq üzlərindəki sürüşkən saxta təbəssümlə və ayaqqabı,kostyumlarının ölçülərinə görə fərqlənirlər.

vidadi goyce 2018-01-09 13:16:23

Allah her sheyi gorur sen ise gore bilmedin

Xoca 2018-01-09 13:16:23

Ay icra başcıları pilis reisleri ve prakrorlar neceki böyük akulalar sizi yemeyub odurki birleşin xalqıda yanınıza alın o böyük akulaları xalqla beraber yeyin ne gözleyirsiz sizinde canınız rahat olsun xalq ve iş adamlarnında

dadaşyev 2018-01-09 13:16:23

Bu guya haqq-ədalətin təntənəsidir?Bu ailənin sənələrcə şəhərin ən böyük sənaye rayonunu çalıb-çapmağını niyə görən olmayıb?Qayın işdən atılmasaydı yeznə atılardımı?Və niyə imkan verirlər ki,işdən çıxarılan kimi "səhhətləri pisləşsin" və Almaniyaya qaçsınlar?Orada oturub gözləyəcək demək ki,görsün işlər hansı yönə doğru gedir.Təhlükə sovuşsa qayıdıb olan-qalanını dəyər-dəyməzinə satıb aradan cıracaq?Budurmu haqq-ədalət?Niyə tutmırlar?

dadaşyev 2018-01-09 13:16:23

davamı;Səhhətim pisləşib deyirsə,həkim komissiyası yaradılsın,başdan ayağa qədər müayinə eləsinlər;əgər həqiqətən də problemi varsa,yüksək səviyyədə müalicə olunsun,amma burada,Bakıda.O biri yeyici və gəmiricilər də ayaqlarını dəng alsınlar,bilsinlər ki,sabah işlərində nöqsan tapılsa müalicə adıyla qaçıb aradan cıra bilməyəcəklər.Nə rahatmış:on illərlə ye-sök-dağıt=çal-çap-gəmir-sümür,həbs təhlükəsi olan kimi "xəstəyəm" deyib cır aradan.Xəstəydinsə xəstəliyinlə əlaqədar ərizə yazaydın irəlicədən,çıxaydın.

talis 2018-01-09 13:16:23

gunusesi cavid qurbanovun saytidir.

Bəkir Nağıyev 2018-01-09 13:16:23

Bu da növbəti YAP-çı.Hörmətli S.Novruzov: qəbul et zibillərini ! Ölkəni bu quldurla bədbəxt etdilər.

Asime 2018-01-09 13:16:23

Yuxari Esalonda Torba Tikmek Aksiyasi Davam Edir. Hec olmasa ellerinden alinan Xalqin servetini Budceye yatiralar! Bu pullar hansi d.......ye durtulur bilinmir! Fakt odu ---- Oqrudan oqruya halaldi prinsipi ile isleyirler!!!!

K.K. 2018-01-09 13:16:23

Xalləddin İsgəndərovun sağ əli bütün qudurğan icra başçılarınln başına olsun.İnşəallah bu millətin ahı yerdə qalmayacaq.Yığdığınız haram pullar burnunuzdan irin qan olub töküləcək.

Sahib 2018-01-09 13:16:23

ZIRRAMALAR RÜŞVƏT KORRUPSİYA İLƏ VARLANIB KAROL KİMİ YAŞAYIRLAR. LƏYAQƏTLİ İNSANLAR İSƏ EHTİYAC İÇİNDƏ YAŞAYIR SINIR MƏHV OLUB GEDİRLƏR.

asim 2018-01-09 13:16:23

Yaqin bunları da islahat adlandıracaqlar.YAP hakimiyyəti gücü çatarmı ki, göstərsin ki, filan məmurum düz işləyir?Qətiyən göstərə bilməz. Çünki həmin məmur əvvəlcədən çirkləndirilir, sonra vəzifəyə qoyulur.Digər tərəfdən, məgər bunları vəzifəyə qoyanda, onların abtoqrafiyasına baxılmır? Bunlar o vaxt ilişirlər ki, "xaç atasına" xəyanət edirlər.Belə şeyləri müstəqil mətbuat açar, o da yoxdur.Gözləyək görək zamanımızın böyük intelekti Sirkuş müəllim nə deyir.

dadaşyev 2018-01-09 13:16:23

davamı;Görəsən qayın,quda,dayı kölgəsində xumarlanan daha neçə belə vəzifədə olan xəstələrimiz var?Sanki bunların içindəki xəstəlik virusları yatıblar,moment gözləyirlər.Eləki qayın,quda,dayı işdən qovuldular,o viruslar münbit şəraitə düşmüşlər kimi başlayırlar inkişaf eləməyə və yazıqları yorğan-döşəyə salırlar.Və iki ayaqlarını bir başmağa dirəyirlər ki,ancaq və ancaq respublikadan kənarda müalicə olunmalıyam.Bunlar bizim bu cəzasızlıq mühitinə o qədər alışıblar ki,tutulanda dəhşətə gəlib xəstələnirlər.

dadaşyev 2018-01-09 13:16:23

Belə çıxır ki respublikada bütün vəzifələrdə xəstələr işləyirlər.Yəni guya vəzifə canlarının sağlamlığından irəlidi deyə ərizə yazıb işdən çıxmırlar.5-6 milyard sahibi Ziya qovuldu,məlum oldu ki xəstədi.3 milyardın dalından dəyən Cahangir tutuldu,məlum oldu ki xəstədi.67 mülk çırpışdıran Vidadi tutuldu,məlum oldu ki xəstədi.Çovdarov tutuldu,məlum oldu ki xəstədi.Qızıl küplü Çingiz qovuldu,məlum oldu ki xəstədi.Fazil qovuldu,məlum oldu ki xəstədi.İndi də bu,qovulan kimi məlum oldu ki xəstədi.

oxucu 2018-01-09 13:16:23

SAĞ OL DADAŞYEV.

Son yazılar