ABŞ İraq şəhərlərinin bərpasına 75 milyon dollar ayıracaq

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) yaxın vaxtlarda İraqın bərpası məqsədilə 75 milyon dollar vəsait ayırmaq niyyətindədir. Vəsait, «İslam dövləti» terrorçu qruplaşmadan azad olunduqdan sonra, İraqda sabitliyin bərpası proqramı çərçivəsində xərclənəcək. Bu barədə çərşənbə axşamı ABŞ-ın Bağdaddakı səfiri Duqlas Silliman bəyan edib.

Telekanal «Əl Sumaria» səfirdən sitat gətirir: «ABŞ hökuməti, «İslam dövləti» qruplaşmasından azad edildikdən sonra, İraqda sabitliyin bərpasına 75 milyon dollar yönəldəcək. Birləşmiş Ştatlar ümumilikdə, bu məqsədlə 2018-ci ildə 150 milyon dollar vəsait ayırmağı düşünür. Tam həcmli kömək - 2015-ci ildən üzübəri - 265,3 milyon dollar təşkil edəcək».

«Azad olunmuş rayonlarda insanlar normal həyata qayıtmaq və mədəni irsinin bərpası istiqamətində problemlərlə qarşılaşırlar» - deyə, səfir qeyd edib və bildirib ki, vəsait qismən su və elektrik enerjisinin verilişinin tənzimlənməsinə yönəldiləcək. Maliyyələşdirmə ABŞ-ın Beynəlxalq inkişaf Agentliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı tərəfindən həyata keçiriləcək.

İraqın Baş naziri Haydar əl-Əbadi bu barədə, «İslam dövləti» qruplaşmasının dekabrın 10-da tam məhv edilməsindən sonra elan edib. O, birinci dərəcəli vəzifələrdən biri kimi, dağıdılmış şəhərlərin bərpasını və qaçqınların öz evlərinə qayıtmasını dilə gətirib. İraq hökumətinin hesablamalarına görə, bunun üçün 100 milyard dollardan artıq vəsait tələb olunacaq. Bağdad bu vəsaiti, 70 dövlətin iştirakı ilə 12-14 fevral tarixlərində Küveytdə keçiriləcək donorların beynəlxalq konfransının yekunları əsasında toplamaq niyyətindədir. Forumda BMT-nin, Dünya Bankının, beynəlxalq humanitar təşkilatların nümayəndə heyəti və iş adamları iştirak edəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar