«Silahlar yalnız ABŞ üçün nəzərdə tutulub» - KXDR bəyan edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Cənubi Koreya ilə danışıqlardakı nümayəndə heyətinin başçısı, iki Koreyanın dinc yolla birləşməsi üzrə Komitənin sədri Ri Son Qvon çərşənbə axşamı bəyan edib ki, KXDR-in silahları yalnız ABŞ-a tuşlanıb.

«Şimali Koreyanın silahları yalnış Birləşmiş Ştatlar üçün nəzərdə tutulub və bizim qaraşlarımıza, Çinə və Rusiyaya tuşlanmayıb» - deyə, «Röyter» agentliyi onun bəyanatından sitat gətirir. Bəyanat danışıqların birinci raundu başa çatdıqdan sonra səsləndirilib.

KXDR nümayəndə heyətinin başçısı onu da əlavə edib ki, Pxenyanın nüvə proqramının və silah arsenalının müzakirəsi beynəlxalq münasibətlərə neqativ təsir göstərə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar