“İRANA QARŞI DÜYMƏYƏ BASILIB...” - "Azərbaycanla sərhəddə kürd dövləti yarana bilər"

"Amerikanın və yaxın müttəfiqlərinin regionla bağlı planları var. Üstəlik, bu planlar yeni deyil, əksinə, onun yüz illik tarixi var".

Bu sözləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Suriyada İŞİD-in məhv edilməsinə rəğmən, Amerikanın YPG silahlı qüvvələrinə durmadan dəstəyini artırmasının səbəblərini Teleqraf.com saytına açıqlayarkən deyib.

Sülhəddin Əkbər qeyd edib ki, bu planın tərkib hissələrindən biri də Yaxın Şərqdə kürd dövlətinin qurulmasıdır: “Türkiyədə baş verən proseslər, 15 iyulda dövlət çevrilişinə uğursuz cəhd, PKK və onun tərkib hissəsi olan PYD və YPG-nin silahlandırılması, onların tərkibinin genişləndirilməsi və gücləndirilməsi, faktiki ordu yaradılması və digər məqamların hamısı eyni strateji planın tərkib hissəsidir. Son günlər İranın daxildən qarışdırılması da bu plan daxilində baş verir. Artıq ABŞ və İsrail mediası açıq yazır ki, may ayında Vaşinqton və Təl-Əviv İrana qarşı birgə hərəkət etməyi razılaşdırıb.

Bildiyiniz kimi, mayın 21-də Donald Trampın Ər-Riyad səfəri oldu və orada anti- İran koalisiyası yaradıldı. Bu, açıq şəkildə bəyan olundu. Bundan başqa, Maykl Dandrea ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İran bölümünə rəhbər təyin edildi. Nəhayət, 12 dekabrda Vaşinqtonda ABŞ və İsrailin milli təhlükəsizlik şuralarının birgə görüşü keçirildi. Burada İrana qarşı birgə hərəkat haqda qərar qəbul edildi və birgə işçi qrupu yaradıldı. İşçi qrupunun bir qolu da İranın terrorizmə dəstəyinin qarşısını almaq adı altında Tehranın regionda güclənməsini əngəlləməkdir”.

S.Əkbər hesab edir ki, planda yeni kürd dövlətinin qurulması strateji hədəfdir: “Eyni zamanda operativ-taktiki planda məqsəd silahlandırılan kürdlərdən İran məsələsində istifadə etməkdir. Artıq Ərbil və Herat şəhərində operativ qərargahların qurulduğu haqda məlumatlar var. İstər ABŞ prezidenti, istər xarici işlər naziri, istərsə də Mərkəzi Kəşfiyyat İdarəsi başçısının açıqlamalarından görünür ki, indiki ABŞ administrasiyasının İranda rejim dəyişikliyi etmək niyyəti var. Bunun nə dərəcədə uğurlu və ya uğursuz olacağı başqa mövzusdur. Amma belə bir niyyət var və ABŞ, İsrail, Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya yaradılıb. İndi baş verənlər göstərir ki, İrana qarşı düyməyə basılıb”.

Sülhəddin Əkbər sonda qeyd edib ki, əgər məqsəd kürd dövlətinin yaradılmasından gedirsə, bu dövlət Suriya, İraq, İran və Türkiyə ərazilərini əhatə edir: “Mümkündür ki, bu dövlət qurularsa, sərhədləri İranın Qərbi Azərbaycan ostanına qədər əraziləri əhatə etsin. Bu isə həmin dövlətin Azərbaycanla sərhədlərə malik olması anlamını verərdi”.

635x100

Şərhlər

OQTAY 2018-01-10 00:29:55

Hec bir bolqede(Iran,Iraq,Suriya,Turkiye)kurd devleti qurulmayacaq.Kurd qardaslarmizin,cuzu qisimini istifade ederek ABS,AB-liyi oz milli maraqlarinin pesindedirler.Islam olkelerinin sahibi Turkiye ve Pakistani zeiflederek,muselmanlari bir-bri ile doyusdurerek qirdirmaqdir.Kurd-Turk doqma milletdir,barmaqda, dirnaqla-et olduqu kimidir. "T"herfinin yerini deymekle eyni soz olduqunu goruruk.Indi bizim BIRLIK vaxtimizdir!!!Manqurdluq,ermenlere aiddir,xamalyon keltenkele kimi soyadini, deysen alcaq mexluqdurlar

t.ədalət 2018-01-10 00:29:55

Regionda heç bir kürd dövləti yaranmayacaq.ABŞ və İsrail öz maraqlarının dalınca qaçır. maraq,əsasən Rusiyanın regiondakı mövqelərini dağıtmaq və kürdlərin əli ilə bütün təbii ehtiyatların üzərində öz imperiyalarını qurmaqdır.Etiraf etmək lazımdır ki, maraqlar üçün qurban verilənlər,adətən nadanlıq əsarətində qalanlar olur.Onların isə kürdlər olduğu sir deyil.Təəssüf ki kürd təəssübkeşi olanlar "kürd dövləti" qurulacağı haqqındakı illüziyaları ilə biçarə kürdləri aldadıb güdaza verməklə məşğul olurlar...

t.ədalət 2018-01-10 00:29:55

Hər hansı bir milli dövlətin yaranması üçün BMT səviyyəsində onun xəritəsi müəyyənləşdirilir.Gah Türkiyə,Gah da İraq ərazisində terrorçuların əli ilə kürdüstan qururdular.İndi də söhbəti İranın ərazisinə keçiriblər.Əlbəttə,məsələ kürdlərlə azərbaycanlıları bir-birinə qarşı döyüşdürüb məhv etmək istəyirlər. dünya əhalisinin sayını azaltmaq üçün müsəlmanlar arasında münaqişə törətmək, həm Rusiyanın,həm də ABŞ və İsrailin əzəli planıdır.Bu plan Suriyadan İrana,sonra isə Orta Asiyaya doğru uzanacaq...

G.M 2018-01-10 00:29:55

İran Dövlətinin min illik tarixi var.Və Farsların bir millət kimi Dövlətçilik ənənəsi və dövlət siyasətləri var. İranı TİRAN eliyən İslami dəyərlərdi.Farslar Yahudilərdən heç də geri qalan millət deyil.Onlar İslamdan imtina edib,Avropalaşar və İsrailfason bir qüdrətli Yeni sistem də yaradarlar.Ən problemli məsələ İran azərbaycanlılarının problemidir.ABŞ doğrudan da İranı zəiflətmək istəsə,onda Şimali və Cənubi Azərbaycan birləşməlidir.Onun tərkibində kürd və başqa millətlərə muxtariyat verib sakitləşdirmək

shahin 2018-01-10 00:29:55

Yəqin hamıdan çox Kürdüstan dövlətinin yaranma gününü gözləyənlərdən biridə .... Ancaq İnşəAllah onların bu arzuları gözlərində qalacaq.

Mahir 2018-01-10 00:29:55

Eziz hemvetenlerim bizim hakimyet ve prezdent menden incimesin ona göreki menim sankt piterburuqd yaşayan bir iş adamı qohmum varki deyir avropada kifayet qeter avropalı iş adam dostlarım varki cox calışdımki azerbaycana getrim iş qursunlar ancaq hamsı deyirki biz yalnız bir müsteqil devlet tanıyırıq oda gürgüstan ora sermaya qoya bilerik ancaq ermenistan ve azerbaycana yox künki her iki devletin rehberliyi moskvadan aslıdır nevaxt müsteqil olar rehberliyniz deyişer onda canla başla azerbaycana sermaya qoyarıq

Araz 2018-01-10 00:29:55

Kürd milləti və ya xalqı heç bir vaxt mövcud olmamışdır.Əslində kürd adı ətnosa deyil həyat tərzi ,fəaliyəti heyvandarlıqla əlaqəli olan kurmancilərdən alınıb və ümumiləşdirilib.İndi kürd adlandırılanlar ən azı 4 grupa bölünürlər və faktiki olaraq hərəsinin yalnız özləri başa düşdükləri iran dil qrupuna daxil olan tayfalardirlar.Dini palitrası isə dünyada mövcud olan bütün dinlərdir,yəni islam,zərdüşlik,xristianlıq,iudaizim və sairə.Onlar çoxu yaşadığları yerlərin xalqlarına asimiliyasiya olunmuşlardır.

OQTAY 2018-01-10 00:29:55

Yuxarida T-nin yerine D yazmisam sehven,TURK-KURT ferq etmez,umumilikde " T U R A N " devleti olacaqiq!!!

Abit 2018-01-10 00:29:55

Düz deyir

KM 2018-01-10 00:29:55

Əziz xalqım,bu gün ABŞ-ın və qərbin siyasəti açıq-aydın özünü büruzə verir. Bi neçə il əvvəl hər şeyi gizli şəkildə edirdilərsə, bu gün artıq açıq-aşkar etməyə başlayıblar. Əfqanistanın işğalı, Ərəb Baharının uğur qazanması, bütün şərqdə devalyasiya yaradıb şərqin iqtisadiyyatını zəiflətmələri onları artıq çox ruhlandırıb. Bu gün Asiyada güclənməyə və inkişaf etməyə başlayan 3 İslam dövləti Türkiyə, İran və Pakistan onları çox narahat edir. Yəqin ki, bu 3 dövləti zəiflətmək və inkişafdan saxlamaq üçün onlar əllərindən gələni edəcəklər. Buna görə də bu dövlətlərin birləşməsi çox vacib məsələdir.

Son yazılar