NAZİR FAZİL MƏMMƏDOVUN QUDASINI MƏZUNİYYƏTƏ GÖNDƏRDİ - Müddətsiz

Yeni vergilər naziri Mikayıl Cabbarov müavini Namiq Əliyevi qeyri-müəyyən müddətə məzuniyyətə göndərib. “Report”un özəl mənbələrdən əldə etdiyi məlumata görə, nazir müavininin məzuniyyəti yeni ilin ilk iş günlərindən başlayıb.

Gözləntilərə əsasən, N.Əliyev məzuniyyətdən qayıtmayacaq və onun yerinə yeni müavinin təyin olunacaq. Bu vəzifəyə artıq hazırkı təhsil nazirinin müavini Mətin Eynullayevin namizədliyinin irəli sürüldüyü bildirilir.

Qeyd edək ki, N.Əliyev 2004-cü, M.Eynullayev isə 2017-ci ildən nazir müavini kimi fəaliyyət göstərir. Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunub.

Qeyd edək ki, N.Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, keçmiş nazirin qızı nazir müavininin oğlu ilə ailə qurub.

635x100

Şərhlər

G.M 2018-01-10 10:28:23

Məzuniyyət,yaxud da Ezamiyyətə getməsindən asılı olmayaraq,N.Əliyevin qalıb,M.Cabbarova müavini işləməsi mümkün məsələ deyil.N.Əliyev bildiyim qədər mülayim təbiətli olsa da müstəqil düşünən insandır.Söz və minnət götürən deyil.Allah işini xeyirli eləsin . Vergilərin müavinlərini Prezident təsdiq və azad edir.

Realist 2018-01-10 10:28:23

G.M-Heç dediyin kimi xoş sifəti yoxdur

İlham 2018-01-10 10:28:23

Bu vəzifəyə ən sansli namizəd aiditin rəisi olub, sahibkarlardan çoxlu pul qopardan Habil Məmmədovdur. Sovetskidə boyuyub indi oliqarx adi alan dunya olkələrinin banklarinda kullu miqdarda hesablari olan Habilin arxasin da musavir durur. hansi ki bir vaxtlar Fazil məmmədov onu Vergilərdən uzaqlaşdirib.

Son yazılar