ZİYA MƏMMƏDOVUN BACISINA YENİ VƏZİFƏ VERİLDİ! – Novruzovun müavini oldu

 

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsini Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecdən təsdiqləyiblər.

Kollecdən axar.az-a bilidirilib ki, təyinat ötən ilin sonlarında aparılıb: “Artıq 2 aydır Məhbubə xanım Məmmədova Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsini icra edir”.

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq “Azpolitika.info” saytı yaymışdı.

****

Ötən ilin sentyabr ayında öz ərizəsi əsasında Təhsil nazirinin əmri ilə 66 saylı “Tərəqqi” liseyinin direktoru vəzifəsindən azad olunan Məhbubə Məmmədova yeni və daha yüksək vəzifəyə təyin olunub. “AzPolitika.info”ya təhsil sektorundakı mənbədən daxil olan məlumata görə, M.Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyinat alıb.

M.Məmmədova “Tərəqqi” liseyinin direktoru olarkən, dəfələrlə rüşvət ittihamları ilə üzləşmiş, bu səbəbdən medianın gündəminə düşmüşdü. Onun tutduğu vəzifədən öz ərizəsi əsasında uzaqlaşdırıldığı bildirilsə də, belə hesab olunurdu ki, M.Məmmədova əslində qardaşı Ziya Məmmədova siyasi hakimiyyətin neqativ münasibətinə görə direktor vəzifəsindən kənarlaşdırılıb. Lakin belə görünür ki, M.Məmmədova həqiqətən də daha yüksək vəzifə əldə etmək üçün əvvəlki işindən imtina edib.

Ən maraqlısı isə odur ki, M.Məmmədovanın müavin təyinatı Pedaqoji Kollecin direktoru Qulu Novruzovun razılığı olmadan baş tutub.

Xatırladaq ki, Q.Novruzov Misir Mərdanovun dövründə Təhsil nazirinin müavini olub.

Belə ki, 2011-ci ilin sentyab ayında Prezident İlham Əliyev gözlənilmədən Təhsil nazirinin hər üç müavinini tutduqları vəzifələrdən azad etmiş, elə həmin gün nazirliyin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Qulu Novruzovu nazir müavini təyin etmişdi. Lakin Mikayıl Cabbarov Təhsil naziri təyin olunandan az sonra o, nazir müavini vəzifəsindən uzaqlaşdırılmış, 1 ay sonra isə aşağı vəzifəyə - Təhsil Problemləri İnstitutuna direktor təyin olunmuşdu.

8 aprel 2016-cı ildə isə Təhsil Problemləri İnstitutunun direktoru vəzifəsindən azad olunan Qulu Novruzov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə direktor təyin olundu.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik etməsi nəticəsində Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.

V.NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

TALİS 2018-01-11 12:58:13

NƏ OLMALİDİR Kİ, BƏYƏM ZİYA MƏMMƏDOV XALQ DUŞMƏNİDİR BƏYƏM? ONUN VƏZİFƏYƏ TƏYİN ETDİKLƏRİNİ ARASDİRSAZ COX QARANLİQ KECMİSLƏRİNİN OLDUĞUNU GORƏRSİZ. NEYLƏK İNDİ HƏLƏ AT OYNADAN VAXTLARİDİR. İNSALLAH GORƏRİK KİMN AXİRİ NƏ OLACAQ. AZƏRYOLDA SƏDR TƏYİNATİNDA ZİYANİN CORƏYİNƏ XOR BAXANLARİN GOZLƏRİNƏ TOR GƏLƏCƏK. O KİSİNİN CORƏYİNİN QƏDRİNİ BİLƏN OLMADİ HEYF...

Akif Hümbətov 2018-01-11 12:58:13

Heç hənanın yeridir? Məktəb direktoru hara, kollec direktorunun nüavini hara. Özü də təqaüd yaşlı qadın. Nə oldu, kollecdə təmiz, qabiliyyətli bir adam tapılmadı? Bu kolleci Nurlana Əliyeva pis günə qoymuşdu. İndi hara baxır, Cəfər Cəfərov? Danışanda elə bilirsən ki, bundan dürüst adam yoxdur...

Мири 2018-01-11 12:58:13

Елады дейиремки бурда беле бир директорада гуджлери чатмырки бирдефелик ...атсынлар байыра. Биз харда йашыйыруй?))))))

Əliyev F. 2018-01-11 12:58:13

Elə bil 37-ci illərdir. Ailədən biri qaralandı, mütləq bütün ailə cəza çəkməlidir.Yaxşı olar ki, səhvi başqa yerdə axtaraq.

Usta 2018-01-11 12:58:13

Yaxşı ki, vəzifə verildi, yoxsa ki... Görəsən bunların gözü nə vaxt doyub qurtaracaq. Bu qədər də vəzifəpərəstlik, pula, var-dövlətə hərislikmi olar. Axı nəyinizə lazımdır bu qədər işləyib sərvət toplamaq, insanların haqqına girmək. İnsanlar çörəkpulunu güclə qazandıqları halda süizlər milyonlarla pulu halal-haram deməyib qamarlayıb toplamısınız altınıza, bir az da istirahət etmək lazımdır, onsuz da ömür gödəkdir, nəfsinizə hakim olun, qoy bir az da vəzifə, pul görməyənlər işləsin.

t.ədalət 2018-01-11 12:58:13

Niyə Ziya Məmmədovun bacısına vəzifə vermək olmaz?Məgər, qohum-əqrəbaya görə kimsə təqib olunmalıdır?Gəlin, Allahın bəyəndiyi işlərdən danışaq.Qadınlar haqqında dedi-qodu yaratmaq nə imandandır,nə də ki əxlaqdan.

Son yazılar