Bakıda kobud qayda pozuntusuna yol verən sürücü qəza törədib - FOTO

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza Qurban Xəlilov küçəsində yüksək sürətlə hərəkətdə olan "99-MA-520" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil ərazidəki yol nişanı tələblərini pozub.

Bu zaman o, Nəriman Nərimanov prospekti üzərindəki dairədə hərəkətdə olan "90-RT-177" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "Hyundai" Nəriman Nərimanovun heykəlinin yerləşdiyi parkın səkisinə çırpılıb. Avtomobillərin hər ikisi deformasiyaya uğrayıb. Hadisəni törədən sürücü "Report"a evdə xəstəsi olduğu üçün tələsdiyini bildirib.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Araşdırma aparılır.

Hadisəni törədən sürücü sərxoşluğun yoxlanılması məntəqəsinə aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar