AZƏRBAYCANDA TERROR TƏHLÜKƏSİ?... - ABŞ-dan xəbərdarlıq

dovlet departament usa abs

ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Azərbaycan təhlükəsizliyə təhdid baxımından ikinci kateqoriya ölkələr siyahısına daxil edilib. "Report" xəbər verir ki, bu sistemi yaratmaqda məqsəd ABŞ vətəndaşlarının ölkə xaricində müdafiəsini gücləndirməkdir.

Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünür:

1-ci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir;

2-ci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun;

3-cü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin;

4-cü kateqoriya - bu ölkəyə səyahət etməyin.

Qeyd edək ki, bölünmə şərtidir və məcburi yox, tövsiyə xarakteri daşıyır.

Sistemin saytında göstərildiyi kimi, Azərbaycan teror riski ilə əlaqədar ölkələrin ikinci kateqoriyasına daxil edilib. ABŞ Dövlət Departamenti həmçinin münaqişə ilə əlaqədar olaraq vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərə getməməyi tövsiyə edir.

"Dağlıq Qarabağ münaqişəsi nəticəsində insanlar ölməyə davam edir. Hər il ara-aıra baş verən atışmalar və artilleriya sistemlərindən, o cümlədən yeraltı minalardan və minaatanlardan istifadə insanların ölümünə və yaralanmasına səbəb olur. Təmas xəttinə yaxın yollardan və Ermənistan ilə Azərbaycan arasındakı beynəlxalq sərhəd yaxınlığından uzaq gəzin", - ABŞ Dövlət Departamentinin tövsiyəsində deyilir.

[gallery columns="1" size="full" ids="385184"]

635x100

Şərhlər

t.ədalət 2018-01-11 14:37:16

Dağlıq Qarabağ və onun ətrafında baş verən terror hadisələrinin arxasında rusiya dayanır.İyirminci əsrin sonunda Azərbaycanda törədilən qətliamların--20 Yanvar və Xocalı soyqırımlarının,yalnız bir müəllifi var,o da rusiyadır.Azərbvaycan ərazisində törədilən terrorların da rusiyadan qaynaqlandığı hiss olunur.Sənaye universitetindəki terrorun Gürcüstan Azərbaycanlısı tərəfindən törədilməsinin səbəbi hələ də açılmamış qalıb.

Kamal- a 2018-01-11 14:37:16

....Bakinin etraf qesebelerinin yollari SU ALTINDA QALIR, KECHILMEZ YOLLAR hakimiyyeti NARAHAT ETMIR, lakin DOVLET BUDCESINDEN PULLARINI XERCLEYIRLER RUSIYANIN HESHTERXAN, DERBEND, MAXACHKALA ve diger sheherlerinde ABADLIQ - TIKINTI ISHLERINE. YAZIQ Qarabaq QACHQINLARININ BERBAD YATAQXANALARDA, ANTISANITAR KOMMUNAL SHERAITDE YASHAYISHIR...

Kamal 2018-01-11 14:37:16

Beli cenab amerika azerbaycanda terror tehlükesi yox terroristler torpaqlarmızda at oynadır olarında başcılarnı size deye bilerem bunlardı sarksyan putin lavrov patruşev şoyqu ve brotnikovdu olarında bakıda el altıları varki xalqla sican pişik oynayır bu ilki seckide allah qoysa oların dogru üznü göreceyik eger ilham eliyev yeniden secilse

Abit 2018-01-11 14:37:16

Rusdan ayrılmışıq ki? Bu bir namyokdu nese demek isteyirler

İlham 2018-01-11 14:37:16

Mende kamal beyle razıyam azerbaycanda rus ermeni terror birliyi at oynadır nediki ordanda oyana kecibler cooox tesüfki bizim iqtidar ise yalnız seyr edib herdende olar icaze verende danışır bele olmaz ey qehraman sovet tankının qarşısına cıxan milletim indi ne gözleyirsiz vaxt yetişibki o eclaf terror yuvasını yerevan ve moskvada darma dagın edek

G.M 2018-01-11 14:37:16

Azərbaycanda terror o zaman olar ki,Qarabağ məsələsinin həllinə çalışan hər hansı bir rəsmi təşkilatın yaranmasına,Rusiyanın,İranın imperiya siyasətinə qarşı cəhd olunsun.Əhalinin əsas hissəsi də ki,dini ekstremizmi qəbul eləmir.Uzaqbaşı canından bezən,yaşaya bilməyən ``narazılar`` intihar edirlər. .

Son yazılar