ERMƏNİLƏRƏ İŞLƏYƏNLƏR MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR - İstintaq yekunlaşdı

Dövlətə xəyanətdə ittiham olunan hərbçilərlə bağlı cinayət işinin istintaqı yekunlaşıb.

APA-nın məlumatına görə, Respublika Hərbi Prokurorluğunda istintaq edilən cinayət işinin materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işinin materialları Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatına verilib.

Qeyd edək ki, ötən il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi,Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (Dövlətə xəyanət) cinayət işi başlanaraq, Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Nernest 2018-01-11 14:48:55

Bu məsələ çox ciddidir.Nəyə görə Rusiya Sirquş müəllimə hərbi sahədəki əməkdaşlığa görə medal verir? Nə üçün Rusiyada hərbi təhsil almış şəxslər hərbidə at oynadır və s.?Digər tərəfdən .... Bütün bu suallar ciddi araşdırılmalıdır!

Cavada 2018-01-11 14:48:55

Qardaş Azərbaycanda 100 min ad-soyadını dəyişmiş düşmən millətin nümayəndəsi-erməni var. Bir neçəsini mən tanıytıram. Bakıdakı ermənilərlə problemim olub.

Türkbala 2018-01-11 14:48:55

Düzü,mən inanmıram hansısa azərbaycanlı belə iş görsün.

Abit 2018-01-11 14:48:55

Maraqlıdı bu şimal qonşuya işleyenler niye ifşa olunmur ?

zaur 2018-01-11 14:48:55

BİZ GÖRMÜŞÜK Kİ ŞİPYON 1 NƏFƏR OLAR YA DA UZAQBAŞI 2-3 NƏFƏR.BELƏ KÜTLƏVİ HAL DÜNYA TARİXİNDƏ OLMAYIB.NƏ İSƏ BU HƏNA O HƏNADAN DEYİL...

oxucu 2018-01-11 14:48:55

"Yuxari" - da Rusiyanin CESUSLARI daha YOXDUR ?????? Putinin HIMAYEDARLIQINA GORE , QULDUR-TERRORIST Serj Sarkisyan QUDURUB. Ermeniperest Minsk Qrupu hemsedr - "TURISTLERI" Yerevanda MUNTEZEM olaraq, ermeni KONYAK-i "Ararat" ICHEREK , HIYLEGER BOSHBOQAZLIQ ile MESHQUL OLACAQLAR ve bunlarin KEYFINE Azerbaycanin DOVLET BUDCESINDEN PULLAR ISTENILEN MIQDARDA XERCLENIR... Daha 30 il Azerbaycan XALQI GOZLEMELIDIR ki, Putin ICAZE VERSIN TORPAQLARIMIZI ermeni - rus ISHQALINDAN AZAD ETMEYE????????

Cavad 2018-01-11 14:48:55

Kim deyə bilər Azərbaycanda nə qədər pasportunu azərbaycanlı ad və soyadına dəyişən ermənilər var?

G.M 2018-01-11 14:48:55

Bu adi məsələ deyil......Pul əldə etmək üçün bezilerinin hərbi mükəlləfiyətini ,Müqəddəs sayılan hər şeyi pula satmasıdır..

AAgahuseyn 2018-01-11 14:48:55

Belə adamlar yalnız bir cəza ala bilər.ÖLÜM HÖKMÜ.

Cavad-a 2018-01-11 14:48:55

Sənin sualının cavabını pasport verən orqanlar yaxşı bilir.Açıqlasalar....

TURAN 2018-01-11 14:48:55

VƏTƏNƏ XƏYANƏTDƏN BÖYÜK ŞƏRƏFSİZLİK OLARMI.MƏN BU İNSANLARIN aZƏRBAYCANLI,MÜSƏLMAN OLMASINA İNANMIRAM.

Son yazılar