FAZİL MƏMMƏDOVUN KADRLARI MƏHKƏMƏYƏ ÇƏKİLİR - 9 şirkət iddia qaldırdı

9 şirkət və bir fiziki şəxs Lokal Gəlirlər Departamentini məhkəməyə verib

Sabiq vergilər naziri Fazil Məmmədov vəzifədən azad edildikdən sonra onun illər ərzində törətdiyi qanunsuz əməllərə görə cavab verməsi məsələsi də gündəmə gəldi. İlk günlərdən belə məlumatlar var idi ki, F. Məmmədov səhhəti ilə bağlı deyil, sırf yarıtmaz fəaliyyətinə, sahibkarlara qan uddurulduğuna görə vəzifədən alınıb.

Daha sonra isə sabiq nazirin vəzifədə olduğu müddət ərzində dəyəri milyard manatlarla ölçülən mal-mülkə sahibləndiyi, dövlətdən, xalqdan oğurladığı pulların 1 milyard manatını xaricə çıxara bildiyi də faktlarla ortaya çıxarıldı, konkret ünvanlar göstərildi. Əlbəttə, bu iqtisadi və maliyyə xəyanətlərinin qarşılığında onun sərbəst buraxılacağı, yaxud da özünün can atdığı kimi, səfir postuna təyin ediləcəyini düşünmək sadəlövhlükdür. Əksinə, Fazil Məmmədov üçün başqa “sürpriz”lər hazırlanır. Görünən budur ki, onun həbsi üçün artıq hüquqi baza formalaşır.

Belə ki, Azərbaycanda 9 şirkət və bir fiziki şəxs Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib. “APA-Economics”in məlumatına görə, “Naviqator Mobil Servises”, “Retail Solutions”, “Azəri-Türk LTD”, “Azerbaijan Steel Supply”, “Transport-Servis LTD”, “Effekt-M”, “Nicat-Nəzrin”, “Kraun” MMC-lər və “Azəraqrartikinti” ASC-nin “Aqrartikintiservis” firması iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia üzrə işin mahiyyətini inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr təşkil edir.

Fazil Məmmədov ile ilgili görsel sonucu

Bu şirkətlərlə yanaşı, fiziki şəxs Azəri Yusifzadə də eyni iddia ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

Bu iddialar üzrə məhkəmə prosesləri davam edir.

Xatırladaq ki, ötən gün vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 33 əməkdaşı da daxil olmaqla, ümumilikdə 64 nəfər işdən çıxarılıb.

Mikayıl Cabbarov ile ilgili görsel sonucu

Musavat.com-un məlumatına görə,  Lokal Gəlirlər Departamenti orta və kiçik sahibkarlara divan tutan əsas qurum olub. Məhz həmin orqanın əməkdaşları iş adamlarını aylıq, illik “haqq”a oturdublar,  dövlət büdcəsinə çatmalı olan pulları mənimsəyiblər. Məlumata görə,  bu qurumun rəhbər şəxsləri birbaşa Fazil Məmmədovun ən yaxın adamları olub. Və buradakı proseslər nazirdən xəbərsiz həyata keçirilməyib. Bu baxımdm məhkəməyə də Fazil Məmmədova yaxın kadrların cəlb olunacağı gözlənilir. İşdən çıxarılsalr belə...

635x100

Şərhlər

Osman 2018-01-11 15:44:25

BU RÜŞVƏTXOR TALANÇI MƏMURLARIN ÖLKƏNİ XALQI TALAN-QARƏT ETMƏK MİLYARDLARI OĞURLAMAQ ÜÇÜN MÜNBİT ŞƏRAT YARADILIB VƏ ONLAR DA NƏ KEFİ İSTƏYİR EDİBLƏR, NƏTİCƏDƏ DƏ 100 MİLYARDLARLA DÖVLƏTİN XALQIN PULU OĞURLANIB, OTÇOTU UÇOTU İZU İTİRİLİB. CİDDİ QANUN-QAYDA OLSA İDİ ONLAR BU QƏDƏR HARINLAYA BİLMƏZDİR. İNDİ BUNUN BİR YOLU VAR ONLARIN HAMISINI SOXMAQ TÜRMƏYƏ VƏ OĞURLASDIQLARINI QAYTARMAQ DÖVLƏTƏ, YOXSULLAŞMIŞ ƏHALİNİN HƏYAT TƏRZİNİ YAXŞILAŞDIRMAQ.

G.M 2018-01-11 15:44:25

Göstərin siz mənə elə bir Komitə,Nazirlik əli cinayətə, karrupsiyaya bulaşmamış olsun.Elə bir məmur,Deputat DYP-i rəisi göstərə bilsəniz..deməyin ki,daxili imkanlarıyla Villada yaşayır.İH Başçılarının,Deputatların, maaşları aylıq xərclərinin yarısını ödəmir.Baxmayaraq ki,azından 1500 manat alırlar.

Abit 2018-01-11 15:44:25

Soyma emeliyyatı başlayacaq,mece olmalıdır,20 ildi milleti soyurlar.İndi qusmağın vaxtıdı.Haydı qoçular

Vətəndaş 2018-01-11 15:44:25

Bu qanunsuzluq bir-iki ilin məsələsi olmadığı məlumdur.Bu zaman marqlı bir sual ortaya çıxır:8 il ərzində baş verənlər niyə indi ortaya çıxarılır?Bəs nəzarət etməli orqanların fəaliyyətsizliyi niyə ortaya çıxarılmır? Axı bu illər ərzində vergidə, təhsildə, nəqliyyatda və başqa sahələrdə qanunsuzluqlar, özbaşınalıqlar, rüşvət,monopoliya ,korrupsibaş alıb gedir.Hansı səbəbdən bu halları gizlədənlər ifşa olunmurlar?

Nizami 2018-01-11 15:44:25

Allah Cəlal Əliyevə rəhmət eləsin. O kisi vaxtinda musavatin bas yazari, əslən Tavuzdan olsa da,lakin tovuzlularin nifrətini qazanan rauf bərədə cox hikmətli sozlər demisdi. ... Nə din ə xidməti məlumdir nə də dovlətinə, millətinə, elobasina. Ona gorəki nadanin nə din var nə də milləti.Eldar Mahmudovdan yazdi ki həbsini hazirlayirlar, indi yazir Fazil Məmmədovun həbsinə hazirliq gedir. Bini verin məhkəməyə də nədən qorxurlar basa dusmək olmur.İctimiləsdiri axi?

Son yazılar