Azərbaycanda ötən il 5000 ton bal yeyilib 

 

2017-ci ildə Azərbaycanda 3000 ton bal istehsal edilib.

Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Assosiasiya sədri qeyd edib ki, ötən il ölkədə 5000 ton bal istehlak olunub: "Hazırda daxili istehsal Azərbaycanda bala olan tələbatın 60 faizini təmin edir. Qalan həcmi xaricdən idxal edirik".

B.Həsrətovun sözlərinə görə, hazırda ölkədə 300 min arı ailəsi var.

O bildirib ki, 2017-ci ildə Azərbaycanda arı ailəsinin sayı 2016-cı illə müqayisədə 50 min artıb: "Biz ötən ili 250 min arı ailəsi ilə başlamışdıq. Qış mövsümündən sonra 80 minə yaxın ailə itirdik, amma il ərzində həmin sayı bərpa etdik və arı ailələrinin sayını artırdıq. Ölkənin potensialını nəzərə alaraq, biz arı ailələrinin sayını 700 minə çatdırmağı planlaşdırırıq. Bu, bizə bal idxalından asılılığı tamamilə aradan qaldırmağa və ixrac coğrafiyasını artırmağa imkan verəcək".

635x100

Şərhlər

Mirzə AĞ 2018-01-11 22:40:43

Deyin - 5000 ton balı kim yeyib? Ona görə də nazirlərimiz pota kimidirlər...

Son yazılar