HÖKUMƏT MANATI SƏRBƏST BURAXMAQDAN İMTİNA EDİR! - "Məzənnəni idarə etməyə başlayıb"

??????????????????????????????????????????????????????????????????????????????????????????????????"Azərbaycan yenidən valyuta məzənnəsini aktiv şəkildə idarə etməyə başlayıb". Bu məlumatı "Fitch" beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research" araşdırma şirkəti yayıb.

"BMI Research"in Avropa ölkələri üzrə risk Departamentinin rəhbəri Lukas duş Santuş bildirib ki, "bu addım, iqtisadiyyatda zəruri olan struktur dəyişiklikləri gecikdirir və valyuta ehtiyatlarının axıb getməsinə səbəb olur".

"Dalğalı məzənnə rejimindən geri addım atılması neft və qaz qiymətlərinin artmasından sonra ölkənin yenidən köhnə üsullara qayıtmaq istədiyini göstərir. Bununla yanaşı, Beynəlxalq Valyuta Fondu (IMF) da Azərbaycan üzün çevik məzənnə siyasətinin vacib olduğunu bildirib. Fond bildirib ki, Azərbaycan 2016-cı ilin sonunda "McKinsey&Co." konsaltinq şirkəti tərəfindən hazırlanan iqtisadi islahatlarla bağlı yol xəritəsində nəzərdə tutulduğu kimi, manatın məzənnəsinin sərbəst üzməsinə imkan verilməlidir", - deyə sənəddə qeyd olunub. /"Report"

635x100

Şərhlər

t.ədalət 2018-01-12 11:25:24

Manatın məzənnəsini nəzarətdə saxlamaq iqtisadiyyat sahəsində indiyədək qəbul olunmuş ağıllı qərarlardan biridir.Bizdə maliyyə davranışları,ancaq və ancaq tamaha uyğunlaşdırılır.Odur ki,onlara "dayan!","dur!"- deməsək, ölkədə hərc-mərclik törənər.Məsələn,ölkəmizdə sayının çox olmasına baxmayaraq,qoyun ətinin qiyməti hər gün qaldırılır.Bu sahəni nizamlamaq üçün çevik vergi üsulu tətbiq edilməlidir.Qiymət artdıqca,vergi tutmaları da artırılmalıdır.Təqribi hesablanmış qazancı keçməyə imkan verilməməlidir.

Bizim hara getdiyimizi bilən var??? 2018-01-12 11:25:24

Bunlar hansı sərbəstləşdirmədən danışır – maili valyuta dəhlizindən??? Əsas məsələ elə struktur dəyişiklikləridir də....)))) 1doll.=10 Azn və ya 100 Azn olmaqla nə dəyişəcək ki??? Ancaq daha çox əhali təbəqəsi kasıblaşacaq, iqtisadiyyatda alıcılıq qabiliyyəti, biznesin ödəniş qabiliyyəti pisləşəcək. Şok terapiya, əsaslı (fundamental) institusional islahatlarsız – mənasızdır!!!

Amon 2018-01-12 11:25:24

Turkiye kimi iqtisadiyyati cox guclu olan bir dovlet milli pulunu serbest buraxib ve 4 tl ye yaxindi dollar.biz serbest buraxsaq 7 8 manata qalxar onunda sonu nece olacagini hamimiz yaxsi bilirik ona gorede ele bele saxlamaq yaxsidi

G.M 2018-01-12 11:25:24

Kişini hörmətə mindirən onun imkanları və qabiliyyətidir.Valyutanı hörmətli,qiymətli edən onun arxasındakı iqtisadiyat,maliyə qaynaqlarıdır.Əgər gizli iqtisadiyat ölkədə varsa,karrupsiya,rüşvət tüğyan eliyirsə,istehsal sürünürsə onda dəyər ölçüsü olan Valyutanı,pulu ``teleaxranitelsiz`` buraxmaq olmaz..

Bizim hara getdiyimizi bilən var??? 2018-01-12 11:25:24

Ay brat,yüz faiz əminəmki, bilirsən, amma yenə deyəcəm, ürəyimi boşaltmaq üçün...)))) Türkiyədə Bosforun kənarında möhtəşəm və əzəmətli, tarixi və yeni tikililərlə yanaşı, gəmi ilə gəzinti zamanı, bu gözəlliklərin yanında, yarı uçuq-sökük, taxtadan (!!!) daxmalar durur, göz dağı kimi. Soruşanda ki, bunlar nədir, niyə hökumət bunları sökmür, cavabı qeyri-adi və eyni zamanda düşündürücü olur: “bunların hamısı erməni və yunan mənşəli ölkə vətəndaşlarına və ya xaricilərə məxsusdur. Təklif olunan fantastik məbləğlərə rəğmən belə mülkiyyətlərinin satılmasına razılıq vermirlər”. Özümüzün təcrübəsindən çıxış edərək soruşanda – “ə, qələt eləyirlər, verin buldozerin ağzına”; cavabı: “abi, nə danışırsan, əgər 1 mln.doll. razılaşmayanın mülkiyyətini güclə əlindən alsan, beynəlxalq məhkəmələr ölkə hökumətini 100 mln. doll. cərimə edib + vətəndaşın mülkiyyət hüququnu bərpa edəcəklər”.....))))))))) Davamı var:

Bizim hara getdiyimizi bilən var??? 2018-01-12 11:25:24

İqtisadiyyatın güclənməsi, sürətli inkişafı üçün, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilməlidir – azad rəqabət, inhisarçılığın ləğvi, mülkiyyət hüququna 100%-li təminatı, azad məhkəmələr. Bu institusional amillər təmin olunmalıdır. Əgər kiminsə mülkiyyətini, içərisi dolu, buldozerin ağzına verirlərsə, o, arxasındakı quyruqdan qorxmamalıdırki, bu quyruqdan tutub onu asacaqlar. Çünki qanunun aliliyi var - ölkədə gəzənlərin hamısı quyruqludursa, ya hamının quyruğu kəsilməlidir, ya da hamı quyruqlu gəzməlidir. Dövlətin əsas funksiyası əmin-amanlığın qorunması,içtimai asayiş,, ölkənin müdafiə qüdrətinin artırılması və s. bu kimi içtimai funksiyalar olmalıdır. İqtisadiyyata hər hansı şəkildə, xüsusi ilə qeyri-peşəkar müdaxilə imkanları onu inkişafdan saxlayır.

Qalib 2018-01-12 11:25:24

Men birbaşa prezdent ilham eliyeve simarıc veriremki rüşvetxorlugu özbaşnalıgı yıgışdırsas rusperest adamları hakimyetden götürsez inanın allaha bütün iş adamları vetene gelib sermaya qoymaga hazırdı ve sizede destekdi nece deyeler senden hereket iş adamlarınnanda yeni yeni iş yerleri acmaq

Abit 2018-01-12 11:25:24

Guya serbest idimi?

Son yazılar