Orfoqrafiya lüğətinə təklif olunan dəyişikliklər - SİYAHI

Orfoqrafiya lüğətinə təklif olunan dəyişikliklər məlum olub.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində qeyd olunub ki, saitlə bitən feillərdən sonra gələn köməkçi sözlərin ilk saiti buraxılaraq y bitiş­diri­cisinin əlavəsi ilə yazılışı da məqbul sayılır: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəl­mə­liy­di və s.

Etibarilə, köməyilə, məqsədlə, məqsədilə, münasibətilə, vaxtilə, vasitəsilə sözlərinin yalnız bu şəkildə yazılması təklif olunur.

Layihədə göstərilir ki, vaxtilə apostrofla yazılan cürət, məşəl, vüsət və s. sözlər apostrofa görə cür-ət, məş-əl, vüs-ət kimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin Qu-ran, cü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət, vü-sət və s. sözlərin bu cür sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır.

Bildirilir ki, mənbə dildə w samitli alınma sözlər Azərbaycan dilində v ilə yazılır: veb-sayt, Vilyam, vindos, vörd və s.

Eyni zamanda qeyd olunur ki, tərkibində anti, audio, avia, avto, makro, mikro, mini, mono, multi, nano, neo, post, super, ultra hissəcikləri olan mürəkkəb sözlər bitişik yazılmalıdır: antivirus, multikulturalizm, superdövlət, supermarket, aviasalon, avtopark, miniavtobus, nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, postsovet, postmodernizm və s.

“Mənbə dildə tərkibində u saiti ilə yazılan və [yu] kimi tələffüz olunan aşağıdakı sözlər ədəbi dilimizin fonetik qaydalarına uyğun olaraq ü ilə yazılır: alüminium, bülleten, büro, jüri, karbürator, kompüter, Lüksemburq, paraşüt, süjet, tütor, uvertüra və s.”, - deyə qeyd olunur.

Qeyd edək ki, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

635x100

Şərhlər

rasim 2018-01-12 12:33:41

Cox duzgun duzelislerdir.algislayiriq.AZERBAYDCAN Dile dunyada en gozel ve ince,ozunu mexsus dildir.Onu gorumaq ve inksaf etirmek lazimdir.Ecnebi sozlerden mumkun geder temizlemek.Reklam ve tecumelere xususen televiziya ve saytlarda geden yazilara fikir vermek vacibdir.Idarelerde yeni orfagrafiya lyugetlerinden istifade etmesini teskilI vacibdir.Katibliklerin ve defterxanalarin is keyfiyeti artirilmalidir.

dadaşyev 2018-01-12 12:33:41

"Ala idi","qopara idi" sözlərini "alaydi,qoparaydi" kimi yazmırıq ki.Alaydı,qoparaydı yazırıq,çünki sözün son hecası qalın saitlidir.O halda "etibarı ilə","vaxtı ilə" sözlərini də "etibarıyla","vaxtıyla" yazmalıyıq.Çünki son hecalar qalın saitlidir.

Son yazılar