Bakıda polis bölməsinin rəisi dəyişdirilib

Bakıda polis bölməsinin rəisi dəyişdirilib.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

21-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, 24-cü Polis Bölməsinin rəisi olmuş Hikmət Usubov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Yasamal rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

635x100

Şərhlər

ALI 2018-01-12 12:53:55

Hörmətli ADMIN?Məlimat üçün bildirirəm ki Rabitə nazirliyində kütləvi sokraşeniyaya start verilib.Nazirliyin butun strukturlarinda işcilərdən məcburi ərizələr alinib.Sonra özləri kimi istəsələr saxlayacaqlar.Təkcə nazirliyin və onun nəzdindəki baş idarələrin işçilərindən Bakı və bakiətrafi rayonlardan təxminən 1300-1500 iş yeri ixtisar olunacaq.Bir o qədər də rayonlardan ixtisar olunacagi söylənilir.Araşdirsaniz yaxşi olar.

Son yazılar