“Alqı-satqı” sözünün yazılışı dəyişdi - “Alğı-satqı”

“Alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda “Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” müzakirə olunub.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Sonra yeni “Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözü “ alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Bildirilib ki, yeni lüğətdə süni, qondarma sözlər yer almayacaq.

Orfoqrafiya Komissiyası müzakirələrini bundan sonra da davam etdirəcək.

635x100

Şərhlər

BU BİYABIRÇILIQDIR! 2018-01-12 15:06:58

BUNUN UŞAĞI GGGGGGGGGGGGG

Düzü 2018-01-12 15:06:58

Alış-satış

ABDULQADIR 2018-01-12 15:06:58

BÖYÜK TAPINTIDIR.NOBEL MÜKAFATINA TEQDIM EDILMELI TAPINTIDIR.SATQI SÖZÜNDEKI Q HERFINI DE DEYISHSEK AVRASIYA BIRLIYINE NÖVBEDEN KENAR KONKURSSUZ SÜRÜSHE BILERIK.O KI,QALDI,,ESKER,,e,NECE DÜSHÜNÜRSÜZ,BELKE OLSUN ,,ELESKER,,.

NURəddin 2018-01-12 15:06:58

BİRİNCİ NÖVBƏDƏ BU DƏYİŞİKLİKLƏRİ EDƏNLƏRİN ETNİK KİMLİYİ MÜƏYYƏNLƏŞDİRİLMƏLİDİR. GÖRÜNÜR BU QEYRİ-ŞƏFAF DİLÇiLƏR ÖZ AUL LƏHCƏLƏRİNİN FONEMLƏRİNİ MÜASİR TÜRK DİLİNƏ DAŞIMAQ KİMİ HİYLƏYƏ ƏL ATIBLAR.ƏZİZ OXUCULAR,MƏQALƏDƏ GÖSTƏRİLƏN MİSAL TÜRK DİLİNİN TƏBİƏT VƏ AHƏNGİ İLƏ DABAN-DABANA ZİDDİYYƏT TƏŞKİL EDİR.BU GÜN DİLİMİZƏ BELƏ QEYRİ-MİLLİ MÜDAXİLƏLƏR EDİLSƏ DƏ BU MÜVƏQQƏTİ XARAKTER DAŞIYACAQ.ÇÜNKİ TÜRK DİLLƏRİ İLTİSAQİ DİL OLARAQ ÖZ-ÖZÜNÜ QORUYUR VƏ BÜTÜN ÖGEY ÜNSÜRLƏRİ ÖZ ÜZƏRİNDƏN ATIR.

Son yazılar