ABŞ-ın Azərbaycanla bağlı xəbərdarlığına Rusiya XİN cavab verdi

"Azərbaycan həm idman, həm də mədəniyyət sahəsində bir çox beynəlxalq tədbirləri çox uğurla keçirib".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirərkən deyib.

"Müxtəlif kütləvi tədbirləri, o cümlədən idman tədbirlərini uğurla keçirən ölkələr, nədənsə, Dövlət Departamentində qıcıq yaradır. Bu hesabatları yazan insanlar, görünür, heç vaxt Bakıda olmayıblar. Özüm şəxsən dəfələrlə Bakıda olmuşam və hər dəfə ora məmnuniyyətlə gedirəm. Bakının tarixi mərkəzi - görməli yerləri, muzeyləri, parkları tamamilə təhlükəsizdir və turistlər arasında böyük marağa malikdir. Deyilənlər, sadəcə, cəfəngiyyatdır", - M.Zaxarova bildirib.

635x100

Şərhlər

Serlok 2018-01-12 15:35:16

Azerbaycan Rusiyanin quberniyasina cevrilir. Resmi sekilde. onagore de Amerika narahatdir! Bu bir menali oz tesdiqini tapir. Yasayariq( yasamaqa qoysalar) gorerik! O ki, qaldi deyirler idman olkesiyik, YALANDIR! 25 ildir Corek dalinca, yaxsi heyat terzi qalinca qaciriq hec cata bilmirik. Bize Xalqin heyat terzini yaxsilasdirmaq lazimdi, bos- bos vedler, Lazimlar YOX! Deyesen Toxlarin Aclardan Xeberi Yoxdur!

t.ədalət 2018-01-12 15:35:16

Azərbaycan haqqında Rusiya XİN-nin münasibət bildirməsi qəribə səslənir.Azərbaycanın təhlükəsizliyini pozan elə rusiyadır da.DQ və ətraf rayonlardakı hərbi əməliyyatların və işğalın baş verməsi,məgər,Moskvadan idarə olunmur?Güman ki ABŞ-ın narahatlığına da elə regiondakı hadisələrə rəvac verən işğalçı rusiyadır...

Son yazılar