Sovet kəşfiyyatçısı «Ştirlis»ə abidə qoyulub - Vladivostok şəhərində

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Vladivostok şəhərinin mərkəzində, «Versal» mehmanxanasının yaxınlığında əfsanəvi sovet kəşfiyyatçısı Ştirlisə - o, həm də Maksim Maksimoviç İsayevdir - abidə qoyulub.

Şəhər meriyasından bildiriblər ki, abidə, xeyriyyəçilərin (mesenatların) vəsaiti hesabına ucaldılıb.

Bəzi məlumatlara görə, Yulian Semyonov öz qəhrəmanını («Baharın 17 anı» əsərindəki Ştirlisi) məhz bu oteldə yaradıb.

635x100

Şərhlər

t.ədalət 2018-01-12 15:58:05

Sovetlər birliyi və onun varisi rusiyanın keçmiş respublikaların ərazisində törətdiyi soyqırımlardan sonra tamaşasçılar arasında mifə çevrilmiş "Ştirlis"in də şöhrəti heçə endi.Çünki o,bəlalarımızın səbəbkarı olan bir quruluşun--bolşeviklərin qurduğu zindan rejiminin kəşfiyyatçısı idi.İndi elə qəhrəmanların adı gələndə adam iyrənir..

Son yazılar