Ötən il Türkiyədə FETÖ ilə əlaqədar 5399 hərbçi həbs olunub

Dərc olunub: 12/01/2018 - 17:09

genelkurmayTürkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı 2017-ci ildə zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, keçən il 3239-u PKK, 3777-i İŞİD terrorçusu olmaqla, 7016 terrorçu zərərsizləşdirilib.

Zərərsizləşdirilən PKK terrorçularından 46-sı terror təşkilatının lider kadrıdır.

FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində 9238 hərbçi Türkiyə Silahlı Qüvvələrindən xaric edilib, 5399 hərbçi həbs olunub.

Baş Qərargah Türkiyədə keçən il sərhəd nəzarəti zamanı 439 min insanın saxlanıldığını da açıqlayıb.








loading...


Fikrinizi bildirin