“Hmeymim” bazasını atəşə tutanlar məhv edilib - Rusiya MN

Rusiya xüsusi təyinatlıları dekabrın 31-də Suriyadakı “Hmeymim” bazasını atəşə tutmuş diversantları zərərsizləşdirib.

APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, xüsusi əməliyyatda Rusiyanın Suriyadakı çoxsəviyyəli kəşfiyyat sisteminin bütün qüvvələri iştirak edib. Məlum olub ki, terrorçular İdlib vilayətinin qərb sərhədi yaxınlığında mövqe tutublar. Onlar yüksək dəqiqliyə malik “Krasnopol” döyüş sursatı ilə məhv edilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən dekabrın 31-də Suriyadakı “Hmeymim” aviabazası mobil təxribat qrupunun hücumuna məruz qalıb. Hücum nəticəsində iki hərbçi ölüb. Bəzi hərbi təyyarələrin zərər gördüyü də bildirilir.

635x100

Şərhlər

omer 2018-01-12 19:04:42

Niye gorese meglubiyyeti qebul ede bilmirler ..olurki indiye qeder sen vurmusan,,indi seni vurublar..muharibedida..butinin burda hec bir gunahi yoxdur

Son yazılar