"Azərbaycan istirahət üçün təhlükəsiz ölkədir" - Rusiya DİN

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarının səfər edə biləcəkləri təhlükəsiz ölkələrin siyahısı təsdiq edilib.

Virtualaz.org Rusiya mənbələrinə istinadla xəbər verir ki, sərəncamı daxili işlər naziri Vladimir Kolokoltsev imzalayıb.

Rusiya DİN başçısının təsdiqlədiyi siyahıya bu ölkələrin adları daxil edilib: Azərbaycan, Belarus, Vyetnam, Qazaxıstan, Qırğızıstan, Çin, Kuba, Tacikistan, Türkmənistan və Özbəkistan.

Xarici ölkələrə səfər edə bilmələri üçün Rusiya DİN əməkdaşları müvafiq raport təqdim etməlidirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar