Tramp dediklərini danır! - «Bu dil, o dil deyil...»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp miqrantlar və onların ölkələri barədə səsləndirdiyi təhqiramiz sözləri indi danır və bu zaman «çil toyuğun - balta dişi...» mahiyyətli sözbirləşməsi ifadə edib.

Tramp bildirib ki, narazılıq doğuran həmin fikirləri sadəcə, onun adına yazırlar. «Görüşdə mənim istifadə etdiyim və miqrasiya islahatlarına həsr olunmuş dil sərt oldu. Ancaq o, (Vaşinqtonda siyasi qalmaqal doğuran söyüşlər - red.) mənim istifadə etdiyim dil deyil» -deyə, ABŞ administrasiyasının başçısı bəyan edib.

Bundan əvvəl ABŞ KİV-nin verdiyi xəbərə görə, cümə axşamı Tramp Konqres üzvləri ilə miqrasiya islahatlarına həsr olunmuş görüşdə zəif inkişaf etmiş ölkələri «çirkli yuva»lar adlandırıb.

Ağ Evin mətbuat xidməti bu məsələ ilə bağlı izahat verməli olub. İzahatda mətbuat xidməti Prezident Trampın belə fikir səsləndirdiyini inkar etməyib.

Belədə, məntiqi sual yaranır: Görəsən Tramp hansı dildə danışıb, ABŞ KİV-i hansı dildə yazıb, Ağ Evin mətbuat xidməti deyilənləri hansı dildə «mənimsəyib»?!

635x100

Şərhlər

Vüqar 2018-01-12 22:03:41

Trampın heyatı putinnen aslıdı eger martın 18 de putini yıgıb müxalifeti hakimyete getirse amerkada lider devlet başcısı ditulnu alıb iki il dalbadal secim şansı qazanacaq yoxsa bu il kankres onu istefaya gönderecek odurki tramp neyin bahasına olursa olsun putini aşırmalıdı

Son yazılar