XALƏDDİN İSGƏNDƏROV ALMANİYADAN QAYITDI VƏ... - Dərhal ətrafını başına topladı!

Binqədinin icra başçısı Xaləddin İsgəndərov Almaniyada müalicəsini yarımçıq qoyaraq ölkəyə qayıdıb.

Gecə yarısı təyyarədən düşən başçı iş yerinə gəlib, ətrafındakılara başına toplayaraq rayon ərazisində satılan torpaq sahələri ilə bağlı sənədləri təcili sahmana salmağa tapşırıb. Qanunsuz tikintilərlə mübarizə aparmaq görüntüsü yaratmaq üçün addımlar atılması göstərişini verib.

Yanvarın 12-də səhər rayonun Sulutəpə qəsəbəsində söküntü işlərinə başlanıb. Tikinti aparanlar başçının əraziyə göndərdiyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramova, başçının qardaşı oğlu Valeh İsgəndərova deyiblər ki, işə başlamazdan əvvəl onların nümayəndələrini razı salıblar. Buna baxmayaraq tikintilərin sökülməsinə verilmiş göstərişin icrası bəzi ünvanlarda baş tutub.

Narazı qalan 100-ə yaxın rayon sakini Sulutəpə bələdiyyəsinin qarşısına toplaşaraq icra başçısının qanunsuz göstərişinin qarşısının alınmasını tələb ediblər. Xaləddin İsgəndərov qəsəbədə böyük gərginliyə səbəb olan bu olaya münasibət bildirməyib.

Rayon sakinləri iddia edir ki, Xaləddin İsgəndərovun söküntü işlərini gerçəkləşdirən dəstələrinə ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Atası Həsən Bayramov Binəqədi Seçki Dairəsinin sədridir. Həsən Bayramov Azərbaycan Beynəlxalq Universitetində Elşad Abdullayevin müavini olub. Qüdsi Bayramov əvvəl Binəqədi Gənclər və İdman İdarəsinin müdiri olub. Sonra Xaləddin İsgəndərov onu Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsinə gətirib və tikintilərdən qeyri-rəsmi pul yığımı işlərini də ona tapşırıb. İddiaya görə, Binəqədi rayonu ərazisində aparılan bütün tikintilərdən pullar Qüdsi Bayramovda toplanır. Vətəndaşın tikinti aparmağa sənədi var, yoxdur - bu, Qüdsi Bayramovu maraqlandırmır. Deyir ki, tikinti aparılırsa, rəsmi icazə ilə yanaşı, qeyri-rəsmi icazə də alınmalı, buna görə pul verilməlidir. Verilmirsə, vətəndaşı tikinti aparmağa qoymurlar, işinə mane olurlar.

Tikinti-söküntü ilə əlaqəli maliyyə məsələlərinə Sulutəpə qəsəbəsində Ramin, Fuad, Azər, Biləcəridə Orxan, Novxanıda Rəşad, Binəqədi kəndində Pərviz, Zaur, Arif nəzarət edirlər. Orxan başçının vaxtilə sürücüsü olan Azər Kazımovun oğludur. 26 yaşlı Orxan Kazımov Biləcəri qəsəbəsi icra nümayəndəsinin müavinidir. Bu şəxslərin qeyri-rəsmi icazəsi olmasa, kimsə tikinti apara bilməz. Binəqədi rayonunda vəziyyət belədir və əhali arasında da haqlı narazılıqlara səbəb olur. Başçı rayonda vəziyyəti sanki bilərəkdən gərginləşdirməyə, xalqı ayağa qaldırmağa çalışır. (musavat.com)

635x100

Şərhlər

G.M 2018-01-12 22:39:15

Azərbaycanda işgüzar həyat dayansa da karrupsiya,rüşvət ``oyunları`` davam edir.Yalan ayaq açıb yeryir,həqiqət gözə dəymir,düz-əməlli nə varsa hər şey dəfn olunub.Ümid qalıb 2018 ilin siyasi ``Memarına``.Ya hər şey kökündən dəyişməli,ya da ərköyün məmurların yaratdığı fırtınaya uyğunlaşıb,ümidi Vanqaya,Nasdradamusun praqnozlarına bağlamalıyıq.

NİZAMİ ŞƏMKİRLİ 2018-01-12 22:39:15

MUSAQULUNUN RAUFUNU XALƏDDİNİN NƏYİ BELƏ NARAHAT EDİR ƏCABA?..

sakit 2018-01-12 22:39:15

"Xalddinlər" güclü deyil, xalq zəifdir.Lənət olmuş təlxəklər xalqın içinə girərək, parazit kimi onu zəiflədib.Görünür Xaləddin "paryadıçnıy" adamdır. Qara kassanın haqqını vaxtında ödəyir.

ilqar 2018-01-12 22:39:15

salam dostum sizinle qurur duyuram

Eldar 2018-01-12 22:39:15

onda belə çıxır ki rüşvət yığmaqa yuxarıdan icazə verilir. Xaləddin kimdir ki açıq belə fironluq edə. Dadəcə indsi bizdə vəziyyət belədir dovşana qaç tazıya tutu deyilir. Belə gəlib belə də gedəcək. Yerdəyişmə qanunları heç nəyi keyfiyyəti kəmiyyəti dəyişmir.

İlqarın dostundan Eldaq bəyə. 2018-01-12 22:39:15

``Yuxarılardan`` narazılıq olamaz..Xalq yuxarılardan narazı olsa toparlanıb gedərlər ``yuxarıların`` ofisinin qarşısında narazılıqlarını bildirərlər.Və Yuxarı da məsələyə əncam çəkər.``Narazılıq mitinqinə`` 1500 adam qatılır bu da 10 milyonun 1.5%-dir.Normal ölkələrdə də narazılar elə o qədərdi.Deməli baş verən ``oyunlarda`` günahkar ``aşağılardı``..Yəni təfəkkürü kor,qeybətcil,siyasəti anlamayan Kütlə.

Sabir Rəhimov 2018-01-12 22:39:15

Bu Azərbaycan reallığıdr.Ata rayonun seçki saxtalaşdıran seçki komissiyasının sədri.oğul rəis.Yəqin ki,oğulun belə vəzifəyə təyini atasının saxtalaşdırma əməllərinə mükafat olub. zərbaycanda hətta dövlət idarələrində işlə təmin olunmaq üçün mütləq Eraz qrupundan və ya o qrupa qohum,yaxın olmalısan.Başqa yol görünmür! Görəsən buna kim rəvac verir?

Ostan Biləcərli 2018-01-12 22:39:15

Deyəsən axı, İcra başçısı bu ildən daha ciddi-cəhdlə işləməyə başlayıb?Yoxsa, elə "Sulutəpə sahibi" onu keçmiş Ermənistan yezidi ilə əvəzlətdirə bilər. İç-içə massivlər şişməkdədir. Dövlət-bələdiyyə isə öz koomunal və formal işlərinə gecikir. Prezidentin tapşırığı ilə operativ veriləcək kupçalarımızı Melik Aslanov küçəsindəki yeni evlərə bir neçə ildir nə xeyir-duasını vermiş Bələdiyyə və nə də "TV reklamı"ndakı kimi Asan xidmət gətirib vermir!?

İlqarın dostuna 2018-01-12 22:39:15

Bilirsən ki, millətin dərdi böyükdür.Evi,ailəsi,uşaqları var.İnsan öncə onları düşünür.Bir də görürsən ki,narazılığı yuxaiya bildirmək də bir şey həll emir.Bunu Məhsul stadionunda keçirilmiş mitinqlər sübut etdi.Hökuməti millətin arzusu,vəziyyəti narahat etmir.Əksinə bir neçə ailəni başsız qoymaq,bir neçə gənci həbs etmək yolu seçiblər.Bir də ki, yuxarıya etdiyin müraciətlər geri şikayət etdiyin məqama göndərildiyindən mənası olmur.BU reallıqdır. Əlac dözməyə və allaha qalıb.Ona görə sənin fikrin keçmir.

yeraz 2018-01-12 22:39:15

AZƏRYOLUN SƏDR MUAVUNİ ƏVƏZ QOCAYEV BİNƏQƏDİYƏ İCRA BASCİSİ VƏZİFƏSİNƏ GEDDİR. GOR NƏ DUNYADA YASAYİRİQ. Vaxtilə onu bu rayondan qavalayiblar indi yenidən pulunu verib mudirinin əli ilə vəzifəsinə qayidir.

Son yazılar