ABŞ-ın Panamadakı səfiri Trampa görə vəzifəsini tərk edir

ABŞ-ın Panamadakı səfiri Con Fili ABŞ prezidenti və onun administrasiyasına daha "sədaqətlə xidmət" etməyin mümkün olmadığı üçün vəzifəsini tərk etmək qərarına gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, o, müvafiq məktubu ABŞ Dövlət Departamentinə göndərib.

"Diplomatik xidmətin kiçik əməkdaşı olanda mən prezident və onun administrasiyasına sədaqətlə xidmət edəcəyimə and içmişəm, hətta onun siyasətinin bəzi məqamları ilə razı olmasam belə. Təlimatlar mənə açıq şəkildə bildirir ki, əgər bunu edə bilmirəmsə, o zaman istefaya getmək şərəfinə layiq görülməliyəm. Bu vaxt gəldi", - deyə o məktubunda bildirib.

Dövlət Departamentində isə bildiriblər ki, səfirin qərarı barədə Ağ Ev, Dövlət Departamenti və Panama hökuməti məlumatlandırıb və o, martın 9-dan şəxsi məsələlərə görə vəzifəsini tərk edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar