Dünyada ən güclü xalq-iqtidar birliyi olan ölkələr - "Azərbaycan top-20-dədir"

“Azərbaycan dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərdiyi top-20 ölkənin arasındadır.”

Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik 2017-2018” hesabatının “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriyası ilə bağlı hesabata şərh verən İqtisadi İslahatların Təhlili və Kommunkasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriyada Azərbaycanın dünyada 20-ci yerə yüksəlməsi birbaşa əhali və biznes nümayəndələri arasında aparılan sorğulara əsaslanır. Bu isə onu göstərir ki, obyektiv sorğu nəticəsində Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olduğu təsbit edilib. Belə bir etimad inkişafı isə ictimai-siyasi və iqtisadi sabitliyi təmin edir:

“Prezident İlham Əliyevin dediyi kimi ölkədə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsi və eyni zamanda, iqtidarın apardığı siyasətdir. Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasəti nəticəsində 2015-ci ildən başlayaraq neft qiymətlərinin kəskin düşməsinə baxmayaraq, Azərbaycanda heç bir sosial layihənin dayandırılmayıb, əksinə 2017-ci ildə rekord sayda - 221 min yeni iş yerinin yaradılması əhalinin hökümətə etimadının daha da artmasına səbəb olub”.

Vüsal Qasımlının sözlərinə görə, “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriya üzrə Azərbaycan “Böyük İyirmilik” ölkələrinin hər 4-dən 3-ü geridə qoyub: “Bu kateqoriyada Azərbaycan bütün BRİCS ölkələrini, postsovet respublikalarını və türk dövlətlərini qabaqlayır. Azərbaycan “Qlobal rəqabətlilik hesabatında” daha bir kateqoriya – “Dövlət tənzimlənməsinin yükü” göstəricisinə görə dünyada 15-ci yerdə qərarlaşıb. Deməli, Azərbaycan dünyada dövlətə ən çox etimad göstərilən və dövlətin əhaliyə və biznesə ən az yük olduğu ölkələrin sırasındadır. Dünya İqtisadi Forumun “Qlobal rəqabətlilik” hesabatında “Siyasətçilərə ictimai etimad” kateqoriyası üzrə Azərbaycanın 137 ölkə arasında 20-ci pilləyə yüksəlməsi Prezident İlham Əliyevin siyasətinə əhalinin və biznesin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin layiqli qiymətidir.”

Vüsal Qasımlı bildirir ki, Prezidentin dediyi kimi iqtisadi islahatlar dərin və köklü olmaqla yanaşı, həm də nəticələr verib. Xarici şokların mənfi təsirinə baxmayaraq, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xalq-iqtidar birliyi daha da dərinləşib. “Adətən böhran zamanı digər ölkələrdə ictimai-siyasi kataklizmlər olduğu halda, Azərbaycanda sabitlik nəinki qorunub, həm də möhkəmlənib. Məhz bu sabitliyin nəticəsidir ki, nəinki Azərbaycan xalqı, həm də xarici investorlar iqtidarın siyasətinə etimad göstərirlər. Təkcə 2017-18-ci illərdə Azərbaycan iqtisadiyyatına 30 milyard ABŞ dolları sərmayə yatırılacaq ki, bu da ölkənin ÜDM- nin 80 faizindən çoxdur. Azərbaycanda sabitliyin bir vacib təzahürü də ölkəmizə gələn turistlərin 2017-ci ildə 500 min nəfər artaraq 2,7 milyon nəfərə - rekord həddə çatmasıdır. Bütün bunlar dövlətin siyasətinə ictimai etimadın və xalqın inamının təzahürləridir. Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, verilən tapşırıqların icrası ilə yerində maraqlanması, dövlət xidmətlərinin keyfiyyətinin və əlçatarlılığının daim artırılması, Prezidentin tapşırığı ilə mərkəzi hakimiyyət qurumlarının rəhbərlərinin regionlarda mütəmadi keçirdikləri görüşlər, biznesə yaradılan münbit şərait, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın dövlət institutlarına etimadını yüksəldir.”

635x100

Şərhlər

miri 2018-01-13 12:20:44

hansi xiyar bunu kesf edib?

Seryoja 2018-01-13 12:20:44

Bu sənə elə gəlir.

Həmid 2018-01-13 12:20:44

O necə birlikdirki neft milyardlarını öğurlayıb yeyir, rüşvət, korrupsiya son qoyulmur, bahaçılıq baş alıb gedir, oliqarxlar başqalarına işləməyə imkan verimir,məmurlar o qədər harınlayıblar ki, adi insanlara yuxardan aşağı baxırlar, iş görməyə kredit ancaq hökumətə yaxın adamlara verilir, regiyonculuq yerribazlıqla ölkəni talayır, iş,pul ancaq müəyyən regiondan gələnlər üçün, qanun ancaq kasıblar üçündür? Vətəni, torpağın qanını sooranlar qorumur, şəhid olmur, hərbiyə getmir,ya da adını yazdırır getmirlər.

oxucu 2018-01-13 12:20:44

Vüsal Qasımlı, Azerbaycan xalqina Rusiyanin "Кашпировски ГИПНОЗ СЕАНСЫ" -ni TEQDIM EDIRSEN ? Azpolitika.info saytini hakimiyyet QORXUDUB, SENZURA VAR, senin KIM OLDUIQUNU YAZMAQA IMKAN VERMEZLER...

Mühəndis B. 2018-01-13 12:20:44

Cənab İslahatçı, kəskin Qarabağ mübarizəsi mühakimə ilə bitdiyindən əhali hər yarışdan "küsüb". Süni makrogöstərici üçün gələcəyin sərvətindən dövriyyəyə 1-2 milyard kifayət edir. 20 il davam edən bu siyasət iqtisadiyyata heç dayanıqlıq da gətirmədi. Reytinqdə Azərbaycandan çox geri ölkələr belə bir neçə ilə cəmiyyətin əsas tələbatını ödəyən müstəqil iqtisadiyyata nail olublar. Dövlət xərclərinin fərqi bu gün İrəvanı da Bakıya mal dalınca gəlməyə vadar etməliydi!

S 2018-01-13 12:20:44

Cənab Prezidentimizin tapşırığı əsasında Mərkəzi icra hakimiyyətləri orqanlarının rəhbərləri tərəfindən regionlarda keçirdikləri vətəndaşlarla görüşləri bəzən öz müsbət həllini tapmır,etika xatirinə olsada ərizəyə cavab da vermirlər. Bu onların özlərindən "razı"olmalarından xəbər verir. Nazir tərəfindən vətəndaşın şikayətinə obyektif baxmırsa,hansı inkişafdan danışmaq olar....Mənim ailəm uzun illərdir ki,məmur özbaşnalığından əziyyət kəçir,ancaq naziri maraqlandırmır,çünki o məmur dostunun yalan sözünə inan

Obıvatel 2018-01-13 12:20:44

Bu nəydi? Nə məsələdir,nə olub? Bu kimdir?

hellas 2018-01-13 12:20:44

Siz xalq-iqtidar deyəndə yəqin ki.... İqtidar hara Azərbaycan xalqı hara!!

samir 2018-01-13 12:20:44

eledirse musbet rey verenlerden biri şerhde musbet rey yazardi.ele sorgulari hansi sarsaqlardan alirlar goresen?

$ ə 2018-01-13 12:20:44

Doğrudanmı, Siz bütün siyasi dünyanın önündə "Mayn Rid atı"nı illərlə özbaşına Kimin çapdığını görmürsünüz?

Son yazılar