İran ABŞ sanksiyalarına müvafiq şəkildə cavab verməyə söz verib

İran ABŞ-ın düşmənçilik hərəkətlərinə qarşı tədbirlər görəcəyini və müvafiq şəkildə cavab verəcəyini bəyan edib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü İran XİN-nin saytında yerləşdirilən bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, Laricaninin (İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani nəzərdə tutulur-red) sanksiyalar siyahısına daxil edilməsinə görə ABŞ-nın qanunsuz hərəkətləri beynəlxalq hüququn pozulmasıdır və şübhəsiz ki, İran buna ciddi reaksiya verəcək.

Bundan başqa, bəyanatda vurğulanır ki, mövcud sanksiyalar siyahısına bir neçə iranlının əlavə edilməsi haqqında ABŞ-ın qərarı böyük İran xalqına qarşı davam edən düşmənçiliyin sübutudur.

Xatırladaq ki, bundan əvvəl ABŞ İranın Məhkəmə Sisteminin rəhbəri ayətullah Sadiq Amoli Laricanini sanksiyalar siyahısına daxil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar