5,5 kiloqramdan artıq narkotik aşkarlandı - DİN əməliyyat keçirdi

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də ümumilikdə 5,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Samux rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarayeri qəsəbə sakinləri Rəşad Abdullayev və Mircəfər Muradov 1 kiloqram 220 qram marixuananı satarkən saxlanılıblar. Əməliyyat tədbirlərinin davamı olaraq M.Muradovun yaşadığı evə də baxış keçirilib və oradan daha 2 kiloqram 820 qram marixuana da aşkar edilərək götürülüb.

Ağdaş şəhər sakini Seymur Şirəliyev 2,24 qram marixuananı satarkən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən əlavə 1,45 qram, yaşadığı evə baxış zamanı isə 475 qram maxuana aşkar edilərək götürülüb.

Həyata keçirilən əməliyyat tədbirləri ilə Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elçin Mansumovdan 410 qram marixuana, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Malik Abbasəliyevdən 46,818 qram tiryək və 450 qram marixuana götürüblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar