“ABŞ-ın düşmənçilik hərəkətlərinə qarşı tədbirlər görüləcək” – İran XİN

Dərc olunub: 13/01/2018 - 15:15

A picture taken on August 20, 2010 showsİran Xarici İşlər Nazirliyi ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) dayandırılması haqqında sanksiyaların vaxtının uzadılması və bəzi yeni sanksiyaların tətbiqi qərarı ilə bağlı bəyanat qəbul edib.

APA-nın Tehran bürosunun məlumatına görə,bəyanatda bildirilir ki, ABŞ prezidenti İran xalqına qarşı səmərəsiz və təkrar hədələrinin təsiri olmadığını görərək acizlik göstərib.

Qeyd olunub ki, Tramp düşmənçilik edərək qanunsuz bəhanələrlə İran vətəndaşları və bəzi əcnəbilərə qarşı sanksiyalar tətbiq edib. Bildirilir ki, ABŞ bu addımı uğursuzluğunu müəyyən mənada kompensasiya etmək məqsədi ilə atıb.

Bəyanatda deyilir ki, İran İslam Respublikası HBFP-nin digər üzvləri və dünya ictimaiyyəti ilə birgə dəfələrlə vurğulayıb ki, HBFP etibarlı beynəlxalq sənəddir və heç bir halda yenidən müzakirə predmeti olmayacaq. “İran İslam Respublikası təkid edir ki, HBFP-nin öhdəliklərindən kənar heç bir addım atmayacaq. Nə indi və nə də gələcəkdə bu müqavilədə heç bir dəyişikliyi qəbul etməyəcək. Eyni zamanda bu müqavilə ilə digər məsələləri əlaqələndirməyə icazə verməyəcək. ABŞ HBFP-nin digər üzv ölkələri kimi bu müqaviləyə dair öhdəlikləri yerinə yetirməyə borcludur. Əgər boş bəhanələrlə öhdəliklərindən boyun qaçırarsa, onun nəticələrinə dair məsuliyyət daşımalıdır”.

İran ABŞ-ın düşmənçilik hərəkətlərinə qarşı tədbirlər görəcəyini və müvafiq şəkildə cavab verəcəyini bəyan edib.

Bəyanatda deyilir ki, Laricaninin (İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani nəzərdə tutulur-red.) sanksiyalar siyahısına daxil edilməsinə görə ABŞ-ın qanunsuz hərəkətləri beynəlxalq hüququn pozulmasıdır və İran buna ciddi reaksiya verəcək.


loading...




Fikrinizi bildirin