SOCAR-ın Türkiyəyə sərmayələri bu il 20 mlrd. dollara çatacaq

Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 mlrd. ABŞ dollarına çatacaq. “Report” xəbər verir ki, bunu Türkiyənin “Daily Sabah” nəşrinə müsahibə verən Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim deyib.

X.İbrahimin sözlərinə görə, SOCAR-ın layihələrində işləyən Türkiyə vətəndaşlarının da sayı kifayət qədər çoxdur: “Hazırda 40 minə yaxın yerli işçi SOCAR-ın layihələrində çalışır. Bu, Türkiyə üçün böyük rəqəmdir”.

635x100

Şərhlər

Bashirov Qarib 2018-01-13 15:25:00

Her yere investisiya qoymaq, her yerde ish yeri achmaq olar, Fransa futboluna milyonlar xerclemek, ermeni kilselerine mufte qaz vermek, gurcustan demir yollarini temir etmek ve s, ve i.a. olar. Borclarini da budcemiz baglasin, yarim milyardliq ofis tikintisine qeder, israfchiliq etsin- butun bunlar olar, amma , xalqa da qaz pulunu artiqlamasi ile ,elave borclar yuklemeklealsin ve hech bir ish yeridi, rifah uchun investiya olmaz. Biz dozumlu xalqiq.

Mühəndis 2018-01-13 15:25:00

Soruşan varmı ki,niyə SOKAR Azərbaycanda olan işsizliyin aradan qaldırılmasına yardım üçün ölkəmizdə investisiya qoymur?Olmazmı ki, neft avadanlığı istehsalı ilə məşğul olan iri bir maşınqayırma zavodu və ya başqa bir iri fabrika,zavod tikərək 30-40 min insan işləyə bilən istehsalat sahəsi yaratsın. Bu Azərbaycan xalqına xaricdə yaradılan sahələrdən daha vacib deyilmi? Bəs nə məqsədlə xalqın vəsaiti xaricdə istifadə olunur?İqtisad Nazirliyi bu işə necə baxır? SOKAR bu sərmayəni Azərbaycanda qazanmayıb?

Son yazılar