«Ukraynaya qarşı kiberhücumun arxasında Rusiya dayanır» - MKİ

MKI«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bu nəticəyə gəlib ki, Ukraynaya qarşı həyata keçirilmiş kiberhücumun arxasında Rusiyanın hərbçi hakerləri dayanır. Bu barədə «Vaşinqton post» qəzeti yazıb.

Söhbət 2017-ci ildə Ukraynaya qarşı həyata keçirilmiş kiberhücumdan gedir. O zaman «Nepetya» virusu Ukraynanın enerji şirkətlərinin, aeroportlarının bank məlumatlarını məhv edərək, yüksək çinli dövlət qulluqçularına da toxunmuşdu.

MKİ-nin məlumatına görə, böyük ehtimalla, virus Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) hərbi kəşfiyyatı tərəfindən yaradılıb. MKİ bu məlumatı şərh etmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar