"DEPUTATIN ƏMƏLİYYATI ÇƏTİN KEÇİB..." - Yaxınlarından açıqlama (Yeniləndi)

70 saylı Masallı şəhər seçki dairəsinin deputat Nəriman Əliyevin müalicəsi Respublika Müalicəvi Diaqnostika Mərkəzində davam etdirilir.

Yaxınlarının “Report”a verdiyi məlumata görə, deputatın əməliyyatı çətin keçib: “Buna səbəb xəstəliyinin gec aşkar olunması və müalicəsinə vaxtında başlamaması olub. Bu səbəbdən Nəriman Əliyev bu həftə ərzində xəstəxanada qalmalı olacaq”.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən isə “Report”a bildirilib ki, deputat Nəriman Əliyevin səhhətinin hazırki durumunun açıqlanması ilə bağlı həkimin qərarını gözləmək lazımdır.

***

Milli Məclisin deputatı Nəriman Əliyev komaya düşüb. Modern.az saytına verilən məlumata görə, Nəriman Əliyev artıq 3 gündür Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində koma vəziyyətindəddir.

Məlumata görə, N.Əlyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb.

N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.

Deputat həmkarı Cavanşir Paşazadə bildirib ki, Nəriman Əliyevin vəziyyəti yaxşılığa doğru dəyişib: “Bu hal hər adamda baş verə bilər. Təsadüfi xəstəlikdir. Artıq səhhəti yaxşılığa doğru dəyişib, problem arxada qalıb. Ürək damarlarından biri dəyişilib. Ürəyində ciddi problem yarananda həkimi yanında olub. Tez bir zamanda xəstəxanaya çatdırıblar. Həkimi ilə əlaqə saxlamışam. Həkimi vəziyyətinin yaxşı olduğunu dedi. Artıq qorxulu nəsə yoxdur. Ona Allahdan tezliklə şəfa diləyirəm”.

"AzPolitika"ya daxil olan məlumata görə, Nəriman Əliyevin  ürəyində problemin olduğu təsadüfən aşkarlanıb.

Belə ki, o, həyat yoldaşını müayinədən keçirmək üçün Respublika Diaqnostika Mərkəzinə gətirib. Gəlmişkən, özü də müayinədən keçib. Bu zaman məlum olub ki, ürək damarlarında tıxanıqlıq var, anju olunmalıdır.

[caption id="attachment_385848" align="alignleft" width="300"]

Abbasəli Abbasəliyev[/caption]

Lakin tanınmış kardioloq Abbasəli Abbasəliyev deputatı anju edərkən o, komaya düşüb. Təcili olaraq tanınmış kardioloq, deputat Rəşad Mahmudov əməliyyata cəlb olunub və o, açıq ürək əməliyyatı ilə deputatı həmin an ölümdən qurtarıb.

Deputatın hələ də komada olduğu bildirilir.

635x100

Şərhlər

Fuad 2022-06-27 22:59:13

Abaselinin ilk elediyi xeste deyil

ABBASALI CO X SAVADSIZ HEKIMD 2021-12-06 20:15:10

I

Milli 2021-03-06 10:49:16

Abbaseli doktor menim anami ilkin olaraq 4 il evvel bashqa hekimde muayine ve mualice olundugunu ve bashqa hekimin xestesini mualice etmediyini bildirerek muayineden imtina edib.Hetta hekimin vezife borcu oldugu halda, menim xeste secimim var deye oz huququnu beyan edib.

Bashirov Qarib 2018-01-15 11:14:54

Gerek Irana gedeydi.Orada , xestenin adamina demirler ki, gelmishken gel seni de mualice deim.Ve firlayib elave pul qazanmirlar.

Sabuhi 2018-01-15 11:14:54

Bu həkimlər və xüsusi olaraq Rəşad Mahmudov ürək əməliyyatınA Azərbaycanda MONOPOLİYA YARADIB. BÜTÜN CƏRRAHLARI QORXU ALTINDA SAXLAYIR VƏ LAZIM OLDU OLMADI HAMIYA ÜRƏK CƏRRAHİYYƏ ƏMƏLİYYATLARI TƏKLİF EDİR..... POSİENTİ ANJU EDİRLƏR BAŞQA ADAMIN DİSKİNİ XƏSTYƏ GÖSTƏRƏRƏK QORXUDUB ƏMƏLİYYAT EDİRLƏR. VƏ HƏMİN ŞƏXS TÜRKİYƏDƏ YOXLANAN ZAMAN (BƏZİLƏRİNƏ 4 STEND QOYULMASI VƏ.S) 1 STEND QOYULDUĞU MƏLUM OLUB. İNSANLARI ALDATMAYIN HƏKİMLƏR ALLAH SİZİN ƏMƏLLƏRİNİZƏ GÖRƏ BALALARINIZIN QABAĞINA ÇIXARTSIN. AMİN. İNSANLARA NƏ ETMİSİNİZSƏ BALALARINIZ QABAĞINA O DA ÇIXSIN

Oqtay 2018-01-15 11:14:54

ALLAHDAN ŞƏFA DİLƏYİRƏM.ALLAH KÖMƏYİ OLSUN Bu cox yaxşı olub ki həkimi yanında olub pulu da cibində bəs biz yazıqların başına bu iş gəlsə bu 5-7 min pulu haradan tapacayıq bu pulsuz səhiyyəyə vermək üçün.Ömür boyu işləyib 45il vergi vermişəm ki səhiyyə pulsuz olsun HANI? İndi yəqin Allah şəfa versin bu tanımadığımız deputat yəqin bilər belə xəstəlik nə deməkdir və insafı varsa TİBBİ SIĞORTA barədə fikirləşər.Sığortanı ona görə qəbul etmirlər ki özləri xaricdə müalıcə olurlar İndi gördünüz necə ola bilər

aysberq 2018-01-15 11:14:54

Görün deputatı komaya salan həkimlərimiz bədbəxt millətin başına nə oyun açırlar!! Budur bizim durmadan inkişafımız!! Ona görə də yaşasın Rüstəm bəy (yəni dayday nazir)!

Redaktor 2018-01-15 11:14:54

Olkədə urək əmliyatinin statistikasina nəzər yetirilsə, muraciət edənılərin əksəriyyəti cərrahiyə əməliyatina məruz qalir. Ya stent qoyulur ya da aciq əməliyyat.Səbəbi aydindir. hər əməliyyat ucun 2000 manatdan 15 min manata kimi. Həkimlər belə xəsdələrə obyekt kimi baxirlar. Yasamal rayon sakini Aslan adinda 45 yasli bir insani 2 ay əvvəl acir urək əməliyati ediblər və bir aydan sonra vəfaat etdi. Və məlum oldu ki ağ ciyərində xərcəng xəsdəliyi var imis və bundan olub.Bəs onda urək əməliyati niyə edilib?..

Həkim 2018-01-15 11:14:54

Kim kimdən və niyə şikyət edir? Səhiyyəsi bərbad günə salınan,hər tibbi xidməti alver alətinə çevirən nazirlikdən,ölkədən başqa nə gözləmək olar?Hələ dərman biznesi bir yana.Şirəliyev kimi naziriolan səhiyyə necə olmalıdır ki?Tibb universiteti ticarət mərkəzindən fərqlənmir.Həkimlər bisavad,xidmət yarıtmaz,dövlət xəstəəxanalarında dərman,müalicə üçün lazımi materiallar xəstələrə müxtəlif yoıllarla satılır.Bu da Azərbaycan səhiyyəsinin inkişafı!Sanki idarəçilik ölüb.

G.M 2018-01-15 11:14:54

Ona görə də imkanı olan ``Deputat və ih başçıları`` övladlarının sünnətini də Avropada elətdirirlər.Ən azından bilirlər ki,həkim kəsiləsi yeri səhv salmayacaq.

Samir-ə 2018-01-15 11:14:54

Ağıllı və təcrübəli həkim xəstəni hərtərəfli müayinə etdikdən sonra müalicənin nə zaman,hansı qayda və ardıcıllıqla aparılacağını bəyan edur.Təhlükəli hallarda xəstədən və ya qohumlarından iltizam alır və sonra müalicəyə başlayır. Bizdə isə pul xatirinə tələskənliyə yol verilir, ciddi analiz etmədən əməliyyatlar aparılır ki,bunun da belə nəticələri olması gözləniləndır.AZərbaycanda səhiyyənin durumu acınacaqlı olması səbəbilə imkanə olanlar başqa ölkələri tərciə edir.Hətta səhiyyə naziri Almaniyaya gedir.

Samir 2018-01-15 11:14:54

Abbasəli Abbasəliyev bacarıqlı həkimdir. Şəxsən mənim ürəyimdə infaktdan sonra stent qoyaraq yenidən həyata qaytarıb. Allah deputatımızın da köməyi olsun. Səbəblər dəqiqləşməmiş kimimisə təhqir etmək lazım deyil

Tariel 2018-01-15 11:14:54

Maraqlıdır,səhiyyənin bərbad vəziyyətini bilə-bilə bu deputat hansı ağılla Azərbaycanda müalicə olunmaq fikrinə düşüb? Axı onun sadə adamlardan fərqli olaraq istədiyi xarici ölkədə müalicə olunmaq imkanları var.Hətta bellərini dövlət hesabına da xaricə göndırirlər.Yazıq adi vətəndaşlara ki,maddi imkansızlıqdan hətta dövlət xəstəxanalarındakı pullu xidmətlərdən yararlana bilmirlər.Buna nə olmuşdu ki.özünü bisavad və acgöz həkimlərin ixtiyarına verib.Bu simiclikdən ola bilər.Öz cəzasıdır,çəksin.

Professor 2018-01-15 11:14:54

Abbasali ve onu kimi serishtesiz "hekimlerin" lisenziyasi elinden alinmali ve en azindan cinayet ishi acilmalidir ki, o birilerine de ders olsun!!!

Son yazılar