Səudiyyənin XİN başçısı ABŞ-a səfərə hazırlaşır - Anti-islam koalisiyası yaranır?

«AzPolitika.info»-nun xarici KİV-ə istinadlaa verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının (SƏ) xarici işlər naziri Əbdül əl-Cübeyr Vaşinqtona səfərə hazırlaşır. Səfər zamanı o, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillersonla görüşəcək.

Tillerson bəyan edib ki, müzakirələrin başlıca mövzuları Yaxın Şərq problemləri, xüsusilə də Yəməndəki və Suriyadakı mövcud vəziyyət olacaq.

«Aydındır ki, qarşıda çoxlu sayda mühüm məsələlərin birgə müzakirəsi dayanır - Suriyadakı vəziyyət və Yəməndəki münaqişə, bütün bölgənin sabitləşdirilməsi və daha geniş planda - terrorrçuluqla mübarizə. Bu istiqamətdə bizim əla həmkarlıq əlaqələrimiz var» - deyə, Tillerson bildirib.

Bu ərəfədə, dünyanın aparıcı KİV-ləri xəbər vermişdilər ki, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı İrana və Türkiyəyə qarşı koalisiya yaratmaq üzərində iş aparırlar. Ekspertlər isə qeyd edirlər ki, artıq Yaxın Şərqdə vəziyyət dəyişib və çağdaş duruma adekvat olaraq, İsrail ərəb ölkələri arasında özünə müttəfiqlər axtarmaqdadır. Bu məqsədə nail olmaq istiqamətində İsrail hətta ərəb liderlərini şirnikdirmək üçün Qəzza sektorundan imtina etməyə, Fələstinin isə Misir, Səudiyyə Ərəbistanı və İordaniya arasında bölüdürülməsinə hazır olduğunu bildirib.

Beləliklə, göründüyü kimi, ərəb dünyası ikinci «Kemp-Devid» xəyanətinin astanasındadır...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar