Türkiyə ordusu Suriyada PYD/YPG mövqelərinə artilleriya zərbələri endirib

Bu gün Türkiyə ordusu Suriyada PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin nəzarətində olan Afrin vilayətində terror təşkilatının mövqelərinə artilleriya zərbələri endirib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsində yerləşən Oğulpınar sərhəd-keçid məntəqəsi yaxınlığından fasilələrlə Afrindəki PYD-YPG mövqelərinə artilleriya zərbələri endirilib.

Günortadan sonra başlayan top atışları Reyhanlı qəsəbəsində də eşidilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar