Fərdi yaşayış evinin çardağı çöküb - Xəsarət alan var

Bu gün Şirvan rayonunda birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bir nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri xəsarət almış vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar