Türkiyə Suriya sərhədinə ağır texnika yerləşdirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra Türkiyə-Suriya sərhədində gərgin anlar yaşanıb.

Modern.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Suriyadakı qoşunlarını gücləndirmək üçün göndərdiyi tanklar Hataya çatıb.

R.T.Ərdoğan sonuncu konqresdəki çıxışında deyib ki, Afrində terroristlər təslim olmazsa və Münbiçdə bizə verilən sözlər yerinə yetirilməzsə, oranı başlarına yıxacağıq. Bir həftəyə qalmaz, bizim nə edəcəyimizə şahid olacaqlar.

Qeyd edək ki, Suriya sərhədlərinə 5 tank yerləşdirilib.

Yayılan məlumatlara görə, Türkiyə Silahlı Qüvvələr müəyyən aralıqlarla Afrində atəş açıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar