Tbilisi aeroportunun fəaliyyəti bərpa olunub

Dərc olunub: 13/01/2018 - 23:54

8Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanının fəaliyyəti bərpa olunub.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aeroportda uçuşlar plan üzrə qəbul olunub, yola salınır.
“Buta Airways” şirkətinin Bakı-Tbilisi reysini yerinə yetirən təyyarəsi cədvəl üzrə saat 23:10-da Tbilisi hava limanına enib.
Qeyd edək ki, qatı duman səbəbindən axşam saatlarında Tbilisi aeroportunda reyslərin yerinə yetirilməsi ilə bağlı ləngimələr yaranmış, bir neçə aviareys isə ləğv olunmuşdur.


loading...




Fikrinizi bildirin