Alma-Atada dəmiryolu vağzalı təxliyə edilib

Dərc olunub: 13/01/2018 - 23:57

94076a18788f81fdfb7e8ec8372dc84Qazaxıstanın Alma-Ata şəhərində Alma-Ata-1 dəmiryolu vağzalında şübhəli qutu aşkar edilib.Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə terrorizmə qarşı mübarizə üzrə şəhər operativ qərargahının rəsmi nümayəndəsi Santanat Azirbek bildirib.

S.Azirbek bildirib: “Saat 18:34-də dəmiryolu vağzalının gözləmə zalında şübhəli qutu tapılıb. Dərhal şəhərin bütün fövqəladə xidmətlərinə məlumat verilib. İlk növbədə, vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində ilkin reaksiya tədbirlər görülüb”.

Onun sözlərinə görə, vağzalın ərazisindən 10 min insan təxliyə edilib.

“Saat 19:26-da şübhəli qutunun içində təhlükəli və qadağan edilmiş heç bir şey aşkar edilməyib”, – rəsmi nümayəndə bildirib.


loading...




Fikrinizi bildirin