Bakının Xocasən dairəsində maşın aşdı - Ölən var

Qezada-sinmish-padpres-180912Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az bildirir ki, ötən gecə 1992-ci il təvəllüdlü Əhmədov Məhəmməd Rəşid oğlunun idarə etdiyi “VAZ 21 014” markalı avtomobil Binəqədi rayonu ərazisində - Xocasən dairəsində aşıb. Məhdudiyyətli görmə şəraitində düzgün manevr edə bilməyən sürücü avtomobili dairənin kənarına çırpıb və nəqliyyat vasitəsi aşıb. O, yüngül xəsarətlərlə xilas ola bilsə də, avtomobildəki qadın sərnişin aldığı ağır xəsarətlərdən vəfat edib.

Hazırda ölən qadının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar