“MEHRİBAN ƏLİYEVA 5-ci PREZİDENT OLA BİLƏR...” – “80 yaşlı anam soruşur ki, kimə güllə atmısan?”

“Ulu Öndərimizin heykəlinin arxasında gizlənib, ölkənin resurslarını düşməncəsinə talayan məmurlar var…”

“AzPolitika.info” sabiq millət vəkili, “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlu ilə müsahibəni təqdim edir.

- Alqış bəy, öncə mətbuatla bağlı bir sual vermək istərdim. Onlayn, yoxsa çap media? Hansına daha çox üstünlük verirsiniz?

- Mən hər ikisini izləyirəm. Fərq nədədir? Onlayn media daha çox və daha tez məlumatlandırır, çap mediası isə daha çox düşündürür. Belə ki, əgər xəbərlərə operativ çıxış əldə etmək lazımdırsa, onlayn medianı, düşünüb-daşınmaq, təhlil aparmaq, dəqiq qənaətə gəlmək istəyirsənsə, çap medianı oxumalısan. Mən hesab edirəm ki, çap media ilə ünsiyyət tamam fərqli və daha energetik bir aura yaradır.

Ola bilər ki, bu, mühafizakar yanaşmadır. Hər halda mən belə hiss edirəm…

- Fakt budur ki, çap medianın oxucuları kəskin azalıb…

- Mən sizinlə razıyam, elədir. Amma çap media makulaturaya dönürsə belə, öz təsir gücünü itirmir. Sizə bir nümunə deyim. Bir dəfə təndir çörəyi aldığım orta yaşlı qadın, məni tanıdığnı deyib ictimai siyasi həyatımızla bağlı bəzi məsələlərə münasibətimi öyrənmək istədi. Mən də onun suallarını öz bildiyim kimi izah etməyə çalışdım. Və bizim aramızda əməlli-başlı polemika yarandı.

Gördüm ki, xanım çox məlumatlıdır. O, mənim təəcübümə cavab olaraq dedi ki, bu qəzetləri mən təkcə çörək bükmək üçün istifadə etmirəm, vaxt tapan kimi həm də oxuyuram. Təsəvvür edin, o, təkbaşına xamır yoğurur, təndiri yandırir, çörək bişirir və satır. Həm də vaxt tapıb qəzetləri vərəqləyir.

Deyim ki, bu mənim rastlaşdığım yeganə hal deyil. Bu gün demək olar ki, bazarlarda piştaxta arxasında oturanların əksəriyyəti potensial qəzet oxucularıdır. Bu, təkcə mütaliəyə aludəliyin göstəricisi ola bilməz. Yəqin ki, bir çox başqa səbəblər də var.

Ən pisi odur ki, oxumalı, öyrənməli olan təbəqə sanki mütaliədən birdəfəlik imtina edib. İndi cəmiyyətimizin əksər üzvləri yalnız ondan-bundan eşitdiyini danışır, yazır və yayır. Nəticədə kabinet jurnalistikasının və kabinet fəallarının sırası sürətlə genişlənir. Bu yaxşı perspektiv vəd etməyən bir mənzərədir…

- Alqış bəy, hakim komandada dəyişikliklərin olacağı ilə bağlı xeyli vaxtdır müzakirələr gedir. Yeni ildə bu istiqamətdə hansı addımların atılacağını gözləyirsiniz? Sizcə, böhrandan çıxmaq üçün nələri etmək lazımdır?

- Həmişə dediyim bir fikri təkrarlamaq istərdim: Azərbaycanda klassik böhranın heç bir təzahürü yoxdur. Hər şey idarə olunur, proseslər nəzarət altındadır.

Düzdür, qüsurlar, çatışmazlıqlar, həllini gözləyən məsələlər var. Onların öhdəsindən gəlmək isə mümkündür.

- Hər halda cəmiyyətin gözləntiləri böyükdür…

- Gözləntilər ola bilər. Bu təbiidir. Baxmayaraq ki, gözləntilər bəzən möcüzələrə hesablanır. Reallıq isə başqadır.

Nəzərə alaq ki, respublikamızın kadr potensialı arzulanan, təsəvvür edilən kimi rəngarəng və hüdudsuz deyil. Hamını ucdantutma kənarlaşdırıb, onları yeniləri ilə əvəzləmək, hər şeyi yerli-dibli uçurub dərhal yenisini qurmaq imkanı yoxdur.

Digər tərəfdən, komandaya qarşı da ədalətli olmaq vacibdir. Fakt budur ki, hazırki iqtisadi-siyasi uğurlar mövcud komanda ilə birlikdə əldə olunub. Şübhəsiz ki, təmizlənmə, yenilənmə getməlidir və gedir. Amma Marksın məşhur ifadəsi ilə desək, uşağı çimizdirəndən sonra “onu çirkli su ilə birlikdə atmaq” olmaz. Təəssüf ki, hərdən elə belə də olur: Uşağı vanna ilə, cirkli su ilə birlikdə atırlar...

Və onu da unutmayaq ki, Cənab prezidentin, dövlətin əlində sehrli çubuq yoxdur. Elə problemlər var ki, onların həlli prezidentə, onun komandasına yox, ümumi inkişafa bağlıdır.

Əlbəttə, elə qüsurlar, çatışmazlıqlar, problemlər də mövcuddur ki, onların aradan qaldırılması, həlli məhz komanda daxilindəki ümumi ab-havadan, məmurların mənəvi-əxlaqı keyfiyyətlərindən birbaşa asıldır.

- Məsələn…

- Bu gün Azərbaycan cəmiyyəti və dövlət idarəçiliyi ən çox nədən əziyyət çəkir? Mən belə deyərdim: şəxsi hisslərin dövlət idarəçiliyinə daşınmasından!

Söhbət nədən gedir? Çox təəssüf ki, bəzi, özü də adi deyil, yüksək çinli məmurlar vəzifə səlahiyyətlərindən Prezidentin və dövlətin tapşırıqlarını yerinə yetirmək üçün yox, ayrı-ayrı adamlarla öz şəxsi münasibətlərini ayırd etmək məqsədilə yararlanırlar. Daha doğrusu, öz statuslarından, imtiyazlarından sui-istifadə edirlər. Bu da ki, erməni təzavüzündən, korrupsiyadan, rüşvətdən daha böyük bir bəladır.

İdarəçilikdə “mənim səndən xoşum gəlmir” düşüncəsinə yer olmamalıdır! İnsanlar arasında rəqabət, mübarizə ola bilər. Ancaq rəqabət heç bir halda düşmənçiliyə, qisasçılığa əsas verməməlidir. Biz kiçik ölkəyik, az qala hamı bir-biri ilə qohum-əqrabadır. İlin-günün bu vaxtında başından var-dövlət aşan, büdcəsi milyardlarla ölçülən bir ölkədə insanı çörəklə imtahana çəkmək, hər hansı bir işlə məşğul olub, adi maaş almasını yasaqlamaq heç kimə şərəf və başucalığı gətirməz!

Belə tendensiyanı şəxsi həyatımda yaşamış biri kimi bir hadisəni xatırlamaq istərdim. Bir neçə il əvvəl qardaşım rəhmətə getmişdi. Bəzi dost-tanış mənə xəlvətdə başsağlığı verib deyirdi ki, bağışla, yas yerinə gələ bilmirik, xəbər gedib filankəsə çata bilər… Bunu necə izah etmək olar?

Səksən yaşlı anam mənə sual verir ki, oğul, sən kimə neynəmisən, kimin balasına güllə atmisan ki? Övladlarım məndən soruşurlar ki, ata sən kimə, nəyə, hansı ideallara xidmət etmisən ki, səninlə belə davranırlar… Bütün bunlar çox ciddi və ağrılı suallardır. Və bu sualları mən yaratmamışam…

- Alqış bəy, “filankəs” deyəndə kimi nəzərdə tutursunuz?

- Artıq heç bir fərq etməz. Cünki problem ondadır ki, bu bəla “filankəs”likdən çıxıb, bir dəst-xəttə, üsluba çevrilib, idarəçilikdə kök salıb, özünə əməlli-başlı yer edə bilib. Belə demək mümkünsə, bir filankəsin “xidməti” hesabına dövlətçilik, idarəçilik əxlaqı ciddi aşınmaya, təhrifə məruz qalıb. Nəticədə “filankəslər” əmələ gəlib.

İdarəçiliyin bir qızıl norması var: Əgər bir məmur öz işi ilə məşğul deyilsə, onda heç bir məmur öz işi ilə məşğul ola bilmir. Təssüf ki, bu gün öz işi ilə məşğul olmayan məmurlar - “filankəs”lər kifayət qədərdir.

Həm də söhbət təkcə məndən getmir axı. Belə haqsız, dözülməz münasibətə məruz qalan, incidilən o qədər adam var ki…

Bu yaxınlarda bir gənc alim az qala ağlayaraq qorxa-qorxa mənə danışırdı ki, institutumuzun elmi nəşrində məqaləmi çap eləmirlər ki, sən gərək mütləq filankəs məmur–alimin əsərlərindən sitat gətirəsən…

- Yaxşı, bəs “filankəslərdən” xilas olmaq üçün nə etmək olar?

- İndiyə kimi Cənab Prezidentin məmurların davranışıyala bağlı verdiyi tapşırıq və tövsiyyələrdən mükəmməl bir əxalq kodeksi, müntəxabat formalaşdırmaq mümkündür. Problem isə qalır. Yəqin ki, biz bilmədiyimiz hansısa boşluqlar var. İctimai nəzarətin yetərli olmaması, dişsizliyi də belələri üçün əlverişli mühit yarada bilir. Birdə ki, insanı tanımaq olmur.

Bir dəfə İslam peyğəmbərinə silahdaşlarından biri şikayət edir ki, namaz qılıb, amma daxillərində iman gətirməyən insanlar var. Peyğəmbərimiz deyir ki, biz xalqın ürəyinə daxil olmaq üçün təyin edilməmişik…

Elə öz yaxın tariximizi götürək. Vaxtilə Heydər Əliyevin şəklini başının üstündən asıb, ona xəyanət edən məmurlar vardı.

Bu gün də Ulu Öndərimizin heykəlinin arxasında və kölgəsində gizlənib, ölkənin iqtisadi resurslarını düşməncəsinə talayan, mənəvi dəyərlərimizi tapdayan, onun qoyduğu demokratik dövlətçilik irsinə ,Cənab Prezidentə xəyanət edən məmurlar var. Və belələri gələcəkdə də olacaq. Heç nəyə və heç kimə tam, 100 faiz zəmanət vermək mümkün deyil…

- Bu il həm də seçki ilidir. Hakim komandanın prezidentliyə namizədinin kim olacağı barədə bəzi müzakirələr gedir. Hətta namizədin yenilənəcəyi barədə fikirlər səslənir. Siz necə düşünürsünüz?

- Hər şeydən öncə mən iki həlledici məqamı xüsusi vurğulayardım. Birinci, xatırlayaq ki, müasir Azərbaycan dövlətçiliyinin və hakim partiyanın istinadgah mənbəyi Heydər Əliyevdir. İkinci, son rəy sorğulqrı göstərir ki, Azərbaycan prezidentinə əhalinin etimadı çox yüksəkdir. Onun 90 faizə yaxın reytinqi var.

Mən hesab edirəm ki, belə şərtlər daxilində iqtidar namizədinin kimliyindən asılı olmayaraq, 2018-cil prezident seçkilərində İlham Əliyev qalib gələcək...

- Yəni belə hesab edirsiniz ki, iqtidarın namizədi dəyişə bilər? Birinci vitse-prezidentin namizəd olmaq ehtimalı nə dərəcədə yüksəkdir?

- Gəlin tələsməyək. Mən namizədlik haqqında heç nə deyə bilmərəm. Çünki bu bir prosedur, nizam-intizam məsələsidir. Hər şey Cənab Prezidentin və hakim partiyanın qərarına bağlıdır.

Amma söhbət Birinci vitse-prezidentin personasından gedirsə…

Mehriban Əliyeva unikal şəxsiyyətdir. Cəmiyyətdə ona qarşı böyük rəğbət və maraq var. Onun həyata keçirdiyi proyektlər, gördüyü işlər Azərbaycan dövlətinə və Azərbaycan Prezidentinə çox böyük uğurlar və dividentlər gətirməkdədir. Onu da əlavə edək ki, bu gün Mehriban xanımın daşıdığı soyad bimənalı olaraq sabitlik faktoruna çevrilib.

Bu baxımdan, mən düşünürəm ki, Mehriban Əliyeva Azərbaycanın beşıncı prezidenti ola bilər…

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Koxa 2018-01-14 13:52:30

Men yeni azerbaycan partiyasına seslenirem sizin partiya o qedermi savadsızdıki .... qırgızıstantakı kimi prezdent öz partiyasınnan birni meydana cıxartdı xalqda ona ses verdi da bizdeki kimi yox

Vətəndaş 2018-01-14 13:52:30

Ölkımizin sərvətini dağıdan,talayan ,mənimsəyən Sizin üzv olduğunuz YAP üzvləri deyilmi? Partiyanızın üzvlərinin səsi prokurorluqdan,məhkəmələrdən,təcridxanalardan gəlmirmi? Talançı dəstənini bütün üzvləri YAp-çılar deyilmi? Deputat yoldaşların qanunların əksinə olaraq bizneslə, monopoliya ilə məşğul deyillərmi? Ona görə bir söz söyləmək istədikdə öncə ətrafına bax!Görün haradasınız və nə edirsiniz.Sonra digərlərinə ağıl öyrədin.

sakit 2018-01-14 13:52:30

-----------

Ələkbər 2018-01-14 13:52:30

XX1-ci əsrdə monarxiya hakimiyyəti dünyada varmı? Varsa bu ölkənin vətəndaşlarının həyat şəraiti necədir? Bu ölkə də neft ölkəsidirsə orada sadə vətəndaş Azərbaycan vətəndaşlarından nə ilə fərqlənir?

sakit 2018-01-14 13:52:30

--------. Azpolitika niyə qorxub, mənim bu rəyimi vermirsən?

Müstəcəb Müqəddimov 2018-01-14 13:52:30

"Probel" problem doğurur. Problemin həlli sadəcə xərc deyil, dərrakə və cürət tələb edir. DQarabağdan 100 dəfə böyük Katalon Puçdemonu Madrid və (Ağ Ev və Kremlin dəstəyi ilə) daha artıq silahlı Bərzani Kərkük sərvəti üzərinə qalxmaq istədilər. Nə oldu? Jurnalist Çingiz kimi süngüdən önə cürət etməlidir. Niyə fala baxırsınız? Lütfən, gedin sorun və ya susun. Onsuz da seçki olacaq.

Vətəndaş - a ALQIŞLAR !!! 2018-01-14 13:52:30

XALQIN MARAQLARINA XIDMET ETMEYEN her hansi bir siyasi partiyanin , HECH BIR MENEVI HUQUQU YOXDUR prezident sechkisinde namizedinin ishtirakina. SHEXSIYYETE PERESTISH MANE OLUR olkede DEMOKRATIYA-nin INKISHAFINA. NIYE, YALNIZ Mehriban Aliyeva ve yaxud I. Aliyev namized olmalidir ki, 2018 ci il prezident sechkisinde, MEGER, diger LAYIQLI NAMIZEDLER, MARS PLANETI-ne KOCHUBLER ? ..

defakto-ya 2018-01-14 13:52:30

Ulu Öndər Azərbaycanı bu günkü kökdə qoyub getmədi.Onu bu günə salanlar Azərbaycanı taladı,soydu və milləti bədbəxt günə saldı.Misal: intiharlar,banklara borçlar, işsizlik,artan fahişəlik,ölkənin resurslarının ölkədə bu qədər vacib olduğu halda sərmayələrin xaricə qoyulması,səhiyyənin bərbadlığı,maaş və pensiyaların miqdarının gülünç həddə olması,ölümlərin artışı və bu kimi halların durmadan artması fonunda təriflənəcək dövlət qurumunun olmamasına diqqət vermənizdə fayda vardır.i

Defaktoya 2018-01-14 13:52:30

Mendede o qeder servet olsaydi qarabagi alardim.pul kimdedi guc ondadi

yusif-1313 2018-01-14 13:52:30

Nə qədər ki sizin kimilər “filankəs”lərin adini cəkməyə qorxurlar deməli belə yaşamağa məhkumdurlar

Pensiyaçı 2018-01-14 13:52:30

Ahhh... Yene de bu ..... Tecrübeli birisi kimi tövsiye ederdim ki...

DEFAKTO - ya cavab 2018-01-14 13:52:30

SHEXSIYYETE PERESTISH EDENLER - YALTAQDIRLAR, AYIBDIR...

AAgahuseyn 2018-01-14 13:52:30

Alqış müəllim Siz YAP-dan ötəri bütün bacarıqınızla calışırdınız nə oldu Sizin kimi təmiz bir adam kənarlaşdırıldı.Hayıf bizim zəhmətimizdən.Siz yüksək alqışa layiqsiniz yolundan dönmə axırı hamı tanınacaq.

MUSTEQIL XALQIN SESI 2018-01-14 13:52:30

Azerbaycanda SHEXSIYYETE PERESTISHE ve IYRENC YALTAQLIQA QARSHI, MUSTEQIL XALQ MUNTEZEM, CIDDI MUBARIZE APARMALIDIR !!! BASHQA OLKELERDE DIKTATOR REJIMLERI DEVRILIR, XALQ OZ TALEYINI OZU HELL EDIR ve MAFIOZLAR HEBSXANALARDA CHURUYURLER. MUSTEQIL XALQ NOKERCHILIK ETMEYECEK!!!

Ələmdar 2018-01-14 13:52:30

YAP hakimyəti əsas problemləri həlledə bilmir. Hakimyətə gələndə Qarabağın tezliklə alınacağı deyildisə də bir neçə rayon da əlavə verildi düşmən ölkəyə və 25 ildə heç bir iş görülmədi. Ölkənin milli sərvəti talan edildi. Milyardlar öğurlasndı,atıldı yox oldy. Rüşvət korrupsiya, bahaçılıq yenə də davam edir, məmurlar daha da harınlayırlar. 25 ildə iqtisadi inkişaf olmadı,ölkə neft və qazdan asılı vəziyyətdədir. Uzun illər başları qarışdı neftin pulunu xərcləməyə dağıtmağa.Kasıbların şəraiti acınacaqlıdır.Al

De-fakto-ya 2018-01-14 13:52:30

Bu kommentariləri oxuyan YAP üzvü partiyasının iç üzünü,millətin onlara olanmünasibətini, YAP-in fəaliyyətinin nəticələrini anlayaraq ona qiymət verməli,anladıqdan sonra ola bilsin ki, işlərdə dönüş yaratmaq bədə düçündü.Elin sözü güzgü,faktlar isə təsdiqidir. Bu illərdəYAP ölkəni çökdürdü .Bunun sübuta ehtiyacı yoxdur.Ölkədə bütün sahələrdə tənəzzül baş verdi (hətta hərbi sahədə də.köhnə silahları ...)Televiziyalarda yalan inkişafdan çıxış etməklə iş bitmir.Xalq görür.

Ayaz 2018-01-14 13:52:30

Salam. Men Alqish m-m cox gozel taniyiram.Heydar Eliyeve sedaqetli 5-10 neferden biri olub.Bu gun de o basqalarindan ferqli onu davam etdirir. Savadli,mentiqli,analitik dusunca qabiliyyetine malik ve en esasi durust insandir. Men muxalifet numayandasi olaraq deyirem bunlari.Yaziqlar olsun ki qeyd olunan "filankasler" indi de at oynadirlar.

De-fakto 2018-01-14 13:52:30

De-fakto YAP ölkəni uşuruma aparlb. 25 ildə bir rayon belə geri alınmadı, millətin iqtisadi vəziyyəti kritik hala gəldi,rüşvət. korrupsiya,büdcə oğurluğu çiçəkləndi(artdı), sərbəst ticarət bağlandı, hər sahə monopoliya olmaqla bir əldə cəmləndi,işsizlərin sayı rekord həddə çatdı, dövlət bir dənə də olsa iri müəssisə açmadı (15-45 min adam çalışan), yoxsulluq son həddə,intiharlar artdı,dilənçilik və fahişəlik artdı. Bu YAP-ın qısa tablosu. Siyavuş Novruzovun xəbəri var ?

Николай 2018-01-14 13:52:30

Alqış bəy bir müsahibəsinə baxsın, bir də bu şərhlərə, özü öz səmimiyyətinə qiymət versin.

ilqar 2018-01-14 13:52:30

dostum buna bir cavab yaz ne olar

miri 2018-01-14 13:52:30

Ayıbına Alqiş eşitmək istəyənlər "meydan sulamaq"dan cəkinməyənə qədər naqılbazlar milləti yatirmaqla, dəlallar isə millətin fəlakətlərindən qazanclı cıxarmaqda davam edəcək.Bəsdirin,cəkilin, Allah rizası/hərcənd bütpərəstə bu caqrışda əbəsdir,bəlkə/xatirinə.

Miri 2018-01-14 13:52:30

Ramiz oqlu - vezir. Ramil oqlu saq el. Zakir oqlu sol el. Hamisin saymiram. Orta esirlere gayidiruy . Milletde gul.

Pensiyaçı və de-fakta 2018-01-14 13:52:30

Deyirlər xəstəxanada hər kəs özünü daha ağıllı sanır. Kriminal dəstə aparılanda sorurlar-"Başçı kimdir?", cavab-"Öndə gedən zəncirli", olur. Özünə bənzər insandan və cəmiyyətdən üstün durmaq bərabərlik həddini aşmaqdır. Rus Çarlığını "ələ almış" V.İ.Ulyanov seçdiyi dini kəlamı deviz etmişdi:"Oxumaq, oxumaq və yenə də oxumaq!" Din isə dönə-dönə nəfisdən qorunmağı tövsiyə edir. Uzun müddətli səlahiyyət sahibində hədsiz nəfis yaranır. Bu kiçik qurumda "QOÇU"luğa, cəmiyyətdə "ŞAH"lıga çevrilir.

Xalq 2018-01-14 13:52:30

5ci prezdent balaca heyder olacaq ramiz mehdiyevinde oglu prezdentin icra aparatnın rehberi ramilin ogluda daxili işler naziri olacaq

Samir 2018-01-14 13:52:30

Sakit qardaş azpolitikata günah yoxdu günah hakimyetdediki heqiqeti deyenleri ....putin kimi koxa düz deyirki yeni azerbaycanda bir savadlı adam yoxdumuki bular ele bir yerde sayırlar demeki yap savadsız partiyadı

Ehliman 2018-01-14 13:52:30

Yene geldi yaz aylari, Alqiw muellime alqiwlar!!

defaktoya 2018-01-14 13:52:30

Bilmirem sen arvadsan,ya bawqa cinsin numayendesisen,ferq elemez,hemiwe urek bulandirirsan.

Ədalət 2018-01-14 13:52:30

Azərbaycanda son 25 ildə YAP-ın rəhbərliyi altında hər yeni və yaxşı nə varsa məhv edildi.Millətin intelektual səviyyəsi, təhsil, səhiyyə,tərbiyə, azərbaycan millətinin yaşayış səviyyəsi, çökdürüldü.Bahaçılıq,özbaşinalıq, əxlaqsızlıq artdı,bəzi haram pul yığanlar azğınlaşdı,qanunlar əsassız olaraq bəzi şəxslərin istəyi üzrə dəyişdirldi,saxtakarlıqlar artdı,ölkə idarə olunmaz hala gətirildi,yaltaqların sayı köbələk kimi artdı. Bütün bunlara baxmayaraq bəzi şəxslərin hakimiyyət iddiası səngimir.Sizcə bəs deyil

DEFAKTO 2018-01-14 13:52:30

AZƏRBAYCAN XALQI MÜDRİK XALQ OLARAQ ULU ÖNDƏR HEYDƏR ƏLİYEV UGRUNDA VURUŞARAQ DAHİ ŞƏXSİYYƏTİ ÖZÜNƏ ÜMUMMİLLİDER SEÇDİ! ZATİ-ALİLƏRİ İLHAM ƏLİYEV ATASI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN SİYASƏTİNİN MƏNTİQİ DAVAMINI UGURLAR HƏYATA KEÇİRƏRƏK AZƏRBAYCAN DÖVLƏTİNİ UGURLAR İNKİŞAF ETDİRDİ VƏ YOLDA HƏQİQİ SİLAHDAŞI MEHRİBAN XANIMIN BÖYÜK DƏSTƏYİ OLDU, O CÜMLƏDƏN MEHRİBAN XANIM AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN QORUNMASI SAHƏSİNDƏ XÜSUSİ MİSİLSİZ XİDMƏTLƏR GÖSTƏRMİŞDİR VƏ BİRİNCİ-VİTSE PREZİDENTLİYƏ YÜKSƏLMİŞDİR!

Koxa 2018-01-14 13:52:30

Vahid rusya partiyasının kicik qardaşı y a p qarabag neymize lazım qoy kasıb balası ölsün menim balam sag olsun amma iosif stalin nemes zabitne göre öz dogma oglunnan gekdi hanı ele kişiler ay xalqım

Qacqın 2018-01-14 13:52:30

Yalancı azerbaycan partiyası (y a p ) adınnan belidir ay xalqım öznüze gün aglayın

Son yazılar