Neftin qiyməti niyə artır? – Vahid Əhmədov açıqladı

Son zamanlar dünya bazarında neftin qiymətinin bahalaşması ABŞ-da neft ehtiyatlarının azalması ilə əlaqədardır.Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, bütün bunları nəzərə alan ABŞ Prezidenti Donald Tramp da məhz buna görə neft üçün mənfəət vergisini kəskin azaldaraq 35 faizdən 21 faizə saldı: “Son zamanlar dünya bazarında neftin qiymətinin bahalaşması ABŞ-da neft ehtiyatlarının azalması ilə əlaqədardır. Məhz buna görə də Amerika hələlik bazara neft çıxarmır. Əgər ABŞ müəyyən müddətdən sonra şist neftini bazara çıxararsa, onda bu, neftin qiymətinə təsirsiz ötüşməyəcək”.

Millət vəkili neftin bahalaşmasının digər bir səbəbinin isə ümumi razılaşmalarla bağlı olduğunu bildirib: “OPEK və qeyri-OPEK ölkələri iyul ayına qədər neft hasilatını artırmayacaqlar. Bu da neftin qiymətinin müəyyən qədər artmasına səbəb olur. Əgər proses davamlı olarsa, marta qədər neftin qiymətində ciddi dəyişiklik baş verməyəcək. Ancaq bu vaxta qədər 1-2 dollar artım istisna edilmir”.

Qeyd edək ki, hazırda VTİ neftinin qiyməti 1 barrelinin dəyəri 64,30 dollar, “Brent” markalı neftin 1 barrelinin dəyəri isə 69,87 dollardır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar