Havaylarda nə baş verib? - Yerli hakimiyyət izah edir...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ötən gün Havay adalarının (ABŞ ştatı) sakinləri ballistik raket təhlükəsi (raket hücumu) barədə xəbərarlıq alıblar. Mobil telefonlara göndərilən məlumatda insanlara «dərhal sığınacaq axtarmaq» təklif olunub.

Qubernator Devid Aycın bəyanatında deyilir ki, Havay adalarına raket zərbəsi endirilməsi barədə yalan məlumatın göndərilməsinə səbəb texniki səhv olub.

Onun sözlərinə görə, cavabdeh şəxslərdən biri təsadüfən «lazım olmayan düyməni» basıb. O, araşdırmalara nəzarət edəcəyini bildirib və təhlükələr barədə xəbərdarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində əlindən gələni edəcəyini vəd verib.

Qubernator baş erənlərə görə, öz «Tvitter»ində Havay sakinlərindən üzr istəyib.

«Bizlərdən bir çoxumuz bu günü heç vaxt unutmayacağıq. Dəhşətli gün idi - bizim ən qorxulu ehtimallarımız gerçəyə çevrildi... Mən, ilk mənbələrdən bilirəm ki, bu gün səslənən yalan xəbərdarlıq insanlara necə təsir edib və mən, onun doğurduğu qorxu və təlaşa görə, üzr istəyirəm» - deyə, Ayc bəyan edib.

Qubernatorun sözlərinə görə, bundan sonra raket təhlükəsi barədə xəbərin göndərilməsinə görə, cavabdeh şəxs bir yox, iki nəfər olacaq.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp baş verənlər barədə məlumatlandırılıb, amma hələlik vəziyyəti şərh etməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar