"Malaqa"ya yeni baş məşqçi təyin olunub

İspaniyanın "Malaqa" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

“Report” xəbər verir ki, bu, son klubu Çinin "Beytszin Qoan" olan 51 yaşlı mütəxəssis Xose Manuel Qonsales Lopesdir. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Klubun mətbuat xidməti bildirir ki, Lopes 2015/16-cı illər mövsümündə "Qranada"nın ölkə çempionatının aşağı divizionuna düşməsinin qarşısını alıb və komanda Primeronu 16-cı yerdə tamamlayıb.

Yanvarın 13-də klub baş məşqçi Miçel Qonsalesi istefaya göndərib. Komanda 19 oyundan sonra 11 xal ilə İspaniya çempionatında sonuncudan əvvəlki yerdə qərarlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar