Poroşenkonun FTX-yə məktubu üzə çıxdı – Qudası da rusdur?…

Dərc olunub: 14/01/2018 - 14:34

poroshenko-porosenko«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın Prezidenti Pyotr Poroşenkonun guya Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) yazmış olduğu bildirilən məktubu Kiyevdə saxta adlandırıblar.

Kağız «Rustavi-2» telekanalının efirindən nümayiş etdirilib. Görüntülərdən belə aydın olur ki, 3 fevral 2007-ci ildə Sankt-Peterburqun «Pulkovo» aeroportunda, o zaman Ali Radanın deputatı olan Poroşenko yazıb ki, onun «Prezident Viktor Yuşenkonun anti-Rusiya kampaniyası ilə heç bir əlaqəsi yoxdur və özü də «Regionlar partiyası»nın əsasını qoyanlardan biridir. Elə həmin sənəddə o, guya xəbər verib ki, Rusiya ərazisində olduğu müddətdə «Rusiya qanunvericiliyinə dönmədən əməl edəcək və Rusiyanın maraqları əleyhinə yönəlmiş fəaliyyətlərdə iştirak etməyəcək».

Sankt-Peterburqa gəlişini isə Poroşenko oğlunun arvadının valideynləri ilə görüşməyə olan ehtiyacı ilə izah edib. Ukrayna Prezidentinin mətbuat xidmətindən bildiriblər ki, sözügedən məktub «feyk»dir (saxta-yalan) və Rusiya xüsusi xidmətləri tərəfindən hazırlanıb.

«112 Ukrayna» telekanalının məlumatına görə, mətuat xidmətində diqqəti bir məqama yönəldiblər ki, Poroşenkonun oğlu Aleksey 2007-ci ildə yox, 2013-cü ildə evlənib, 2007-ci ildə isə onun heç bir arvadı olmayıb.


loading...




Fikrinizi bildirin